Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Maraqlı faktlar
    Maraqlı faktlar

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    19 İyul 2026 07:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Səhərləri enerjili başlamaq üçün bir neçə sadə vərdiş yaratmaq, enerjinizi artırmaqla yanaşı, gün ərzində daha məhsuldar olmağınıza da kömək edəcək. Səhər nə edəcəyinizi öncədən planlaşdırın, bu, günü aydın bir məqsədlə başlamağınıza şərait yaradacaq.Mütəxəssislər günə gümrah başlamaq və zehni olaraq tam hazır olmaq üçün aşağıdakı vərdişləri müntəzəm tətbiq etməyi tövsiyə edirlər:

    Yuxu rejimini qoruyun: Hər gün eyni vaxtda oyanmağa çalışın. Bu, bioloji saatınızın nizamlı olmasına kömək edəcək.

    Oyandıqdan dərhal sonra su için: Oyanandan sonra bir stəkan su için, su içmək bədəninizdə maddələr mübadiləsini sürətləndirəcək. Həmçinin səhər yorğunluğunu azaldacaq.

    Günün hədəflərini müəyyənləşdirin: Oyandıqdan sonra ilk olaraq gün ərzində edəcəyiniz işləri düşünün. 2-3 əsas məqsəd təyin edin. Bu, diqqətinizi toplamağa kömək edəcək.

    Günəş işığından faydalanın: Günəş işığı almaq bioloji saatınızı tənzimləyərək enerji səviyyənizi yüksəldəcək. Pəncərəni açıb gün işığından faydalana və ya qısa bir gəzinti edə bilərsiniz.

    Yüngül fiziki aktivlik edin: Səhər edəcəyiniz yüngül idman (yoqa, dartınma hərəkətləri və ya 10-15 dəqiqəlik gəzinti) qan dövranınızı sürətləndirərək enerji səviyyənizi artıracaq və bədəninizi yeni günə hazırlayacaq.

    Sağlam səhər yeməyinə üstünlük verin: Sağlam səhər yeməyi gün ərzində ehtiyac duyulan enerjini təmin edir. Zülal, mürəkkəb karbohidratlar və sağlam yağlar ehtiva edən bir yemək seçin (məsələn: yumurta, yulaf və meyvə).

    Zehni hazırlıq üçün vaxt ayırın: Səhər stressli bir başlanğıc etməkdənsə, özünüzə bir neçə dəqiqə ayırın. Meditasiya, dərin nəfəs hərəkətləri və ya sakit oturmaq zehni olaraq günə hazırlaşmağınıza kömək edəcək.

    Günə pozitiv düşüncələrlə başlayın: Günü müsbət düşüncələrlə başlamaq çox önəmlidir. Səhərlər özünüzə müsbət xatırlatmalar edə və ya ilham verici sözlər oxuya bilərsiniz. Bu, zehni olaraq sizi daha çox motivasiya edəcək.

    Bu vərdişləri müntəzəm olaraq tətbiq etməklə, səhərləri daha enerjili və pozitiv başlaya bilərsiniz.

    #maraqlı #Bunu bilirsinizmi? #maddələr mübadiləsi #Səhər enerjisi #Məhsuldarlıq vərdişləri #Bioloji saat #Səhər yeməyi #Yüngül idman #Zehni motivasiya #Gündəlik işlərin planlaşdırılması #Səhər yorğunluğunun azaldılması #Zülal və mürəkkəb karbohidratlar #Nəfəs hərəkətləri və meditasiya #Qan dövranının sürətləndirilməsi #Pozitiv düşüncə texnikaları #Bioloji ritmin nizamlanması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    30 Avqust 2026 12:00

    Kitab oxumağın faydaları haqqında nə bilirik?

    21 Avqust 2026 07:56

    Dadlı tələlər: İllərlə beyni gizlicə məhv edən və mədədə daş qoyan 13 meyvənin şok sirləri

    26 İyul 2026 14:00

    Hormonların davranışa təsiri: Qadın və kişi aqressivliyinin anatomik fərqləri

    19 İyul 2026 20:00

    Bitkilərin cinsiyyəti varmı?

    19 İyul 2026 12:35

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    19 İyul 2026 10:31

    Xarici görünüşümüz həyatımıza necə təsir edir?

    13 İyul 2026 08:01

    İslam memarlığı Avropa sənətini necə formalaşdırdı?

    12 İyul 2026 22:00

    Musiqi dinləmək zehni inkşaf etdirir

    28 İyun 2026 23:00

    Azaltmaq çarə deyil: Siqaret risklərindən qurtulmağın yeganə formulu

    21 İyun 2026 17:00

    Sosial medianın gizli təhlükəsi: Gənclər arasında yayılan "rəqəmsal demansiya"

    21 İyun 2026 13:00

    Müasir dövrün gizli epidemiyası: Yuxusuzluğun səbəbləri və həlli yolları

    14 İyun 2026 21:00
    XƏBƏR LENTİ

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

    Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

    Prezident İlham Əliyev San Marinonun Regent Kapitanlarına məktub ünvanlayıb

    Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

    Husilər Yəmənin qərb sahillərinə 14-dən çox ballistik raket atıb

    Sudanda BMT-nin ərzaq yardımı daşıyan iki yük maşını hava hücumu nəticəsində məhv edilib

    BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb

    Hörmüz boğazından keçən gəmilərin sayı kəskin azalıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.