ABŞ Prezidenti Donald Tramp Türkiyəyə rəsmi səfər çərçivəsində Ankaraya gəlib. Donald Trampı daşıyan təyyarə NATO-nun Ankara Zirvəsi öncəsi Ankara Hava Limanına eniş edib. Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü yerli vaxtla saat 15:00-da baş tutacaq.
#NATO
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Ankarada keçirilən 36-cı Zirvə Toplantısının ən çətin mərhələsinin ABŞ Prezidenti Donald Trampı sammitdə iştiraka razı salmaq olduğunu bildirib. Onun sözlərinə görə, bu məqsədə nail olunması ilə ən mühüm maneə aradan qaldırılıb.
Niderland NATO forumunda 3 milyard avrodan çox dəyərində müdafiə layihələrini açıqlayacağını bəyan edib. Müdafiə naziri Dilan Yeşilgöz bildirib ki, söhbət yalnız vədlərdən deyil, konkret layihələrdən gedir. Niderland Belçika ilə hava hücumundan müdafiə, Böyük Britaniya ilə isə hərbi gəmi layihələri üzrə əməkdaşlığı genişləndirəcək. Almaniya ilə yeni birgə müdafiə proqramlarının hazırlanması da gündəmdədir. Bu addımlar NATO ölkələrinin müdafiə xərclərini artırmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Tramp da uzun müddətdir müttəfiqləri bu istiqamətdə daha çox vəsait ayırmağa çağırır. Mövzu Ankarada keçiriləcək NATO forumu və zirvəsinin əsas gündəm məsələlərindən biri olacaq. Alyansın gələcək müdafiə strategiyası bu görüşlərdə geniş müzakirə ediləcək.
NATO Zirvəsi çərçivəsində Türkiyəyə gələn nümayəndə heyəti Anıtkabiri ziyarət edib. Heyətə Lüksemburqun NATO yanında daimi nümayəndəsi Stefan Frederik Müller rəhbərlik edib. Nümayəndələr Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra Anıtkabirin Xatirə Kitabına xüsusi qeyd yazılıb. Qeyddə Atatürkün "Yurdda sülh, dünyada sülh" prinsipinin NATO-nun dəyərləri ilə uzlaşdığı vurğulanıb. Nümayəndə heyəti Türkiyəyə səfər etməkdən məmnun olduqlarını da ifadə edib. Ziyarət NATO Zirvəsi öncəsi keçirilən rəsmi proqramın tərkib hissəsi olub. Tədbir yüksək səviyyəli nümayəndələrin iştirakı ilə baş tutub.
Ankara iyulun 7-8-də NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısına ev sahibliyi edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir çərçivəsində NATO-ya üzv 32 ölkənin lideri ilə görüşəcək. ABŞ Prezidenti Donald Trampın da iştirak edəcəyi zirvədə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Müdafiə xərclərinin artırılması, alyansın təhlükəsizlik strategiyası və Avropa-Atlantik məkanındakı təhdidlər əsas müzakirə mövzuları olacaq. Liderlər Ukraynadakı vəziyyət və NATO-nun cənub istiqamətində baş verən son proseslər barədə də fikir mübadiləsi aparacaqlar. Zirvə çərçivəsində ailə fotosu çəkiləcək, rəsmi ziyafət və bir sıra mətbuat konfransları keçiriləcək. Tədbirdə yüzlərlə yüksək vəzifəli nümayəndənin iştirakı gözlənilir. Ankara iki gün ərzində dünya siyasətinin əsas mərkəzlərindən birinə çevriləcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, Rəcəb Tayyib Ərdoğan ilə Donald Tramp arasında mövcud olan yaxın münasibətlərin NATO daxilində fikir ayrılıqlarının aradan qaldırılmasına töhfə verə biləcəyini bildirib. Fidanın sözlərinə görə, Ankara Sammiti çərçivəsində Türkiyə Ərdoğan və Tramp arasındakı qarşılıqlı etimad və dostluq münasibətlərindən istifadə edərək Alyans daxilindəki fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaq
Çərşənbə günü ABŞ Prezidenti Ankarada keçiriləcək 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin rəsmi qarşılama mərasiminə və ailə fotosunun çəkilişinə qatılacaq. Daha sonra o, NATO liderlərinin işçi iclasında iştirak edəcək. Proqrama əsasən, Donald Tramp çərşənbə günü günortadan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd Şara ilə də ikitərəfli görüşlər keçirəcək.
Almaniya ordusu ölkənin hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Arrow-3 İsrail istehsalı zenit-raket sisteminin yerləşdirilməsini genişləndirir. Yeni qərara əsasən, Bavariya əyalətində yerləşən “Kaufboyren” bölgəsi sistemin ikinci əməliyyat mərkəzi kimi seçilib.
İyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvəsi alyansın gələcək strategiyasının müəyyənləşdirilməsi baxımından son illərin ən mühüm görüşlərindən biri hesab olunur. Zirvədə ABŞ, Avropa, NATO və Türkiyənin prioritetləri eyni masa arxasında müzakirə ediləcək. Analitiklərin fikrincə, görüşün nəticələri yalnız alyansın gələcək fəaliyyət istiqamətlərini deyil, həm də Avropanın təhlükəsizlik arxitekturasını formalaşdıracaq.
NATO liderləri gələn həftə Ankarada keçiriləcək zirvə görüşünə hazırlaşırlar. ABŞ və İsrailin İrana qarşı müharibəsinin alyans daxilində müəyyən gərginlik yaratdığı bildirilir. Avropa ölkələrinin əksəriyyəti hərbi əməliyyatları dəstəkləməsə də, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetiriblər. Məlumata görə, müharibə Donald Trampla bəzi Avropa liderləri arasında münasibətlərə də təsir göstərib. Buna baxmayaraq, NATO rəsmiləri zirvə görüşünün uğurla keçəcəyinə ümid edirlər. Görüşün əsas məqsədlərindən biri alyans daxilində birliyin qorunmasıdır. Ankara sammiti beynəlxalq diqqət mərkəzində olacaq.
Mark Rutte hazırda Ukraynanın NATO-ya üzvlüyü üçün real perspektivin olmadığını bildirib. Rutte qeyd edib ki, alyansa tamhüquqlu üzvlük üçün bütün üzv dövlətlərin yekdil dəstəyi tələb olunur. Onun sözlərinə görə, ABŞ, Almaniya və alyansın digər üzv dövlətləri Ukraynanın NATO-ya qəbulunu dəstəkləmədikləri üçün hazırkı mərhələdə bu istiqamətdə perspektiv görünmür.
BMT-nin və NATO-nun keçirdiyi müxtəlif əməliyyatlarda Azərbaycan Ordusunun iştirak imkanları araşdırılır.