Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    "Hizbullah"ın sonu yaxınlaşır? Tehranın "intihar" strategiyası işə düşür

    28 Mart 2026 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "Hizbullah"ın sonu yaxınlaşır? Tehranın "intihar" strategiyası işə düşür
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi

    ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından cəmi iki gün sonra, Tehran hərbi cəhətdən ondan üstün olan rəqibi qarşısında sağ qalmaq üçün münaqişənin miqyasını genişləndirmək strategiyasına əl atdı. Bu çərçivədə İran Livandakı proksisi olan "Hizbullah"ı döyüşə çağırdı. Lakin bu müharibəyə qoşulmaq, hər tərəfdən sıxışdırılan qruplaşmanın taleyini necə həll edəcək sualına Tehrandan hələ də rəsmi nə də qeyri rəsmi cavab var. İran üçün sona qədər vuruşmağa - əslində isə son livanlını belə qurban etməyə - hazır olan Hizbullah savaşda qalib gələcəyini iddia edir. Hələ də “Zillətin onlardan uzaq” olduğunu söyləyərək İsrail məngənəsində sıxılmağa davam edir.

    Müharibəyə Hazırlıq və Tehranın Nəzarəti

    2025-ci ilin iyununda İsrail və İran arasında baş verən 12 günlük müharibə zamanı "Hizbullah" İranın tələbi ilə bitərəf qaldı. O vaxt Tehran gələcəkdəki daha böyük döyüşlər üçün "Hizbullah"ın hərbi potensialını qorumağı üstün tutmuşdu. Bu ehtimala hazırlıq olaraq, 2024-cü ilin noyabrından 2026-cı ilin fevralına qədər İran Livan daxilinə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitlərini göndərdi. Onlar İsrailin sui-qəsdləri nəticəsində rəhbərlikdə yaranan boşluğu doldurmaq və qruplaşmanı birbaşa idarə etmək üçün ezam olundular.

    İsrailin "Alma" Araşdırma Mərkəzinin məlumatına görə, "Hizbullah"ın raket arsenalı 2023-cü ildəki 150 min ədəddən 2026-cı ilin əvvəlinə qədər 25 minə düşüb və bunların çoxu qısa və orta mənzilli raketlərdir.

    Daxili Siyasi Gərginlik və Hökumətlə Qarşıdurma

    2026-cı ilin martında "Hizbullah"ın müharibəyə müdaxiləsi Livan hökumətini görünməmiş bir addım atmağa sövq etdi: qruplaşmanın hərbi və təhlükəsizlik fəaliyyətləri rəsmi olaraq qadağan edildi. Lakin Livan ordusunun məhdud imkanları və məzhəb davası qorxusu bu qadağanın tətbiqini çətinləşdirir.

    Martın 16-da "Hizbullah"ın Siyasi Şurasının sədr müavini Mahmud Qəmati hökuməti açıq şəkildə təhdid etdi. "Biz ölkəni və hökuməti alt-üst edə bilərik, səbrimizin həddi var". -deyə o bildiridi.

    O, Fransa müqavimət hərəkatının Vişi hökumətini devirməsini misal gətirərək, "xainlərin edamı" ilə bağlı gizli xəbərdarlıq etdi. Ardınca martın 22-də qruplaşmanın əlaqələndirmə bölməsinin rəhbəri Vafiq Səfanın yenidən ön plana çıxması Livanlı siyasətçiləri qorxutmaq cəhdi kimi qiymətləndirildi.

    İsrailin "Litani" planı və regional təhlükə

    İsrailin müdafiə naziri İsrail Kats bəyan edib ki, ölkəsi Litani çayının cənubundakı ərazilərə nəzarəti saxlayacaq. Radikal sağçı maliyyə naziri Bezalel Smotriç isə daha kəskin çıxış edərək Cənubi Livanın İsrailə birləşdirilməsinə çağırıb: "Litani çayı İsrailin yeni sərhədi olmalıdır". Bu, regionda hərbi eskalasiyanın quru əməliyyatları ilə daha da genişlənəcəyini göstərir.

    ABŞ Xəzinədarlığının nümayəndəsi Con Herli bildirib ki, 2025-ci ilin əvvəlindən bəri İrandan "Hizbullah"a 1 milyard dollar vəsait daxil olub. Lakin bu vəsait sosial rifah üçün deyil, hərbi strukturun bərpasına xərclənib. 2026-cı ilin may ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində 1,2 milyon insanın (Livan əhalisinin üçdə biri) cənubdan qaçqın düşməsi "Hizbullah"ın daxili dayağını sarsıdıb.

    Daxili dəstəyi itirən, hərbi və maliyyə imkanları tükənən "Hizbullah" Tehranın cızdığı intihar yolunda irəliləyir. Qruplaşmanın taleyi indi birbaşa ABŞ-İran müharibəsinin nəticəsindən asılıdır; İslam Respublikasının məğlubiyyəti "Hizbullah"ın sonu demək ola bilər.

    #Hizbullah #SEPAH #Naim Qasim #Hizbullah tərəfdarlarının etirazı #İsrail və Hizbullah qarşıdurması #SEPAH raket bölməsi #SEPAH casusları #Naim Qasim və Hizbullah #VOA Analitik Təhlil Mərkəzi #VOA Azərbaycan #2026 müharibəsi #Mahmud Qəmati #Vişi hökuməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    22 Avqust 2026 10:53

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    Hizbullah ABŞ-nin İranla bağlı iddiasını rədd edib

    21 Avqust 2026 18:51

    BMT qüvvələri Livanda tərəfləri təxribat xarakterli addımlardan çəkinməyə çağırıb

    20 Avqust 2026 19:40

    Dəməşq tələb edir - Moskvanın isə Əsədi təhvil verməmək üçün hüquqi bəhanələri var

    19 Avqust 2026 19:57

    Hörmüz boğazı İran qüvvələrinin nəzarətindədir - SEPAH

    18 Avqust 2026 18:46

    Beyrut sui-qəsdlərindən Suriya qətliamlarına qədər - Hizbullahın 40 illik cinayət xronikası

    18 Avqust 2026 15:03

    Nə üçün açarı Tehranın əlində olan Hizbullah heç vaxt milli müqavimət hesab edilə bilməz?

    16 Avqust 2026 09:03

    Hizbullah mülki şəxsləri qəsdən təhlükəyə atıb - İsrail

    15 Avqust 2026 19:44

    Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb

    15 Avqust 2026 18:41

    İsrailin Livanın cənubuna zərbələri nəticəsində 7 nəfər ölüb

    15 Avqust 2026 13:55

    Livan parlamentinin sədri ABŞ-ın hərbi nümayəndəsi ilə görüşüb

    14 Avqust 2026 22:00
    XƏBƏR LENTİ

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.