BAKI,VOA, Fərid Mikayılov
Real Madrid klubu milli futbolçu Arda Gülərin zədələndiyini açıqlayıb.
VOA xəbər verir ki, tibbi müayinələrdən sonra futbolçunun sağ arxa əzələsində zədələnmə aşkarlanıb.
Bildirilib ki, Arda Gülər təxminən bir ay müddətində yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər üzrə 50 oyunda iştirak edib və 6 qol vurub.
Madrid təmsilçisi LaLiqanın 33-cü turunda sabah Real Betis ilə qarşılaşacaq.