Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Türkiyə olmasaydı, Qəzza atəşkəsi mümkün olmazdı - Tom Barak

    1 Noyabr 2025 20:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə olmasaydı, Qəzza atəşkəsi mümkün olmazdı - Tom Barak
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ-nin Türkiyə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Qəzzada əldə olunan atəşkəsi dəyərləndirərək bildirib ki, Türkiyənin iştirakı olmasa, tərəflər razılığa gələ bilməzdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu səbəbdən Prezident Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür edib.

    AzerVoice xəbər verir ki, Barak bu barədə Bəhreynin paytaxtı Manamada keçirilən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu forumunda bölgədəki siyasi proseslər, Qəzza və Türkiyənin roluna dair çıxış edərkən deyib.

    O əlavə edib ki, Türkiyə ilə yanaşı Qətər də prosesdə həlledici rol oynayıb.

    Onun sözlərinə görə xüsusilə Türkiyənin HƏMAS-la münasibətləri və onları terror təşkilatı kimi tanımaması, onları danışıqlara razı salıb.

    Tramp administrasiyasının bölgədəki siyasətini dəyərləndirən Barak “Prezident bütün regionda siyasi xəritəni dəyişdi. Türkiyə və İsrail müharibəyə girməyəcək. Əksinə, Xəzərdən Aralıq dənizinədək əməkdaşlıq dalğası görünəcək.”-deyib.

    Barak çıxışında regionun tarixi kontekstinə də toxunub. O deyib ki, Osmanlı imperiyasının süqutundan sonra Qərbin tətbiq etdiyi bütün modellər səhv idi. Millətlərə, dinlərə və sərhədlərə qarşı müstəmləkə yanaşması heç vaxt işləmədi və bu sistemlərin hamısı iflasa uğradı.

    Barak, Şam administrasiyası ilə Suriyada SDQ adı altında fəaliyyət göstərən YPG/PKK qüvvələri arasında dialoqun irəlilədiyini bildirərək (SDQ ilə) ortaq nöqtəyə yaxınlaşdıqlarını deyib.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Qətər #HƏMAS #Əl-Qəssam Briqadaları #Qəzza münaqişəsi #Trampın Qəzza planı #SDQ və Suriya ordusunun birləşməsi #ABŞ-ın Ankara səfiri namizədi Tom Barak #Qəzza və Suriya böhranında Türkiyə və İsrail mövqeləri #İsrail-Suriya gərginliyi #ABŞ-İsrail-Fələstin siyasəti #Suriya-Türkiyə-İsrail gərginliyi #Qəzza razılaşması #Yaxın Şərq Sülh Sammiti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

    2 Sentyabr 2026 19:49

    Qətər İranın Səudiyyə tankerinə hücumunu pisləyib

    2 Sentyabr 2026 19:11

    ABŞ HƏMAS-a göndərildiyi iddia olunan 560 min dollardan çox rəqəmsal vəsaiti müsadirə edib

    2 Sentyabr 2026 18:17

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    2 Sentyabr 2026 12:51

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Qətərdə sentyabr ayı üçün yanacaq qiymətləri açıqlanıb

    2 Sentyabr 2026 10:36

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    1 Sentyabr 2026 22:45

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    1 Sentyabr 2026 18:47

    ABŞ–İran qarşılıqlı zərbələrindən sonra neftin qiyməti 90 dolları keçib

    1 Sentyabr 2026 18:14

    Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

    1 Sentyabr 2026 14:03
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.