Qəzzada ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə əldə olunan atəşkəsə baxmayaraq, İsrail razılaşma şərtlərini yerinə yetirmir. Atəşkəs müddətində İsrail ordusu ən azı 194 dəfə atəşkəsi pozub. Razılaşmaya əsasən Qəzzaya gündəlik 600 yük maşını humanitar yardım daxil olmalı olduğu halda, əraziyə orta hesabla cəmi 145 yük maşını buraxılır. Girişinə icazə verilən yardımların çoxunda un, yağ kimi əsas ərzaq məhsulları əvəzinə cips, şokolad və biskvit kimi məhsulların yer aldığı bildirilir. Yerli rəsmilər bunun qəsdən edildiyini, İsrailin həyati əhəmiyyətli ərzaqları ən sona saxlayaraq yeni aclıq taktikasına əl atdığını vurğulayır.
#Trampın Qəzza planı
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun Müzakirə Heyətinin rəhbəri Xəlil Əl-Həyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı HƏMAS tərəfi “Qəzza Atəşkəs Razılaşması” çərçivəsində atəşkəsin əldə olunması və prosesin izlənilməsi istiqamətində oynadığı vasitəçi və təminatçı roluna görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyəyə təşəkkürünü bildirib.
İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə keçirilən Qəzza mövzusuna həsr olunmuş yüksək səviyyəli toplantı başa çatıb. AzerVoice xəbər verir ki, toplantıda İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri, eləcə də BƏƏ və Qətərin rəsmi nümayəndələri iştirak ediblər.
İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Qəzzada atəşkəsin davamlılığı və humanitar vəziyyətin müzakirə ediləcəyi yüksək səviyyəli toplantı işə başlayıb. Zirvədə sentyabr ayında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən Qəzza görüşündə yer alan yeddi ölkənin xarici işlər nazirləri – Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Qətər, Pakistan, Səudiyyə Ərəbistanı və İordaniya – iştirak edir.
“HƏMAS” hərəkatı başda olmaqla səkkiz fələstinli fraksiya bu həftə Qahirədə keçiriləcək görüşdə Qəzza zolağında keçid idarəçiliyi modelinə dair razılıq əldə etməyə çalışacaq.
ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Qəzzada əldə olunan atəşkəsi dəyərləndirərək bildirib ki, Türkiyənin iştirakı olmasa, tərəflər razılığa gələ bilməzdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib.
İsrail Enerji naziri Eli Kohenin Misirə qaz ixracına dair rekord dəyərli müqaviləni təsdiq etməkdən imtina etməsi ABŞ-ın kəskin reaksiyasına səbəb olub və Vaşinqton Enerji naziri Kris Raytın gələn həftəki İsrail səfərini ləğv edib.
Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Tess İngram, Qəzzada elan olunan atəşkəsə baxmayaraq bölgəyə kifayət qədər humanitar yardımın çatmadığını və minlərlə uşağın aclıq içində yatdığını bildirib. “Atəşkəs təkbaşına qıtlığı bitirmir və ya bir ailənin sabah içməli suya çıxışı olacağı anlamına gəlmir. Ailələr hələ də sağ qalmaq uğrunda mübarizə aparır. İnsanların güvəndiyi sistemlər dağılıb, su və tibbi yardıma çıxış çox məhduddur.” - deyə İngram qeyd edib.
İsrail Baş naziri Benyamin Netanyahu təhlükəsizlik toplantısından sonra orduya Qəzzada hərbi əməliyyatları bərpa etməyi tapşırıb. Yerli media İsrail ordusunun ilk olaraq Rəfah şəhərinə hava hücumu həyata keçirdiyini bildirir. Netanyahu qərarını “HƏMAS-ın atəşkəsi pozduğu” iddiası ilə əsaslandırıb.
İsrail bazar ertəsi Qəzzada Türkiyə Silahlı Qüvvələrinin iştirakına qarşı olduğunu açıq şəkildə bəyan edib. AzerVoice xəbər verir ki, bu bəyanat, ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq planı çərçivəsində bölgəyə beynəlxalq qüvvə göndərilməsi təklifindən sonra verilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə səfərdə olan Böyük Britaniyanın Baş naziri Keir Starmer Ankarada birgə mətbuat konfransı keçiriblər. Görüş çərçivəsində iki ölkə arasında müdafiə sənayesi və iqtisadi əməkdaşlıq sahəsində mühüm razılaşmalar imzalanıb. Prezident Ərdoğan, “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükünə dair tətbiq mexanizmlərinin heyətlərarası görüşlərdə imzalandığını açıqlayıb. “Bu əməkdaşlığın müdafiə sənayesində yeni ortaq layihələrə yol açacağına inanırıq. Bu razılaşmanı iki yaxın müttəfiq arasında strateji münasibətlərin yeni bir simvolu hesab edirik,” – deyə dövlət başçısı qeyd edib.
Misirin Qəzza Səhrası Xalqına Yardım Komitəsi İsrail hücumlarında dağılan binaların dağıntılarını təmizləmək və humanitar vəzifələri yerinə yetirmək məqsədi ilə yeni ağır iş maşınları və avadanlıqlar aldığını açıqlayıb.