Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Qəzzada minlərlə uşaq hələ də aclıqdan əziyyət çəkir - UNİCEF

    29 Oktyabr 2025 13:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəzzada minlərlə uşaq hələ də aclıqdan əziyyət çəkir - UNİCEF
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Tess İngram, Qəzzada elan olunan atəşkəsə baxmayaraq bölgəyə kifayət qədər humanitar yardımın çatmadığını və minlərlə uşağın aclıq içində yatdığını bildirib.

    AzerVoice xəbər verir ki,İngram Anadolu Agentliyinə açıqlamasında, atəşkəsin uşaqların hər gün bombardmanda ölməməsi baxımından müsbət addım olduğunu, lakin bunun aclığı və təhlükəsiz içməli su çatışmazlığını aradan qaldırmadığını vurğulayıb.

    “Atəşkəs təkbaşına qıtlığı bitirmir və ya bir ailənin sabah içməli suya çıxışı olacağı anlamına gəlmir. Ailələr hələ də sağ qalmaq uğrunda mübarizə aparır. İnsanların güvəndiyi sistemlər dağılıb, su və tibbi yardıma çıxış çox məhduddur.” - deyə İngram qeyd edib.

    UNICEF rəsmisi bildirib ki, atəşkəsdən sonra evlərinə dönən bir çox insan evlərinin yerlə-yeksan olduğunu görüb və yenidənqurma üçün dəstəyə ehtiyac duyur.

    İngram, atəşkəsin ilk iki həftəsində Qəzzaya yardım axınının artmasının sevindirici olduğunu, lakin bunun hələ də kifayət etmədiyini qeyd edib.

    “Yardımların səviyyəsi hələ də münaqişədən əvvəlki vəziyyətə çatmayıb. Yardımın böyük miqyasda və sürətli şəkildə bölgəyə daxil olması vacibdir. Uşaqlar qidalanma çatışmazlığı, soyuq və xəstəliklər səbəbindən ölmə riski altındadır.”

    O, İsrail rəsmilərinə müraciət edərək, Qəzza zolağındakı bütün keçid məntəqələrinin açılmasını və humanitar yardımın geniş miqyasda çatdırılmasına imkan yaradılmasını tələb edib.

    UNICEF sözçüsü əlavə edib ki, hazırda 650 min uşağın təhsildən uzaq qaldığını, 1 milyon uşağın isə içməli su və qidalara çıxışının olmadığını bildirib.

    Ingram sonda qeyd edib ki, atəşkəsin humanitar baxımdan düzgün qiymətləndirilməməsi və uşaqların əziyyət çəkməyə davam etməsi “ürəkparçalayıcı” bir vəziyyətdir və beynəlxalq ictimaiyyətin bu uşaqlara kömək etmək üçün hələ də imkanları var.

    #Qəzza #Qəzza zolağı #UNICEF #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    HƏMAS Qəzzada dəfn mərasiminə hücumu pisləyib - azı 7 nəfər ölüb

    17 İyul 2026 21:00

    İsrail HƏMAS komandirinin öldürüldüyünü iddia edir

    17 İyul 2026 19:44
    XƏBƏR LENTİ

    İsrail qüvvələri Livan ordusunun yerləşdiyi ərazi yaxınlığında atəş açıb

    ABŞ ordusu İraqda həlak olan hərbçinin adını açıqlayıb

    Livan baş naziri İranın Bəhreynə hücumlarını pisləyib

    Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib

    Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    Ali rəhbərlə əlaqələrim hər gün genişlənir - Pezeşkian

    İraqın şimalında neft hasilatı təhlükəsizlik səbəbilə dayandırıldı

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.