#Türkiyə tender elanları

Türkiyənin Van şəhərinin Erciş Rayon Təhsil İdarəsi tərəfindən 4 min 86 ibtidai sinif şagirdinin məktəblərə daşınması xidmətinin təşkili məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqaviləyə əsasən, xidmət 14 sentyabr 2026-cı il tarixində başlayacaq və 25 iyun 2027-ci il tarixində başa çatacaq.

İstanbul Səhiyyə İdarəsi, Prof. Dr. Cemil Taşçıoğlu Şəhər Xəstəxanasının Təcili Yardım şöbəsinin əsaslı təmiri üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra 10 gün ərzində tikinti meydançası podratçıya təhvil veriləcək və işlərə başlanılacaq.

Antalya şəhərinin Manavqat Bələdiyyəsi 2026-cı il üzrə müxtəlif tikinti və infrastruktur işlərində istifadə olunmaq məqsədilə 68 adda inşaat materialının tədarükü üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Materialların hamısı və ya sifarişdən asılı olaraq hissə-hissə formada, yer təhvil verildiyi tarixdən etibarən 110 təqvim günü ərzində Manavqat Bələdiyyəsinin müvafiq istehsalat sahəsinə çatdırılmalıdır.

İstanbul Böyükşəhər Bələdiyyəsi xidmət avtomobilləri üçün 50 min litr dizel və 2 min litr Adblue tədarükünü təmin etmək məqsədilə açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qalib şirkət müqavilənin imzalanmasından sonra 12 ay müddətində yanacaqları hissə-hissə təhvil verməlidir.

Türkiyənin Antalya Şəhər Xəstəxanası tibbi və texniki sistemlərin texniki baxışı, texniki xidməti və təmiri üçün açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qalib şirkət müqavilənin imzalanmasından sonra 15 gün ərzində işə başlamalı və xidmətləri 12 ay müddətində həyata keçirməlidir.

Türkiyənin Bingöl Şəhər İdarəsi 1 milyon litr dizel satın alınması ilə bağlı açıq tender elan edib.Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Təchizat müqavilənin imzalanmasından sonra başlayacaq və ümumilikdə 365 təqvim günü ərzində həyata keçiriləcək.

Türkiyənin Qaziantep vilayətinin İslahiye rayonunda şagirdlərin məktəblərə daşınması xidməti üçün açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində İslahiye rayonunun mərkəzi, kəndləri və kəndə bağlı yaşayış məntəqələrində yaşayan 973 ibtidai və orta məktəb şagirdinin 15 daşıma mərkəzi məktəbə 69 nəqliyyat vasitəsi ilə daşınması nəzərdə tutulur.

Türkiyənin Bursa Böyükşəhər Bələdiyyəsi T2 və T1 tramvay xətləri ilə Bursaray Osmangazi stansiyasının inteqrasiyası layihəsi üzrə dəmir yolu tikintisi işləri üçün açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Layihə çərçivəsində ümumilikdə 173 iş nəzərdə tutulur. Bunlardan 27-si tikinti, 138-i elektrik, 8-i isə elektron sistemlər üzrə işlərdən ibarətdir.

Türkiyənin Kocaeli Böyükşəhər Bələdiyyəsi kənd təsərrüfatı xidmətlərində istifadə olunacaq maşın, avadanlıq və sərf materiallarının satın alınması ilə bağlı tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Satınalma paketinə 1 ədəd taxıl qurutma maşını, 20 kvadratmetr soyuq hava anbarı, eləcə də 91 ədəd kənd təsərrüfatı xidmətlərində istifadə ediləcək maşın, avadanlıq və sərf materialları daxildir.

Türkiyənin İstanbul şəhərində, “Alətsiz məktəb qalmasın” layihəsi çərçivəsində elm və incəsənət mərkəzləri üçün ümumilikdə 254 növ məhsul alınacaq. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, müqavilə imzalandıqdan sonra məhsulların 60 təqvim günü ərzində tam şəkildə təhvil verilməsi planlaşdırılır.

Ankara Böyükşəhər Bələdiyyəsi bələdiyyəyə aid vasitələr, avadanlıq və iş maşınlarında istifadə olunmaq üçün 95 oktan benzin və dizel satın almaq məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində 27 milyon litr dizel və 90 min litr 95 oktan benzin alınacaq.