#Tehran

İranla bağlı hərbi hadisələr və Hörmüz boğazı ətrafında yaranan vəziyyət səbəbindən jet yanacağının qiyməti kəskin artıb, bu isə aviaşirkətləri alternativ enerji mənbələrinə yönəldib. Məlumata görə, ənənəvi reaktiv yanacağının qiyməti müharibədən əvvəlki dövrlə müqayisədə demək olar ki, iki dəfə artaraq ton başına 1500 dolları keçib. Bu artım aviaşirkətlərin gəlirliliyinə ciddi təsir göstərir.

ABŞ Prezidenti İranla bağlı növbəti sərt açıqlama verib. Məlumata görə, Tramp son dövrlərdə İranla bağlı çıxışlarında daha sərt mövqe sərgiləyir. O, daha əvvəl də Tehranın nüvə proqramından imtina etmədiyi təqdirdə hərbi tədbirlərin davam etdirilə biləcəyini vurğulayıb.

Almaniya kansleri beynəlxalq gərginlik fonunda ABŞ-ın mövqeyinə dair tənqidi açıqlama verib. Merts qeyd edib ki, İranın gözləniləndən daha güclü olduğu və ABŞ tərəfinin danışıqlarda inandırıcı yanaşma ortaya qoya bilmədiyi müşahidə olunur. O vurğulayıb ki, bu tip münaqişələrə daxil olmaq qədər, onlardan çıxış yolu tapmaq da mühüm məsələdir.

ABŞ və İran arasında davam edən danışıqlar fonunda Tehrandan sərt açıqlama verilib. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai Vaşinqtonla aparılan müzakirələrdə ABŞ-nin İranın şərtlərini qəbul etməli olduğunu bildirib. Onun sözlərinə görə, bölgə ölkələri və neft alıcıları Hörmüz boğazında yaranmış vəziyyət səbəbindən ABŞ-yə təzyiq göstərir. Bu ölkələr keçidlərin bərpası üçün Vaşinqtondan müvafiq addımların atılmasını tələb edir.

İranın xarici işlər naziri danışıqlar prosesində ölkəsinin maraqlarının qorunmasının əsas prioritet olduğunu bəyan edib. Əraqçi bildirib ki, İslamabaddakı görüşlər zamanı İran ilə ABŞ arasında danışıqların hansı şərtlər altında davam etdirilə biləcəyi müzakirə olunub. Onun sözlərinə görə, “40 günlük müqavimətdən sonra İran xalqının hüquqları mütləq təmin edilməli və ölkənin maraqları qorunmalıdır”.

İmam Xomeyni Beynəlxalq Hava Limanı tərəfindən yayılan açıqlamada ilk mərhələdə İstanbul, Mədinə və Maskat istiqamətlərinə reyslərin həyata keçiriləcəyi bildirilib. Qeyd olunub ki, uçuş proqramı İran Mülki Aviasiya Təşkilatı tərəfindən veriləcək icazələrə uyğun olaraq mərhələli şəkildə genişləndiriləcək.

Yardım karvanının Ağrı vilayətinin Doğubayazıt rayonunda yerləşən Gürbulak sərhəd-keçid məntəqəsi vasitəsilə İrana çatdırılması planlaşdırılır. Van Səhiyyə İdarəsinin rəhbəri Məhəmməd Tosun bildirib ki, bu təşəbbüs müxtəlif bölgələrdən toplanan tibbi vasitələrin koordinasiyalı şəkildə çatdırılmasını təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, daha əvvəl də 3 yük maşını ilə yardım göndərilib və son göndərişlə birlikdə ümumi yardım sayı 9 maşına çatır.

İran məhkəmə sisteminə bağlı rəsmi mənbələrin məlumatına görə, Sultan Əli Şirzadi Fəxr adlı şəxs müxalif qruplaşma və Mossad ilə əlaqədə olmaq ittihamı ilə edam edilib. Məlumata əsasən, Fəxrin uzun müddət Mücahidin-e Xəlq təşkilatının üzvü olduğu və müxtəlif sahələrdə bu qrupla əməkdaşlıq etdiyi iddia olunub.

İranın nüvə danışıqları üzrə nümayəndəsi Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin atəşkəs şərtlərini pozduğunu əsas gətirərək Hörmüz boğazının nəqliyyat üçün açılmasının mümkün olmadığını bəyan edib. Məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən boğazda iki yük gəmisinin saxlanılması vəziyyəti daha da gərginləşdirib. İran tərəfi “MSC Francesca” və “Epaminondas” adlı gəmilərin “icazəsiz fəaliyyət” göstərdiyini və naviqasiya sistemlərini dəyişərək gizli keçidə cəhd etdiyini iddia edir.

İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü bu gün keçirdiyi mətbuat konfransında ABŞ ilə aparılan danışıqlar prosesi və ölkə limanlarının mühasirəsi barədə sərt bəyanatlarla çıxış edib. Nazirlik rəsmisi Tehranın danışıqlarda ciddi və xoş məramla iştirak etdiyini lakin Vaşinqtonun bu müddətdə yalnız etinasızlıq və bəd niyyət nümayiş etdirdiyini vurğulayıb.