#Trampın Qəzza planı

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi Qərbi İordan sahilində fələstinlilərə qarşı zorakılığa yol verən yəhudi qruplarını “terrorçu” adlandırıb. Times of Israel portalının məlumatına görə, səfir ABŞ telekanalına müsahibəsində hadisələrdə iştirak edənlərin “əsl məskunlaşanlar deyil, bölgəyə kənardan gələrək zorakılıq törədən azsaylı qruplar” olduğunu bildirib.

Beynəlxalq yardım təşkilatları, Qəzzada ilk güclü qış yağışlarının təsirini göstərməsindən sonra İsrailə daha çox çadır və təcili humanitar yardımın daxil olmasına icazə verilməsini tələb edib. Təşkilatlar bildirirlər ki, dörddə bir milyondan çox ailə təcili sığınacaq dəstəyinə ehtiyac duyur. Hücumlar ikinci ilinə daxil olur, əhali əksəriyyətlə məcburi köçkün vəziyyətindədir və Qəzza xalqının çoxu çadırlarda yaşayır. Cümə günü başlayan qış fırtınasından sonra yaranan daşqın, tullantı suları ilə qarışmış yağış suları səbəbindən ciddi epidemik risk yaradıb.

ABŞ Prezidenti Donald Tramp, Venesuela ilə bağlı yeni açıqlamalarında Prezident Nikolas Maduro ilə müəyyən səviyyədə təmasların ola biləcəyini bildirib. Floridadakı istirahətindən Vaşinqtona dönərkən jurnalistlərin suallarını cavablandıran Tramp, “Maduro ilə bəzi görüşmələr aparır ola bilərik və bunun necə nəticələnəcəyini görəcəyik. Onlar danışmaq istəyirlər,” deyə qeyd edib. Venesuela ilə bağlı yeni irəliləyiş olub-olmaması barədə suala isə Tramp “Xeyr, yoxdur,” cavabını verib.

İndoneziya müdafiə naziri bildirib ki, ölkə Qəzzada planlaşdırılan sülhməramlı əməliyyat üçün səhiyyə və tikinti tapşırıqları üzrə maksimum 20 min əsgər hazırlayıb. Hazırlıqlar ABŞ-ın təşəbbüsü ilə çoxmillətli sabitləşdirmə qüvvəsi yaradılması planları çərçivəsində həyata keçirilir. Qoşunların nə zaman yerləşdiriləcəyi və hansı mandatla fəaliyyət göstərəcəyi hələ qərara bağlanmayıb.

İsrailli tədqiqatçı Şolom Libner bildirir ki, ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsindən sonrakı aktiv müdaxiləsi İsrail baş naziri Benyamin Netanyahunu misilsiz təzyiq altına salıb. Libnerin “National Interest”də dərc olunan analizinə görə, Trampın Qəzzada daimi razılaşma əldə etməyə çalışması Netanyahunun hökuməti üçün “siyasi zərbə” yarada bilər. Qəzzada döyüşlər sona yaxınlaşdıqca həm İsrail daxilində, həm də regionda liderlik boşluğu dərinləşib.

İordan çayının qərb sahilində qeyri qanuni məskunlaşan radikal yəhudilər, bu gün sübh tezdən Səlfitin şimal-qərbində yerləşən Hacı Hömeydə məscidini yandırıblar. Fələstinli fəal Nəzmi əs-Səlman bildirib ki, hadisə Deiristiya və Kəfl Həris qəsəbələri arasında baş verib. Məlumatda qeyd edilir ki, məscidə daxil olan radikal yəhudilər, məscidin girişinə yandırıcı maddə töküblər. “Alovun bütün məscidə yayılmasının qarşısı sakinlərin müdaxiləsi ilə alınıb. Məscidin divarlarına ərəblərə və müsəlmanlara qarşı irqçi şüarlar yazılıb”-deyə məlumatda qeyd edilir.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və Bərpa Agentliyi (UNRWA) bildirib ki, İsrailin iki il davam edən soyqırımı nəticəsində Qəzza zolağında 282 mindən çox ev dağıdılıb və ya zərər görüb. UNRWA-nın ABŞ mərkəzli X sosial media platformasındakı rəsmi hesabında paylaşdığı açıqlamada, BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən birgə idarə olunan Qlobal Sığınacaq Klasteri (Global Shelter Cluster) humanitar yardım mexanizminin məlumatları istinad kimi göstərilib.

İsrail hökuməti bəyan edib ki, çərşənbə günü Qəzza zolağının şimalında yerləşən “Zikim” sərhəd-keçid məntəqəsi humanitar yardım maşınlarının bölgəyə daxil olması üçün açılıb. Bu, iki il davam edən müharibənin ağır nəticələrindən əziyyət çəkən Qəzza sakinlərinə yardım məqsədi daşıyır. İsrail Müdafiə Nazirliyinə tabe olan Hökumət Fəaliyyətlərinin Koordinasiyası İdarəsi (COGAT) bildirib ki, bu yardımlar BMT və beynəlxalq təşkilatlar tərəfindən çatdırılacaq və bütün yük maşınları “dəqiq təhlükəsizlik yoxlamalarından” sonra buraxılacaq.

ABŞ Prezidenti Donald Tramp, Qəzzada yaradılan Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) “çox yaxın zamanda” fəaliyyətə başlayacağını açıqlayıb. Tramp bu barədə ABŞ-da keçirilən C5+1 zirvəsində, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan prezidentlərini qəbul etdikdən sonra verdiyi açıqlamalarda danışıb. Prezident vurğulayıb ki, Qəzzadakı atəşkəs hazırda davam edir və ABŞ region ölkələri və müttəfiqləri ilə yaxından əməkdaşlıq edir.