Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Suriya ordusu "Hizbullah"ın sərhəd tunellərini nəzarətə götürür: Dəməşq müharibədən kənar qalmağa çalışır

    2 Aprel 2026 16:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya ordusu "Hizbullah"ın sərhəd tunellərini nəzarətə götürür: Dəməşq müharibədən kənar qalmağa çalışır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Suriya-Livan sərhədinin kələ-kötür relyefində sarı buldozerlər zirehli texnikalar üçün torpaq bəndlər ucaldır, əsgərlər isə "Hizbullah" tərəfindən istifadə edildiyi bildirilən tunellərdə axtarış aparır.

    VOA xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin xüsusi icazəsi ilə bölgəyə daxil olan AFP müxbiri bir aydır davam edən hərbi möhkəmlənməni ilk dəfə lentə alıb. Suriya sərhəd keçid məntəqələrinin rəsmisi Məhəmməd Hammud bildirib ki, aparılan təmizləmə əməliyyatları nəticəsində iki ölkəni birləşdirən, silah və narkotik qaçaqmalçılığı üçün istifadə olunan geniş tunel şəbəkəsi aşkar edilib.

    Qüseyr bölgəsindəki bəzi tunellərin girişi yaşayış evlərinin zirzəmisində qazılıb və bu keçidlər elektrik naqilləri, habelə ventilyasiya sistemləri ilə təchiz olunub. Bir evin divarında "Hizbullah"ın mərhum lideri Həsən Nəsrullah və iranlı general Qasım Süleymaninin fotoları aşkar edilib. 2024-cü ilin dekabrında Əhməd əş-Şaraanın rəhbərlik etdiyi ittifaq tərəfindən Bəşər Əsəd devrildikdən sonra "Hizbullah"ın Suriyadan gələn təchizat xətləri kəsilib. Dəməşqin yeni rəhbərliyi hazırda qaçaqmalçılıqla mübarizə üçün Beyrutla koordinasiyalı hərəkət etdiyini bəyan edir.

    İsrail ordusu "Hizbullah"a hərbi ləvazimatların çatdırılmasının qarşısını almaq üçün sərhəd keçidlərinə dəfələrlə zərbələr endirib. AFP müxbiri bəzi tunellərin yaxınlığında İsrail bombardmanı nəticəsində dağılmış binaları müşahidə edib. Suriya rəsmiləri martın 4-də sərhədə zirehli texnika, raket qurğuları və kəşfiyyat batalyonlarının yerləşdirildiyini elan edərək, məqsədin "regional müharibənin eskalasiyası fonunda sərhədə nəzarəti təmin etmək" olduğunu bildiriblər. Diplomatik mənbələr Dəməşqin "Hizbullah" təhlükəsinə son qoymaq üçün Livana hərbi müdaxilə etmək təzyiqlərinə müqavimət göstərdiyini qeyd edirlər.

    Suriya hərbi mənbələri ordunun hər hansı hərbi əməliyyat niyyətində olmadığını, missiyanın yalnız sərhəd nəzarəti ilə məhdudlaşdığını vurğulayıblar. Prezident Əhməd əş-Şaraa Britaniyaya səfəri çərçivəsində "Chatham House" beyin mərkəzindəki çıxışında ölkəsinin münaqişədən kənarda qalmaq istədiyini bir daha təsdiqləyib: "Suriyada 14 illik müharibə kifayətdir. Biz çox ağır bədəl ödəmişik və yeni bir təcrübə yaşamağa hazır deyilik". Dəməşq bəyan edib ki, birbaşa hədəf alınmadıqca, Suriya bu münaqişənin tərəfi olmayacaq.

    #Suriya #Hizbullah #Suriya xəbərləri #Hizbullah və Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #Livan və Suriya #Livan-Suriya #Livan Suriya münasibətləri #Suriya Livan münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    2 Sentyabr 2026 20:43

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb

    1 Sentyabr 2026 10:39

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    31 Avqust 2026 03:00

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    İsrail oktyabr seçkilərinə görə Livanla danışıqları uzatmağa çalışır

    28 Avqust 2026 18:12

    Suriyada məhkəmə binası qarşısında partlayış - 2 nəfər ölüb

    28 Avqust 2026 14:37

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.