Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Avropa Birliyi Yaxın Şərq ölkələrinə 458 milyon avro humanitar yardım ayırır

    16 Mart 2026 15:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropa Birliyi Yaxın Şərq ölkələrinə 458 milyon avro humanitar yardım ayırır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Avropa Birliyi (AB) Komisyonu 2026-cı il üçün Fələstin, Livan, Suriya, İordaniya və Misirdəki humanitar böhranların aradan qaldırılması məqsədilə təxminən 458 milyon avro məbləğində yardım paketini təsdiqlədiyini açıqlayıb.

    VOA xəbər verir ki, komissiyanın yazılı bəyanatında bəzi böyük donorların regiondan çəkilməsi və beynəlxalq humanitar hüququn ciddi təzyiq altında olması fonunda bu dəstəyin kritik əhəmiyyət kəsb etdiyi vurğulanıb. Yardım paketinin ən böyük hissəsi — 210 milyon avro Suriyadakı təcili müdaxilə və mühafizə tədbirlərinə yönəldiləcək.

    Suriya üçün ayrılan vəsait ölkə daxilində qida yardımı, səhiyyə xidmətləri, sığınacaq, təmiz su təminatı və təhsildən kənarda qalan uşaqların məktəbə cəlb edilməsi kimi sahələri əhatə edəcək. Fələstin üçün ayrılmış 124 milyon avroluq resurs isə əsasən ərzaq təhlükəsizliyi və tibbi xidmətlərin yaxşılaşdırılması üçün istifadə olunacaq. Eyni zamanda, intensiv hərbi zərbələrdən zərər çəkən Livanın təcili səhiyyə və sığınacaq ehtiyaclarını qarşılamaq üçün 100 milyon avro vəsait nəzərdə tutulub.

    Regional dəstək proqramı çərçivəsində İordaniyaya 15,5 milyon avro, Misirə isə 8 milyon avro ayrılıb. Bu vəsaitlər düşərgələrdə yaşayan qaçqınların fundamental ehtiyaclarının ödənilməsi və ən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək. AB Komissiyası bildirib ki, bu humanitar maliyyələşmə həm də regionda baş verə biləcək təbii fəlakətlərə hazırlıq və təhsil proqramlarının kəsintisiz davam etdirilməsini təmin etmək məqsədi daşıyır.

    #Fələstin #Misir #Livan #Suriya #Avropa Birliyi #humanitar yardım
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    1 Sentyabr 2026 03:00

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    Qəzzada ölənlərin sayı artıb

    31 Avqust 2026 18:20

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    31 Avqust 2026 10:39

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    30 Avqust 2026 22:00

    BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

    29 Avqust 2026 22:42

    İsrail qüvvələrinin Livanın cənubunda qocalar üçün sosial qayğı mərkəzini partlatdığı bildirilir

    29 Avqust 2026 22:22
    XƏBƏR LENTİ

    Qıtırdı ticari əməliyyatların 86 faizi elektron icra olunub -Ticarət və Sənaye Nazirliyi

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    Prezident İlham Əliyev azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

    Prezident İlham Əliyev: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur

    Prezident İlham Əliyev Peter Pelleqriniyə məktub ünvanlayıb

    Ula və Xeybərdə medalyon formalı daş sərdabələr tapıldı (FOTO)

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    Kərim Benzema karyerasını başa vurmağa hazırlaşır

    "Arabian Drilling"dən 800 milyon dollarlıq saziş: 11 qazma qurğusu işə düşür

    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəldi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.