#İspaniya

Real Madrid klubu milli futbolçu Arda Gülərin zədələndiyini açıqlayıb. Bildirilib ki, Arda Gülər təxminən bir ay müddətində yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər üzrə 50 oyunda iştirak edib və 6 qol vurub.

Qəzzaya ümid və humanitar yardım daşımaq məqsədi daşıyan "Qlobal Qətiyyət" (Sumud) filotasiyası sabah yenidən dənizə açılır. Filotasiyasının hərəkətindən öncə bu gün Barselonada minlərlə insanın iştirakı ilə böyük həmrəylik mitinqi keçiriləcək. Aksiyanın əsas məqsədi dünya ictimaiyyətinin diqqətini Qəzzada davam edən humanitar böhrana cəlb etmək və blokadanın aradan qaldırılması üçün beynəlxalq təzyiq yaratmaqdır.

FIFA İspaniya Futbol Federasiyasına qarşı intizam prosesi başladıb. Buna səbəb İspaniya–Misir hazırlıq oyunu zamanı azarkeşlərin səsləndirdiyi islamofob məzmunlu şüarlardır. Bildirilib ki, məsələ ilə bağlı yalnız FIFA deyil, həm də Kataloniya polis qurumu Mossos d’Esquadra tərəfindən paralel araşdırma aparılır. İş Nifrət Cinayətləri və Ayrı-seçkiliklə Mübarizə üzrə prokurorluq tərəfindən icra olunur.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və İspaniyanın Baş naziri Pedro Sançez arasında telefon danışığı baş tutub. Görüş zamanı liderlər ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələləri ətraflı müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və İspaniyanın müdafiə sənayesi başda olmaqla hər sahədə nümayiş etdirdiyi həmrəyliyin hər iki xalq tərəfindən məmnuniyyətlə qarşılandığını və bu münasibətləri daha da inkişaf etdirməyi hədəflədiklərini bildirib.

İspaniyanın aparıcı klublarından olan Barselona mühüm oyunlar ərəfəsində ciddi itki ilə üzləşib. Barselonanın prezidenti Laporta isə yaranmış vəziyyətə görə FIFA-nın beynəlxalq oyun təqvimini sərt tənqid edib. O bildirib ki, sıx qrafik futbolçuların sağlamlığını risk altına qoyur və klubların maraqları nəzərə alınmır.

İspaniya hökuməti ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərq və Körfəz regionunda yaranan qeyri-sabitlik səbəbindən təxliyə edilən İspaniya vətəndaşlarının sayının 7 minə çatdığını açıqlayıb. İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda fevralın 28-dən başlayan gərginliklər zamanı heç bir İspaniya vətəndaşının xəsarət almadığı bildirilir. Məlumatda qeyd olunur ki, təxliyə prosesi digər ölkələrdə davam etsə də, təhlükəsizlik mülahizələrinə görə İrandan vətəndaşların çıxarılması əməliyyatları martın 7-də rəsmən başa çatdırılıb.

İspaniya hökuməti İsraildəki fövqəladə və səlahiyyətli səfirini vəzifəsindən geri çağırmaq barədə rəsmi qərar qəbul edib. Rəsmi qəzetdə dərc olunan məlumata görə, səfirin geri çəkilməsi barədə qərar çərşənbə günü qüvvəyə minib. Bu addım Avropa ölkələri arasında İsrailin regional hərbi əməliyyatlarına və diplomatik gərginliyə qarşı göstərilən ən kəskin reaksiyalardan biri kimi qiymətləndirilir. İspaniya tərəfi bu qərarla Tel-Əviv ilə diplomatik əlaqələrin xarakterini rəsmən dəyişdirmiş olur.