İsrail Ordu Radiosu təhlükəsizlik mənbələrinə istinadən, İsrailə məxsus hər hansı hərbi gəminin hədəf alınması barədə məlumatları rəsmən təkzib edib.
#Hizbullah
Misrin ABŞ-İsrail koalisiyası ilə İran arasında davam edən müharibədə nümayiş etdirdiyi diplomatik fəallıq regional nüfuzunu artırmaq istəyən bir dövlətin addımı deyil. Bu, əslində, müharibənin öz iqtisadiyyatına və geosiyasi mövqeyinə dağıdıcı təsirlərini artan narahatlıqla izləyən bir ölkənin müdafiə reaksiyasıdır.
İsrail ordusu Livanın "Hizbullah" hərəkatını tərksilah etmək hədəfinə nail olmağın çətinliyini qəbul edərək, bunun üçün bütün Livan ərazisinin tam işğalının lazım olduğunu bildirib. "Haaretz" qəzetinin məlumatına görə, ordu rəsmiləri müharibənin Hizbullahın silahlı gücü qalmaqla başa çata biləcəyi ehtimalını dəstəkləyiblər. Yüksək rütbəli zabitlərdən birinin qeyd etdiyi kimi, qruplaşmanın tərksilah edilməsi hazırkı hərbi əməliyyatların birbaşa hədəfi deyil, bu, uzun zaman və siyasi gedişlər tələb edən bir prosesdir.
Suriya-Livan sərhədinin kələ-kötür relyefində sarı buldozerlər zirehli texnikalar üçün torpaq bəndlər ucaldır, əsgərlər isə "Hizbullah" tərəfindən istifadə edildiyi bildirilən tunellərdə axtarış aparır. Suriya Müdafiə Nazirliyinin xüsusi icazəsi ilə bölgəyə daxil olan AFP müxbiri bir aydır davam edən hərbi möhkəmlənməni ilk dəfə lentə alıb. Suriya sərhəd keçid məntəqələrinin rəsmisi Məhəmməd Hammud bildirib ki, aparılan təmizləmə əməliyyatları nəticəsində iki ölkəni birləşdirən, silah və narkotik qaçaqmalçılığı üçün istifadə olunan geniş tunel şəbəkəsi aşkar edilib.
İranın Lİvandakı səfirinin ölkədən çıxarılması məsələsi və onun Livan hökumətinin qərarına tabe olmaqdan imtina etməsi dövlətlərarası diplomatik münasibətlərdə bənzərinə az rast gəlinən hallardan biri hesab olunur. Lakin tarixdə buna bənzər hadisələr müəyyən dərəcədə baş verib: məsələn, 1983-cü ildə Livan və İran arasındakı diplomatik böhran, 1984 və 2011-ci illərdə Birləşmiş Krallıq ilə Liviya arasındakı gərginlik, habelə 2023-cü ildə Niger ilə Fransa arasındakı qarşıdurma.
ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından cəmi iki gün sonra, Tehran hərbi cəhətdən ondan üstün olan rəqibi qarşısında sağ qalmaq üçün münaqişənin miqyasını genişləndirmək strategiyasına əl atdı. Bu çərçivədə İran Livandakı proksisi olan "Hizbullah"ı döyüşə çağırdı. Lakin bu müharibəyə qoşulmaq, hər tərəfdən sıxışdırılan qruplaşmanın taleyini necə həll edəcək sualına Tehrandan hələ də rəsmi nə də qeyri rəsmi cavab var. İran üçün sona qədər vuruşmağa - əslində isə son livanlını belə qurban etməyə - hazır olan Hizbullah savaşda qalib gələcəyini iddia edir. Hələ də “Zillətin onlardan uzaq” olduğunu söyləyərək İsrail məngənəsində sıxılmağa davam edir.
Livanın cənubundakı Mərcayun bölgəsində gərginlik artıb. Hizbullah qruplaşması Kantara qəsəbəsi yaxınlığında İsrail ordusuna məxsus iki döyüş tankına raket zərbələri endirdiyini iddia edib. Qruplaşmanın yaydığı rəsmi bəyanatda bölgə boyu ümumilikdə yeddi İsrail tankının hədəf alındığı qeyd olunur. İsrail ordusu hələlik bu iddialarla bağlı hər hansı rəsmi açıqlama verməyib.
Livan özünü növbəti dəfə çoxşaxəli bir çıxılmaz vəziyyətdə tapıb. Vətəndaşlarının əksəriyyətinin dili ilə desək, ölkə özünün seçmədiyi bir müharibəyə sürüklənib. Bu çıxılmaz vəziyyət, müxtəlif tayfa qruplarına öz müstəqil xarici siyasətlərini yürütmək, "öz ordularına" və paralel sosial institutlarına sahib olmaq hüququ verən daxili parçalanmanı daha da dərinləşdirir. Belə ki, hökumətdə təmsil olunan "Şiə İkiliyi" (Hizbullah və Amal), elə həmin hökumətin Xarici İşlər Nazirliyinin İran səfirinin akkreditasiyasını ləğv etmək barədə qərarını rədd edir.
İran, İsraildə və ABŞ-nin regiondakı hərbi obyektlərinə qarşı raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini açıqlayıb. Açıqlamada qeyd olunub ki, İsrailin şimalında yerləşən Safed şəhərindəki hərbi qərargah, həmçinin Tel-Əviv, Kiryat Şmona və Bney Brak şəhərlərindəki hədəflər raket və PUA zərbələrinə məruz qalıb.
"Hizbullah"ın Baş katibi Naim Qasım 30 iyul 2025-ci ildə, qrup liderlərindən Fuad Şükürün sui-qəsdinin ildönümündə bu ifadəni yüksək tonla işlədərək, təşkilatın İsrailə qarşı mövqeyinin sarsılmazlığını və müqavimət seçimini vurğulamışdı. ABŞ-ın bölgədəki hərbi yığınağının artması və Prezident Trampın İranın Ali Rəhbəri Əli Xameneyini hədəf alan sui-qəsd təhdidləri fonunda Naim Qasımın 26 yanvar 2026-cı il tarixindəki mövqeyi aydın idi: "Hizbullah Trampın təhdidlərinə qarşı bütün tədbirlər və hazırlıqlarla müqavimət göstərəcək, çünki İmam Xameneyiyə toxunmaq bölgədə və dünyada sabitliyin sui-qəsdi deməkdir".
ABŞ-ın nüfuzlu "The Wall Street Journal" (WSJ) qəzeti İsrailin yüksək rütbəli hərbi rəhbərliyinə istinadən xəbər verir ki, Təl-Əviv Livan cəbhəsində hərbi əməliyyatların intensivliyini artırmaq niyyətindədir. VOA xəbər verir ki, İsrail generallarının sözlərinə görə, ordunun qarşısında duran başlıca vəzifə "Hizbullah" qruplaşmasına bərpası mümkün olmayan zərbələr endirməkdir.
Regionda bir tərəfdən İran, digər tərəfdən isə Amerika Birləşmiş Ştatları və İsrail arasında görünməmiş bir müharibə yaşanarkən, dörd Körfəz ölkəsi – Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) illərdir mülki və ticari örtük altında "yatan" və müharibə zamanı hərəkətə keçməyə başlayan İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və Livandakı "Hizbullah"a bağlı qrupların dağıdıldığını elan edirlər.