Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / İran
    İran

    Çin İran müharibəsi ilə bağlı çağırış etdi - Dialoq və danışıqlar yeganə çıxış yoludur

    15 May 2026 12:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Çin İran müharibəsi ilə bağlı çağırış etdi - Dialoq və danışıqlar yeganə çıxış yoludur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi İranda davam edən müharibənin dayandırılması və bölgədə sabitliyin bərpası üçün dialoq və danışıqların başlanmasının vacibliyini bildirib.

    VOA xəbər verir ki, nazirliyin sözçüsü Yaxın Şərq və xüsusilə Fars körfəzi regionunda sabitliyin təmin olunmasının ən mühüm məsələ olduğunu vurğulayıb. O qeyd edib ki, İranda davam edən müharibə regionda ciddi fəlakətlərə səbəb olub və genişmiqyaslı ağır nəticələr doğurur.

    Açıqlamada bildirilib ki, müharibədən çıxış yolu ən qısa zamanda tapılmalı, münaqişənin dayandırılması və danışıqlara başlanması üçün yaranmış imkanlar itirilməməlidir. Çin tərəfi xüsusilə Hörmüz boğazının yenidən açılması istiqamətində siyasi və diplomatik proseslərin sürətləndirilməsini vacib hesab edib.

    Nazirliyin bəyanatında qeyd olunub ki, mövcud böhranın həlli üçün yeganə düzgün yol qarşılıqlı dialoq və danışıqlardır. Eyni zamanda vurğulanıb ki, Hörmüz boğazında hər hansı problemlərin və maneələrin yaranmasına yol verilməməsi beynəlxalq enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.

    Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi həmçinin bölgədə gərginliyin azaldılması və sabitliyin bərpası üçün bütün tərəflərin məsuliyyətli davranmasının vacibliyini bir daha diqqətə çatdırıb.

    #Çin Xarici İşlər Nazirliyi #Hörmüz boğazı #Beynəlxalq münasibətlər #İran müharibəsi #Fars körfəzi təhlükəsizliyi #Çin diplomatiyası #Yaxın Şərq sabitliyiv #Yaxın Şərq sabitliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    21 Avqust 2026 20:57

    İran Hərbi Dəniz Qüvvələri strateji boğazlarla bağlı hazırlığını açıqlayıb

    21 Avqust 2026 19:55

    Oman və Yaponiya Hörmüz boğazının açılması üçün səylərin gücləndirilməsinə çağırıb

    20 Avqust 2026 21:57

    ABŞ İrana qarşı dəniz mühasirəsi ilə bağlı yeni rəqəmlər açıqlayıb

    20 Avqust 2026 21:14

    Bölgədə sülh üçün əməkdaşlığımızı gücləndirəcəyik - Hakan Fidan

    20 Avqust 2026 21:10

    ABŞ qüvvələri may ayından bəri Hörmüz boğazından 1300 gəminin keçidinə yardım edib

    20 Avqust 2026 19:42

    Heç bir ölkə dəniz yollarında sərbəst hərəkətə mane ola bilməz - Misir

    20 Avqust 2026 18:23

    Qətərin xarici işlər naziri Hörmüz boğazında “şantaja” son qoymağa çağırıb

    20 Avqust 2026 18:09

    Səudiyyə Ərəbistanı strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsini istəyir

    19 Avqust 2026 21:11

    İran Hörmüz boğazına nəzarəti Silahlı Qüvvələrin Baş Qərargahına verməyi planlaşdırır

    19 Avqust 2026 17:46
    XƏBƏR LENTİ

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    İran “Cənubi Pars”da müharibədə zədələnmiş zavodun 70 faizini bərpa edib

    Əl-Budeyvi beynəlxalq ictimaiyyəti İsrailin məskunlaşma siyasətini dayandırmağa çağırıb

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    İran eyni vaxtda iqtisadi təzyiq və diplomatik dalanla üzləşib

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    Sudanda humanitar vəziyyət necədir?

    Ərəb futbolunda qalmaqal: 'Əl-Nəsr'in yeni müqavilələrinə veto qoyuldu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.