NATO baş katibi Mark Rutte Hörmüz boğazında təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayaraq İranı naviqasiya azadlığına qarşı fəaliyyətlərdə ittiham edib. O bildirib ki, strateji su yollarının açıq qalması və beynəlxalq tranzitin təmin olunması üçün dövlətlər arasında koordinasiyalı əməkdaşlıq zəruridir.
#NATO
ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərini təəccübləndirərək Polşa ərazisinə əlavə 5 min hərbçi göndərəcəyini açıqlayıb. Prezident bunun səbəbini Polşanın milli-mühafizəkar prezidenti Karol Navrocki ilə münasibətinə bağlayıb.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla aparılan müzakirələrdə müəyyən irəliləyişlər olsa da, Hörmüz Boğazı vasitəsilə keçidlərdən ödəniş alınmasına əsaslanan sistem beynəlxalq hüquq baxımından qəbul edilə bilməz. Rubio İsveçin Helsinqborq şəhərində keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısı girişində jurnalistlərə açıqlamasında deyib ki, ABŞ və müttəfiqləri İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək və uran zənginləşdirilməsi məsələsi müzakirə olunmalıdır.
İclasda Türkiyənin ev sahibliyi ilə iyulun 7–8-də Ankara şəhərində keçiriləcək NATO sammitinə hazırlıq məsələləri, Alyans daxilində birlik və əməkdaşlıq, müdafiə sənayesinin gücləndirilməsi, istehsal imkanlarının artırılması, Ukraynaya dəstəyin davam etdirilməsi və müdafiə xərclərinin hərbi imkanlara çevrilməsi kimi mövzular geniş müzakirə olunacaq.
Almaniyanın WELT qəzeti Türkiyənin müdafiə sənayesində əldə etdiyi uğurları gündəmə gətirərək, Almaniya hökumətinin Türk istehsalı uzun mənzilli raket sistemlərinə marağını qeyd edib. ABŞ-ın Tomahawk raket planını dayandırmasından sonra Berlinin alternativ axtarışına yönəldiyini və Türkiyənin “Yıldırımhan” qitələrarası ballistik raket sistemi ilə “Tayfun Blok-4” hipersonik raketini qiymətləndirməyə başladığını yazıb.
Estonya hava sahəsinə daxil olan pilotsuz uçuş aparatı (PUA) Vortsjarv gölü üzərində NATO hərbi təyyarəsi tərəfindən vurulub. Nazir bildirib ki, radarlar vasitəsilə PUA ölkənin cənub istiqamətində hərəkət edərkən aşkarlanıb, NATO-nun Baltik Hava Polisi missiyasında iştirak edən təyyarəsi tərəfindən zərərsizləşdirilib.
NATO müttəfiqləri ABŞ-ın İranda hərbi əməliyyatlarının yüksək keyfiyyətli silah ehtiyatlarını sürətlə tükətdiyindən narahatdır. İttifaqın hərbi liderləri Brüsseldə keçiriləcək toplantıda silah istehsalının artırılması üzrə təcili addımları müzakirə edəcəklər.
Polşanın Baş naziri Donald Tusk ABŞ və NATO arasında gərginlik fonunda transatlantik birliyin qorunmasına çağırış edib. Bu bəyanat Pentaqonun Polşaya göndərilməsi planlanan hərbçi sayını azaltmasından sonra səsləndirilib.
Kanadanın Baş naziri Mark Karninin iyul ayında Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Türkiyəyə səfəri gözlənilir. Oktyabr səfəri zamanı iki ölkə arasında pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla, müxtəlif müdafiə sənayesi əməkdaşlıq layihələrinin rəsmən başladılması planlaşdırılır.
NATO-nun baş katibi Mark Rutte İran və Hörmüz boğazındakı vəziyyətlə bağlı açıqlama verib. Mark Rutte Monteneqroda keçirdiyi mətbuat konfransında hazırda əsas müzakirə mövzularından birinin İran və Hörmüz boğazında yaranmış vəziyyət olduğunu bildirib.
Almaniya kansleri Fridrix Merts İran böhranı fonunda ABŞ və Avropa arasında fikir ayrılıqları olsa da, NATO əməkdaşlığının qorunmasının vacib olduğunu bildirib. O vurğulayıb ki, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və regionda münaqişəni dayandırmaqdır.
BAKI,VOA ABŞ Prezidenti Donald Tramp İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə rəsmi Romanın siyasətini sərt tənqid edərək bildirib ki, ehtiyac duyulduğu zaman İtaliya onların yanında olmayıb, halbuki o və ölkəsi hər zaman İtaliyanın yanında yer alıb.