Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyənin Ankara Esenboğa Hava Limanında sərnişin axını 7 faiz artıb (ÖZƏL)

    16 İyul 2026 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin Ankara Esenboğa Hava Limanında sərnişin axını 7 faiz artıb (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    2026-ci ilin iyul ayında Türkiyənin Ankara Esenboğa Hava Limanında sərnişin axını ötən ilin eyni ayı ilə müqayisədə 7 faiz artaraq 6 milyon 894 min 765 nəfərə çatıb.

    Bu barədə VOA-ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirliyin məlumatına görə, iyul ayında beynəlxalq reyslər üzrə sərnişin sayı illik müqayisədə 10 faiz artaraq 1 milyon 692 min 709 nəfər, daxili reyslər üzrə isə 7 faiz artaraq 5 milyon 202 min 56 nəfər olub.

    Hesabat dövründə hava limanında yük daşımalarının həcmi də artım göstərib. Belə ki, ümumi yük daşınması ötən ilin eyni ayı ilə müqayisədə 8 faiz artaraq 66 min 87 ton təşkil edib.

    Daxili reyslər üzrə yük daşımalarının həcmi 10 faiz azalaraq 41 min 641 tona düşsə də, beynəlxalq reyslər üzrə yük daşınması 5 faiz artaraq 24 min 446 tona yüksəlib.

    Nazirlik bildirib ki, 2026-ci ilin iyul ayında Ankara Esenboğa Hava Limanından həyata keçirilən uçuşların ümumi sayı ötən ilin eyni ayı ilə müqayisədə 7 faiz artaraq 51 min 82-yə çatıb.

    Bu dövrdə daxili reyslər üzrə uçuşların sayı 7 faiz azalaraq 37 min 671, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 13 min 411 olub.

    Məlumata görə, 2026-ci ilin iyul ayında Türkiyənin bütün hava limanlarında ümumilikdə 111 milyon 906 min 664 sərnişinə xidmət göstərilib, yük daşımalarının həcmi isə 2 milyon 499 min 704 ton təşkil edib.

    #Ankara Esenboğa Hava Limanı #Türkiyə hava limanları statistikası #Türkiyə aviasiya sektoru #Ankara hava limanı sərnişin sayı #Esenboğa sərnişin axını #Ankara beynəlxalq reyslər #Ankara daxili reyslər #Esenboğa yük daşımaları #Ankara hava nəqliyyatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Antalya Hava Limanında sərnişin axını 13 milyonu ötüb (ÖZƏL)

    16 İyul 2026 12:58

    Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 23 milyondan çox sərnişin (ÖZƏL)

    16 İyul 2026 10:27

    Ankara Esenboğa hava limanında sərnişin axını artdı (ÖZƏL)

    22 Aprel 2026 13:30

    Ankara Esenboğa hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib (ÖZƏL)

    12 Mart 2026 11:10

    Keçən il Ankara Esenboğa hava limanında sərnişindaşıma 13 milyon nəfəri keçib (ÖZƏL)

    9 Yanvar 2026 15:55

    Türkiyə hava məkanının təhlükəsizliyini qətiyyətlə təmin edir - Türkiyə MN

    25 Dekabr 2025 14:37

    Ankara Esenboğa hava limanında sərnişindaşıma 12 milyon nəfəri keçib (ÖZƏL)

    9 Dekabr 2025 17:26

    Ankara Esenboğa hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

    14 Noyabr 2025 09:56

    Ankara Esenboğa hava limanında sərnişindaşıma 10 milyon nəfəri keçib (ÖZƏL)

    11 Oktyabr 2025 14:27

    Ankara Esenboğa hava limanında sərnişindaşıma 9 milyon nəfəri keçib (ÖZƏL)

    10 Sentyabr 2025 11:40

    Ankara Esenboğa hava limanında sərnişindaşıma 7 milyon nəfəri keçib (ÖZƏL)

    8 Avqust 2025 10:48

    Ankara Esenboğa hava limanında sərnişindaşıma 6 milyon nəfəri keçib (ÖZƏL)

    15 İyul 2025 12:55
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.