#İran müharibəsi

ABŞ-İsrailin İrana qarşı müharibəsi sürətlə regional sərhədləri aşaraq, təkcə Yaxın Şərqdə məhdudlaşan hərbi qarşıdurma olmaqdan çıxıb, daha geniş geosiyasi ölçülərə malik hadisəyə çevrilib. Bu müharibə dövlətlərin riskləri necə dərk etdiyini, böhranlara reaksiyalarını və beynəlxalq sistemdə mövqelərini yenidən formalaşdırır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Türkiyə Prezident Administrasiyasının yaydığı rəsmi məlumata görə, Ərdoğan regionda sabitliyin təmin olunması üçün diplomatik fürsətlərin vacibliyini vurğulayıb. Prezident Ərdoğan danışıq zamanı qeyd edib ki, hazırda davam edən sülh danışıqlarından regionda daimi sülh və sabitliyə nail olmaq üçün maksimum dərəcədə istifadə edilməlidir.

İran Dövlət Televiziyası paytaxt Tehranın qərbində yerləşən nüfuzlu Şərif Texnologiya Universitetinin hücuma məruz qaldığını xəbər verib. VOA xəbər verir ki, rəsmi məlumatda hadisə növbəti aqressiya kimi xarakterizə edilib.

"The Telegraph" qəzetinin köşə yazarı Embroz Evans-Priçard hesab edir ki, Donald Trampın İrana qarşı atdığı addımlar onu 1956-cı ilin Süveyş böhranını xatırladan tarixi bir məqama sürükləyə bilər. Bu ssenaridə sürətli hərbi uğurlar geniş qlobal iqtisadi təzyiqlər altında əriyib itir və nəticədə ABŞ-ın alçaldıcı geri çəkilməsi ilə beynəlxalq siyasətin tarazlığı kökündən dəyişir.

Suriya İran müharibəsindən udacaq, yoxsa uduzacaq? Dəməşq özünü yeni bir sınaq qarşısında tapıb. O, müxtəlif döyüşlərin arasında sıxılıb qalıb: qərb sərhədlərində İsrailin Livandakı "Hizbullah"a qarşı müharibəsi, şərqdə isə İraqda silahlı qruplaşmalarla dövlət arasında artan gərginlik. Suriya səmalarında isə İsrail təyyarələri ilə İran raketləri və PUA-ları arasında "atəş kəsişməsi" (atəş xətlərinin kəsişməsi) baş verir.

"VOA-nın rəsmi məlumatlar əsasında topladığı statistikaya görə, İranın hücumlarına ən çox Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) məruz qalıb. Ondan sonra ardıcıllıqla Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və İordaniya gəlir. Oman sultanlığı isə təxminən 16 PUA hücumu ilə ən az hədəf alınan ölkə olub.

SEPAH sözçüsü Əli Məhəmməd Naini İranın ən azı 6 ay intensiv müharibə aparmaq üçün kifayət qədər hərbi resurslarının olduğunu açıqlayıb. Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu bildirib ki, ümumiyyətlə, müharibə dövründə bu kimi bəyanatlar vermək olduqca normaldır: "Analoji olaraq, ABŞ və İsrail də fərqli bəyanatlar verir və bu, müharibə şəraitində normal qəbul edilməlidir. Əsas məsələ isə müharibənin uzanma müddətidir. Bu gün reallıq göstərir ki, ABŞ və İsrailin İranda başlatdıqları əməliyyatda istədikləri uğuru əldə edə bilməyiblər. Onlar gözləyirdilər ki, bombardmandan sonra İran xalqı küçələrə çıxacaq, Xamenei və rejimin dağılmasını tələb edəcək. Lakin belə bir hal baş verməyib. Dəfələrlə xalqa müraciət olunmasına baxmayaraq, ABŞ və İsrailin çağırışları öz təsirini göstərməyib".