#Türkiyə tender

Türkiyənin Kocaeli Gənclik və İdman İl Müdirliyi müxtəlif idman fəaliyyətləri üçün nəzərdə tutulan idman ləvazimatlarının satın alınması məqsədilə açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilənin imzalanmasından sonra qalib şirkət işə başlayacaq və bütün məhsullar 60 gün ərzində tam və qüsursuz şəkildə təhvil veriləcək.

Türkiyənin Kayseri şəhərinin Kocasinan rayonunda yerləşən Saraybosna məhəlləsində yeni şadırvanın tikintisi üçün açıq tender elan edilib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qalib şirkət müqavilə imzalandıqdan sonra 10 gün ərzində işə başlamalı və tikintini ərazinin təhvil verilməsindən etibarən 90 təqvim günü ərzində tamamlamalıdır.

Türkiyənin Təhlükəsizlik Baş İdarəsi xüsusi təyinatlı polis qüvvələri üçün 3 min ədəd “High Cut” tipli ballistik qoruyucu dəbilqənin alınmasına dair açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qalib şirkət dəbilqələri 150 təqvim günü ərzində bir dəfəyə Ankaradakı Xüsusi Əməliyyatlar İdarəsinin anbarlarına təhvil verməlidir.

Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsi süni intellekt dəstəkli ağıllı yolayrıcı sistemlərinin, dəyişən məlumat və xəbərdarlıq ekranlarının, eləcə də nömrətanıma sisteminin quraşdırılması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Satınalma ümumilikdə 58 adda avadanlıq və sistemin tədarükünü, quraşdırılmasını və istifadəyə hazır vəziyyətdə təhvil verilməsini əhatə edir.

Türkiyənin Van şəhərinin Erciş Rayon Təhsil İdarəsi tərəfindən 4 min 86 ibtidai sinif şagirdinin məktəblərə daşınması xidmətinin təşkili məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqaviləyə əsasən, xidmət 14 sentyabr 2026-cı il tarixində başlayacaq və 25 iyun 2027-ci il tarixində başa çatacaq.

İstanbul Səhiyyə İdarəsi, Prof. Dr. Cemil Taşçıoğlu Şəhər Xəstəxanasının Təcili Yardım şöbəsinin əsaslı təmiri üzrə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra 10 gün ərzində tikinti meydançası podratçıya təhvil veriləcək və işlərə başlanılacaq.

Antalya şəhərinin Manavqat Bələdiyyəsi 2026-cı il üzrə müxtəlif tikinti və infrastruktur işlərində istifadə olunmaq məqsədilə 68 adda inşaat materialının tədarükü üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Materialların hamısı və ya sifarişdən asılı olaraq hissə-hissə formada, yer təhvil verildiyi tarixdən etibarən 110 təqvim günü ərzində Manavqat Bələdiyyəsinin müvafiq istehsalat sahəsinə çatdırılmalıdır.

İstanbul Böyükşəhər Bələdiyyəsi xidmət avtomobilləri üçün 50 min litr dizel və 2 min litr Adblue tədarükünü təmin etmək məqsədilə açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qalib şirkət müqavilənin imzalanmasından sonra 12 ay müddətində yanacaqları hissə-hissə təhvil verməlidir.

Türkiyənin Antalya Şəhər Xəstəxanası tibbi və texniki sistemlərin texniki baxışı, texniki xidməti və təmiri üçün açıq tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Qalib şirkət müqavilənin imzalanmasından sonra 15 gün ərzində işə başlamalı və xidmətləri 12 ay müddətində həyata keçirməlidir.

Türkiyənin Bingöl Şəhər İdarəsi 1 milyon litr dizel satın alınması ilə bağlı açıq tender elan edib.Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Təchizat müqavilənin imzalanmasından sonra başlayacaq və ümumilikdə 365 təqvim günü ərzində həyata keçiriləcək.

Türkiyənin Qaziantep vilayətinin İslahiye rayonunda şagirdlərin məktəblərə daşınması xidməti üçün açıq tender elan olunub. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində İslahiye rayonunun mərkəzi, kəndləri və kəndə bağlı yaşayış məntəqələrində yaşayan 973 ibtidai və orta məktəb şagirdinin 15 daşıma mərkəzi məktəbə 69 nəqliyyat vasitəsi ilə daşınması nəzərdə tutulur.