Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Türkiyə ilə münasibətlər düşmənçiliyə çevrilib – İsrail

    28 Oktyabr 2025 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə ilə münasibətlər düşmənçiliyə çevrilib – İsrail
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail bazar ertəsi Qəzzada Türkiyə Silahlı Qüvvələrinin iştirakına qarşı olduğunu açıq şəkildə bəyan edib. AzerVoice xəbər verir ki, bu bəyanat, ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq planı çərçivəsində bölgəyə beynəlxalq qüvvə göndərilməsi təklifindən sonra verilib.

    Plan, iki il davam edən müharibəni dayandıran atəşkəsin sabitləşdirilməsi və humanitar təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq qüvvənin Qəzzada yerləşdirilməsini nəzərdə tutur.

    Lakin İsrailin xarici işlər naziri Gideon Saar, Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında bu təklifə sərt reaksiya verib.

    “Əgər hansısa ölkə Qəzzaya silahlı qüvvə göndərmək istəyirsə, ən azı İsrailə qarşı ədalətli mövqe tutmalıdır.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında İsrailə qarşı düşmənçilik siyasəti aparır.Buna görə də onların ordusunun Qəzzaya daxil olmasına razı olmayacağıq. Bunu amerikalı dostlarımıza da açıq şəkildə bildirmişik.”-deyə Qəzzada minlərlə insanın ölümünə reaksiya verməyən Saar bildirib.

    Vaşinqtonun təşəbbüsü ilə hazırlanan plan çərçivəsində ABŞ Qəzzaya öz hərbçilərini göndərmək niyyətində deyil. Lakin Tramp administrasiyası İndoneziya, BƏƏ, Misir, Qətər, Türkiyə və Azərbaycan kimi ölkələrlə çoxmillətli qüvvədə iştirak imkanlarını müzakirə edib.

    İsrail baş naziri Binyamin Netanyahu ötən həftəki açıqlamasında da Türkiyə qüvvələrinin Qəzzada rol almasına qarşı çıxacağını bildirmişdi. O, bazar günü əlavə edib ki,“İsrail, Qəzzada hansı xarici qüvvələrin yerləşdiriləcəyinə özü qərar verəcək.”

    ABŞ-ın dövlət katibi Marko Rubio da cümə günü İsrailə səfəri zamanı deyib ki, beynəlxalq qüvvə “İsrailin qəbul edəcəyi dövlətlərdən” ibarət olmalıdır. O, Türkiyə qüvvələrinin iştirakına dair suallara cavab verməkdən imtina edib.

    Əvvəllər strateji əməkdaşlıq səviyyəsində olan Türkiyə–İsrail münasibətləri, Qəzza müharibəsi zamanı kəskin şəkildə pisləşib.

    Prezident Rəcəb Tayyib Ərdoğan, İsrailin hava və quru əməliyyatlarını “insanlığa qarşı cinayət” adlandıraraq, Tel-Əvivi sərt şəkildə tənqid etmişdi.

    Bu ritorika iki ölkə arasında diplomatik əlaqələri bir daha gərginləşdirib və Türkiyənin sülhməramlı qüvvədə iştirakı məsələsini praktik olaraq mümkünsüz edib.

    İordaniya kralı II Abdullah da bazar günü verdiyi açıqlamada, ölkəsinin Qəzzaya hərbi qüvvə göndərmək niyyətində olmadığını bildirib.

    “Qəzzadakı təhlükəsizlik qüvvələrinin dəqiq vəzifəsi nə olacaq? Əgər bu, sülhü qorumaq üçündürsə, biz dəstək verə bilərik. Amma əgər məqsəd sülhü ‘məcburiyyətlə təmin etməkdirsə’, heç kim belə missiyada iştirak etmək istəməyəcək.”- deyə İordaniya Kralı bildirib.

    Misir və digər ərəb ölkələrinin bu məsələ ilə bağlı mövqeyi isə hələ tam açıqlanmayıb.

    Analitiklər qeyd edirlər ki, Qəzzaya göndəriləcək beynəlxalq qüvvənin məqsədləri və mandatı hələ də qeyri-müəyyəndir. Bu səbəbdən, əksər ölkələr bu təşəbbüsə ehtiyatla yanaşır, çünki mandatın sülhü qoruma yox, onu “tətbiq etməyə” yönəlməsi riski var.

    Müşahidəçilərə görə, Türkiyə və İsrail arasındakı siyasi qarşıdurma Vaşinqtonun planına əlavə çətinlik yaradır, çünki bölgədə sabitliyin təmin olunması üçün regional etimad və koordinasiya hələ formalaşmayıb.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Fələstin #BƏƏ #Misir #Qətər #HƏMAS #İordaniya #Əl-Qəssam Briqadaları #İsrail XİN #Kral II Abdullah #Qəzza böhranı və ərəb mövqeyi #Trampın Qəzza planı #Yaxın Şərq sülhü #Qəzzanın bərpası 2025 #İsrail və Qəzza münaqişəsi #Qəzza humanitar böhranı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    16 İyul 2026 22:11

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    16 İyul 2026 20:30

    Körfəz ölkələrində silahlı qüvvələr yüksək hazırlıq vəziyyətində saxlanılır

    16 İyul 2026 20:11

    Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələri və İordaniyaya hücumlarını pisləyib

    16 İyul 2026 20:09

    İsrail işğal altındakı ərazilərdə yol tikintisinə 356 milyon dollar ayırıb

    16 İyul 2026 20:05

    Qəzzada ölənlərin sayı 73 min 250-yə çatıb

    16 İyul 2026 19:30

    HƏMAS rəsmisi məskunlaşma planlarına qarşı səfərbərlik çağırışı edib

    16 İyul 2026 18:16

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    İsrail ordusu Qəzzada dörd silah anbarını məhv etdiyini açıqlayıb

    16 İyul 2026 17:33

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30
    XƏBƏR LENTİ

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    Abbas Əraqçi ABŞ-ı İrana qarşı hərbi cinayətlər törətməkdə ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.