#İŞİD

ABŞ-ın Suriyadakı kürd silahlı qüvvələrinə verdiyi dəstəkdən imtina etməsi dəyişən hərbi-operativ şəraitin situativ nəticəsidirmi, yoxsa biz daha dərin strateji transformasiyanın şahidi oluruq - yəni Vaşinqtonun münaqişələri vasitəçi (proksi) modellə idarəetmədən imtina edib, Yaxın Şərqdə dövlət iyerarxiyasını bərpa etməyə, qeyri-rəsmi güc mərkəzlərini ləğv etməyə yönəlməsi?

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən İŞİD terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat nəticəsində 8 şübhəli şəxs gözaltına alınıb. Terrorizmin Maliyyələşdirilməsinin Qarşısının Alınması və Çirkli Pulların Yuyulması Bürosu terror təşkilatının maliyyə fəaliyyətini ifşa etmək məqsədilə İstanbul şəhər Daxili Qoşunlar Komandanlığı ilə birgə genişmiqyaslı iş aparıb. Araşdırmalar zamanı A.G. adlı şəxsin Suriyadakı münaqişə zonalarında fəaliyyət göstərən terrorçular və onlara rəğbət bəsləyənlər üçün "infak" adı altında vəsait topladığı müəyyən edilib.

BMT Təhlükəsizlik Şurasının 2026-cı ilin yanvar ayı üçün iş planı açıqlanıb. Təhlükəsizlik Şurasının 2734 (2024) saylı, 10 iyun 2024-cü il tarixli qətnaməsinin 109-cu bəndinə əsasən, BMT-nin Baş katibi İŞİD və Əl-Qaidə ilə bağlı beynəlxalq təhlükələrə dair strateji səviyyəli hesabat təqdim etməlidir.

Türkiyənin Yalova şəhərində 3 polis əməkdaşının şəhid olduğu silahlı qarşıdurmadan sonra DEAŞ terror təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində saxlanılan 42 şübhəlidən 26-sı həbs olunub. Dekabrın 29-da saat 03:00 radələrində İsmet Paşa məhəlləsi, Seher küçəsində DEAŞ-a qarşı aparılan əməliyyat zamanı bir evdən açılan atəş nəticəsində polis əməkdaşları İlker Pehlivan (47), Turgut Külünk (50) və Yasin Koçyiğit (49) şəhid olub. Hadisə zamanı 8 polis əməkdaşı və 1 mühafizəçi yaralanıb.

İstanbul və Ankarada İŞİD-ə qarşı əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı ümumilikdə 127 şübhəli şəxs saxlanılıb. Saxlanılanların Yalovada törədilən hücumla əlaqəli olduqları müəyyən edilib. Təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı əməliyyatları dayanmadan davam edir. Yalovada dünən baş verən hücumda 3 polis əməkdaşı şəhid olmuşdu, bu səbəbdən bu gün yeni reydlər həyata keçirilib. İstanbulda aparılan istintaqlarda 110 şübhəli saxlanılıb. İstanbul Baş Prokurorluğundan əməliyyatla bağlı açıqlama verilib.

Ankarada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat çərçivəsində 17 şübhəli şəxs saxlanılıb. Baş Prokurorluğun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar zamanı əldə olunan rəqəmsal materialların təhlili nəticəsində şübhəlilərin terror təşkilatının üzvləri olduqlarına dair sübutlar aşkarlanıb.

Türkiyənin Yalova bölgəsində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə atəş açılması nəticəsində 3 polis əməkdaşı şəhid olub, 8 polis və 1 mülki əməkdaş yaralanıb. Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya açıqlamasında bildirib ki, əməliyyat zamanı 6 İŞİD üzvü təsirsiz hala gətirilib. Hadisə Yalovanın Elmalıq kəndi yolu üzərində yerləşən bir evdə baş verib və Bursadan xüsusi təyinatlı polis qüvvələri də əməliyyata cəlb olunub. Əməliyyat gücləndirilmiş təhlükəsizlik tədbirləri altında davam etdirilir.

Türkiyənin Yalova bölgəsində terror təşkilatı İŞİD-Ə qarşı keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb. Nəticədə 7 polis əməkdaşı yaralanıb. Türkiyə Bölgə Polis İdarəsinin əməkdaşları tərəfindən mərkəzə bağlı Elmalıq kəndi yolu üzərində yerləşən bir evə əməliyyat təşkil olunub. Əməliyyat zamanı şübhəlilərin polisə atəş açması nəticəsində qarşıdurma baş verib. Bursadan xüsusi təyinatlı polis qüvvələrinin də cəlb olunduğu əməliyyat ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında davam etdirilir. Yaralanan polis əməkdaşları xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

İstanbulda, yaxınlaşan Yeni il tədbirləri öncəsi İŞİD terror təşkilatının mümkün fəaliyyət planlarını ortaya çıxarmaq məqsədilə aparılan istintaq çərçivəsində 1 şübhəli saxlanılıb. İstanbul Cumhuriyyət Baş Prokurorluğu Terror Cinayətləri üzrə İstintaq Bürosunun məlumatına görə, şübhəli əsasən qeyri-müsəlman şəxsləri hədəf alan və Türkiyəni nişan alan hücum planları hazırladığı üçün müəyyən edilib. İstanbul Respublika Baş Prokurorluğunun Terörlə Mübarizə Şöbəsi tərəfindən Ataşehirdəki ünvana keçirilən əməliyyat zamanı şübhəli saxlanılıb.

ABŞ, Nigeriya hökumətinin xahişi ilə şimal-qərb Nigeriyada İŞİD militantlarına qarşı əməliyyat həyata keçirib. Prezident Donald Tramp bildirib ki, qrup bölgədə əsasən xristianları hədəf alıb. ABŞ Afrikadakı Hərbi Komandanlığı (AFRICOM) əməliyyatın Sokoto ştatında Nigeriya hakimiyyətləri ilə koordinasiya olunaraq həyata keçirildiyini və bir neçə militantın məhv edildiyini açıqlayıb. Nigeriya Xarici İşlər Nazirliyi bildirib ki, əməliyyat ABŞ-la davam edən təhlükəsizlik əməkdaşlığı çərçivəsində, kəşfiyyat paylaşımı və koordinasiya əsasında həyata keçirilib. Pentagon tərəfindən yayılan videoda ən azı bir raket döyüş gəmisindən buraxıldığı görünür.