İstanbul və Yalovada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 9 şübhəli nəzarətə alınıb. İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyinin qrupları, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə terror təşkilatı İŞİD-in fəaliyyətlərinin qarşısının alınması və deşifrə edilməsi istiqamətində araşdırmalar aparıb.
#İŞİD
İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani bazar ertəsi İtaliyanın "Corriere Della Sera" qəzetinə verdiyi müsahibədə ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD beynəlxalq koalisiyasının fəaliyyətinə xitam verilməsi prosesini sürətləndirəcəyini bildirib. Baş nazirin bu açıqlamaları İraqın öz iradəsi xaricində Yaxın Şərqdəki münaqişəyə sürükləndiyi bir vaxta təsadüf edir. Xatırladaq ki, bu münaqişə fevralın 28-də İsrail və ABŞ-ın İrana zərbələr endirməsi ilə başlayıb. Həmin tarixdən bəri İranyönümlü silahlı qruplaşmalar İraqda və regionda ABŞ-ın maraqlarına qarşı demək olar ki, hər gün hücumlar təşkil edir.
Türkiyə Daxili İşlər Nazirliyi son iki həftə ərzində 29 şəhərdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatlarda 139 şübhəlinin yaxalandığını bildirib.Türkiyə Baş Polis İdarəsinin Kəşfiyyat İdarəsi, Terrorla Mübarizə (TEM) İdarəsi və Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən tədbirlər çərçivəsində terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən edilən açıqlamaya görə, son 2 həftədir 29 bölgədə davam edən əməliyyatlarda terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilən 139 şübhəli saxlanılıb.
2003-cü il martın 19-da ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqa hərbi müdaxiləsindən iki onillik keçməsinə baxmayaraq, müharibənin siyasi, təhlükəsizlik və humanitar nəticələri bu gün də İraq və bütövlükdə Yaxın Şərq üçün ciddi təsir mənbəyi olaraq qalır. Müharibə beynəlxalq sistemdə legitimlik, kəşfiyyatın rolu və müharibədən sonrakı idarəetmə modelləri baxımından ən mübahisəli nümunələrdən biri kimi qiymətləndirilir.
Türkiyənin İstanbul şəhərində terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib. İstanbul Respublika Prokurorluğunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələri tərəfindən terror təşkilatı İŞİD-ə qarşı əməliyyat təşkil olunub. Əməliyyat zamanı sosial şəbəkələr vasitəsilə terror təşkilatının təbliğatını aparan şəxslərə qarşı tədbirlər görülüb
İstanbul Terrorla Mübarizə və Kəşfiyyat İdarəsinin əməkdaşları İŞİD terror qruplaşmasının fəaliyyətinin qarşısının alınması məqsədilə genişmiqyaslı əməliyyat keçirib. Əməliyyatın əsas hədəfində terror təşkilatı ilə əlaqəli fəaliyyət göstərən və sosial media platformaları vasitəsilə qruplaşmanın təbliğatını aparan şəxslər olub. Şəhərin müxtəlif ünvanlarında eyni vaxtda həyata keçirilən basqınlar nəticəsində 11 şübhəli şəxs gözaltına alınıb.
Ankarada terror təşkilatı İŞİD və FETÖ-yə qarşı aparılan iki ayrı istintaq çərçivəsində 4 şübhəli və 6 axtarışda olan məhkum saxlanılıb. Ankara Respublika Baş Prokurorluğu Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar zamanı **İŞİD** tərkibində fəaliyyət göstərdikləri və münaqişə bölgələri ilə əlaqə saxladıqları müəyyən edilən İraq vətəndaşı 4 nəfərin saxlanıldığı bildirilib.
Bağdadda güclü mühafizə olunan saxlanma müəssisəsində Suriyadan İraqa köçürülən minlərlə İŞİD şübhəlisi istintaqa cəlb edilib. ABŞ hərbçilərinin müşayiəti ilə Suriyanın şimal-şərqindəki həbsxanalardan 60 müxtəlif ölkənin vətəndaşı olan 5 mindən çox saxlanılan şəxs Bağdada gətirilib. Köçürülmə Suriyada vəziyyətin gərginləşməsi fonunda mümkün qaçış risklərinin qarşısını almaq məqsədi daşıyıb.
Suriyanın şimal-şərqindəki təhlükəsizlik dinamikası yeni və gərgin bir mərhələyə qədər yüksəlib. Suriya rəsmi xəbər agentliyinin (SANA) cümə günü yaydığı məlumata görə, Suriya ordusu Həsəkə vilayətində yerləşən, minlərlə "DAİŞ" (İŞİD) döyüşçüsünün ailə üzvlərinin məskunlaşdığı məşhur "Əl-Hol" düşərgəsini və Qərbi Əl-Hol fermasını rəsmən qapalı hərbi-təhlükəsizlik zonası elan edib.
ABŞ Dövlət katibi Marko Rubio İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon danışığında İraqdakı təhlükəsizlik vəziyyəti və siyasi proseslərlə bağlı məsələləri müzakirə edib. ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Rubio Sudani ilə telefon əlaqəsi saxlayıb. Görüş zamanı Rubio Suriyanın şimal-şərqində son vaxtlar yaranmış qeyri-sabitlikdən sonra İŞİD terror təşkilatı üzvlərinin İraqdakı təhlükəsiz obyektlərə köçürülməsi və orada saxlanılması istiqamətində İraq hökumətinin təşəbbüsünü və liderliyini təqdir edib.
Suriya hökuməti ilə SDQ arasında elan edilən atəşkəsin müddətinin uzadılması ilə bağlı razılaşma əldə olunduğu bildirilir. Məlumata əsasən, atəşkəsin uzadılması qərarı bölgədə təhlükəsizlik və humanitar məsələlərlə bağlı proseslərin daha nəzarətli şəkildə aparılması məqsədi daşıyır. Xüsusilə, İŞİD üzvlərinin saxlanıldığı düşərgə və həbsxanalardan İraqa köçürülməsi prosesinin təhlükəsiz şəkildə həyata keçirilməsi bu qərarın əsas səbəblərindən biri kimi göstərilir.
İraq hökuməti cümə günü Avropa ölkələrinə çağırış edərək, İŞİD (DAEŞ) sıralarında döyüşmüş və hazırda Suriyadakı düşərgələrdən İraqa köçürülən öz vətəndaşlarını geri götürməyə və mühakimə etməyə çağırıb. Məlumata görə, ABŞ ordusu indiyədək Suriyada kürd qüvvələrinin nəzarətində saxlanılan 150 İŞİD məhbusunu İraqa köçürüb. Bu şəxslər, kürdlərin rəhbərlik etdiyi qüvvələrin irəliləyən Suriya ordusuna əraziləri təhvil verməsi fonunda İraqa keçirilməsi planlaşdırılan təxminən 7 min silahlı arasında yer alır.