Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    “AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumlarına qarşı xəbərdar edib

    16 İyul 2026 13:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumlarına qarşı xəbərdar edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    “AzerGold” QSC vətəndaşları son vaxtlar şirkətin adından istifadə olunmaqla həyata keçirilən saxta investisiya kampaniyaları və fişinq xarakterli kiberdələduzluq halları ilə bağlı diqqətli olmağa çağırıb.

    Şirkətdən bildirilib ki, son dövrlər sosial media platformalarında və müxtəlif internet resurslarında “AzerGold”un adından istifadə edilərək saxta investisiya və reklam kampaniyalarının yenidən aktivləşdiyi müşahidə olunur.

    Məlumata görə, bu kampaniyaların əsas məqsədi dövlət şirkətinə olan etibardan sui-istifadə etməklə vətəndaşların maliyyə və şəxsi məlumatlarını ələ keçirmək, eləcə də onların vəsaitlərini mənimsəməkdir.

    Qeyd olunub ki, kiberdələduzlar “AzerGold”u guya yüksək gəlir vəd edən investisiya layihələrinin təşkilatçısı kimi təqdim edir, şirkətin korporativ üslubundan, loqosundan və rəhbər şəxslərinin görüntülərindən qanunsuz istifadə edirlər. Bununla yanaşı, rəsmi internet səhifəsini təqlid edən saxta veb-saytlar yaradılır və istifadəçilər həmin keçidlərə yönləndirilir.

    Şirkətin məlumatına əsasən, bəzi hallarda vətəndaşlarla xarici ölkələrə məxsus telefon nömrələri və ya müxtəlif mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlanılır. Onlardan bank kartı rekvizitləri, şəxsiyyət vəsiqəsi məlumatları, birdəfəlik təsdiq kodları və digər məxfi məlumatlar tələb olunur.

    “AzerGold” QSC vurğulayıb ki, şirkət sosial şəbəkələr və digər qeyri-rəsmi platformalar vasitəsilə investisiya cəlb etmir, vətəndaşlardan maliyyə və ya bank məlumatları istəmir və bu cür saxta kampaniyalarla heç bir əlaqəsi yoxdur.

    Şirkət vətəndaşlara fəaliyyətinə dair məlumatları yalnız rəsmi informasiya resurslarından və etibarlı mənbələrdən əldə etməyi, şübhəli keçidlərə daxil olmamağı, şəxsi və maliyyə məlumatlarını üçüncü şəxslərlə paylaşmamağı, belə hallarla qarşılaşdıqları təqdirdə isə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib.

    #kibertəhlükəsizlik #AzerGold fişinq xəbərdarlığı #fişinq hücumu #saxta reklam kampaniyası #saxta investisiya layihələri #bank kartı məlumatlarının oğurlanması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

    2 Sentyabr 2026 09:41

    Berlinin məlumatları kimlərin əlinə keçib? Hakerlər hökuməti şantaj edir

    29 Avqust 2026 11:44

    Top-10 texnologiya nəhəngi sırasına doğru - Ər-Riyadda möhtəşəm Rəqəmsal Bölgə yaradılır

    27 Avqust 2026 15:39

    “Philips” və “Shell” kiberhücumun hədəfinə çevrilib

    13 Avqust 2026 20:28

    "Claude Mythos"... Hakerlərdən əvvəl ekspertləri narahat edən süni intellekt

    10 Avqust 2026 14:15

    Levi Strauss kibertəhlükəsizlik insidentini açıqlayıb

    7 Avqust 2026 19:34

    Trampın müşavirləri OpenAI və Google nümayəndələri ilə görüşəcək

    4 Avqust 2026 20:07

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    3 Avqust 2026 21:26

    Anthropic-in süni intellekt modeli hansı sistemlərə daxil olub?

    31 İyul 2026 20:13

    ABŞ qabaqcıl süni intellekt modelləri üçün yeni təhlükəsizlik qaydaları hazırlayır

    30 İyul 2026 21:07

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    21 İyul 2026 22:40

    Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol

    15 İyul 2026 09:00
    XƏBƏR LENTİ

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    Mubadala Energy 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    "Absher" və "Maidan Companion" - Səudiyyə Ərəbistanı təhlükəsizliyin gələcək modelini açıqladı

    Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

    “Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

    Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.