#tender

Türkiyənin Denizli Böyükşəhər Bələdiyyəsinin Kənd Təsərrüfatı Xidmətləri İdarəsi dizel yanacağının alınması ilə bağlı açıq tender elan edib. Tender çərçivəsində ümumilikdə 704 min 790 litr dizel yanacağının alınması nəzərdə tutulur.

Türkiyənin İstanbul şəhərində, “Alətsiz məktəb qalmasın” layihəsi çərçivəsində elm və incəsənət mərkəzləri üçün ümumilikdə 254 növ məhsul alınacaq. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, müqavilə imzalandıqdan sonra məhsulların 60 təqvim günü ərzində tam şəkildə təhvil verilməsi planlaşdırılır.

Ankara Böyükşəhər Bələdiyyəsi bələdiyyəyə aid vasitələr, avadanlıq və iş maşınlarında istifadə olunmaq üçün 95 oktan benzin və dizel satın almaq məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində 27 milyon litr dizel və 90 min litr 95 oktan benzin alınacaq.

Türkiyə Dövlət Su İşləri (DSİ) Baş İdarəsi Adıyamanın kənd təsərrüfatı və su təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən "Adıyaman Göksu Araban Aksu Regulyatoru və Besni-Keysun-Kizilin Ana İletim Xətti"nin inşası üçün tender elan edib.

Türkiyənin İzmit şəhərindəki İzmit Bələdiyyəsi, 6x4 tipli, üç ədəd yük maşınının alınması üçün tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Avtomobillər, müqavilə imzalandıqdan sonra 15 gün ərzində təhvil veriləcək və təhvil verilən zaman avtomobillərin işlək vəziyyətdə, təmiz və istifadəyə hazır olması tələb olunur.

İstanbul İctimai Səhiyyə İdarəsi, şəhərin səhiyyə infrastrukturunun modernləşdirilməsi çərçivəsində üç böyük dövlət xəstəxanasında əsaslı təmir və bərpa işləri üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Podratçı şirkət işə başladıqdan sonra bütün təmir prosesini 120 təqvim günü ərzində yekunlaşdırmalıdır.

Şanlıurfanın Akçakale Bələdiyyəsi tərəfindən 1 milyon litr dizelin alınması məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunur ki, çatdırılmalar müqavilə imzalandıqdan sonra 365 gün ərzində mərhələli şəkildə həyata keçiriləcək.

Türkiyənin Malatya vilayətində tikinti materiallarının alınması ilə bağlı açıq tender elan edilib. Məlumata görə, tender 85 növ tikinti materialının satın alınmasını əhatə edir. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qeyd olunub ki, materialların çatdırılması müqavilənin qüvvəyə minməsindən sonra 150 gün ərzində mərhələli şəkildə həyata keçiriləcək.Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ), Kastamonunun Taşköprü ilçəsi ərazisində yerləşən Gizlice məhəlləsində 52 iş yerinin tikintisi və ətraf mühitin abadlaşdırılması işləri üzrə yeni tender elan edib.

Ərzurum Səhiyyə İdarəsi tərəfindən tabeliyində olan xəstəxana və tibb müəssisələrində kompensasiya panellərinin təmiri və texniki xidməti üzrə açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Bildirilib ki, layihə çərçivəsində 56 növ texniki xidmət və təmir işi nəzərdə tutulur və xidmətlər 12 ay müddətində icra ediləcək.