#İran-ABŞ qarşıdurması

Suriya rəsmiləri ABŞ-İsrail və İran arasındakı münaqişə səbəbindən bir neçə həftəlik fasilədən sonra mayın birindən etibarən Doha və Ciddədən Dəməşq Beynəlxalq Hava Limanına uçuşların bərpa ediləcəyini elan ediblər. Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin verdiyi məlumata görə "Qatar Airways" Dohadan Dəməşqə hər gün müntəzəm reyslər həyata keçirəcək. Eyni zamanda Səudiyyə Ərəbistanının "Flynas" aviaşirkəti də gələn həftənin cümə günündən etibarən Ciddədən Suriyanın paytaxtına həftədə üç uçuş reallaşdıracağını təsdiqləyib.

ABŞ Prezidenti Donald Tramp "MS Now" şəbəkəsinə verdiyi bəyanatda İrandakı son vəziyyəti qiymətləndirib.Prezident Tramp bildirib ki, Amerika Birləşmiş Ştatları və İsrailin İrandakı hərbi kampaniyası rejimi tam bir xaos vəziyyətinə salıb. Onun sözlərinə görə, həyata keçirilən əməliyyatlar nəticəsində üç idarəetmə səviyyəsi və onlara yaxın olan bütün şəxslər sıradan çıxarıldığı üçün İrandakı rəhbərlik hazırda qeyri-müəyyən və dumanlı bir vəziyyətdədir.

Amerika Birləşmiş Ştatları ilə İran arasında elan edilən müddətsiz atəşkəsə baxmayaraq Hörmüz boğazında strateji gərginlik yüksək həddə qalmaqda davam edir. ABŞ Prezidenti Donald Tramp özünə məxsus sosial media platforması vasitəsilə mühüm bəyanat yayaraq Amerika Hərbi Dəniz Qüvvələrinə boğazda dəniz minaları yerləşdirməyə cəhd edən hər hansı qayığın dərhal vurulub məhv edilməsi barədə əmr verdiyini açıqlayıb.

İranın nüvə danışıqları üzrə nümayəndəsi Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin atəşkəs şərtlərini pozduğunu əsas gətirərək Hörmüz boğazının nəqliyyat üçün açılmasının mümkün olmadığını bəyan edib. Məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən boğazda iki yük gəmisinin saxlanılması vəziyyəti daha da gərginləşdirib. İran tərəfi “MSC Francesca” və “Epaminondas” adlı gəmilərin “icazəsiz fəaliyyət” göstərdiyini və naviqasiya sistemlərini dəyişərək gizli keçidə cəhd etdiyini iddia edir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehran rəhbərliyinin Amerika Birləşmiş Ştatları ilə keçirilməsi planlaşdırılan ikinci raund danışıqlara qatılmaq üçün hələlik qəti bir qərar qəbul etmədiyini açıqlayıb. Bəqayi mövzu ilə bağlı verdiyi bəyanatda hazırda müzakirə mərhələsinin davam etdiyini vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü bu gün keçirdiyi mətbuat konfransında ABŞ ilə aparılan danışıqlar prosesi və ölkə limanlarının mühasirəsi barədə sərt bəyanatlarla çıxış edib. Nazirlik rəsmisi Tehranın danışıqlarda ciddi və xoş məramla iştirak etdiyini lakin Vaşinqtonun bu müddətdə yalnız etinasızlıq və bəd niyyət nümayiş etdirdiyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp İranın iqtisadi vəziyyəti ilə bağlı yeni açıqlama verib. ABŞ prezidenti qeyd edib ki, İran hər gün təxminən 500 milyon dollar itirir və ölkədə maliyyə böhranı dərinləşir. Onun sözlərinə görə, ölkədə nağd vəsait çatışmazlığı yaranıb. Tramp həmçinin vurğulayıb ki, İranın hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşları maaşların ödənilməsində problemlərlə üzləşdiklərini bildirirlər

İslamabadda keçiriləcəyi bildirilən lakin dəqiq vaxtı hələlik məlum olmayan ikinci raund danışıqlar ərəfəsində Vaşinqtonda gərgin saatlar yaşanır. ABŞ mediasında yayılan və Ağ Ev rəsmilərinə istinad edilən xəbərlərə görə vitse prezident Cey Di Vens bu səhər Prezident Donald Trampın rəhbərliyi ilə keçirilən siyasi toplantıda iştirak edib.

İran Xarici İşlər Nazirliyi İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar prosesi həmçinin ölkəyə tətbiq edilən dəniz blokadası və Vaşinqtonun son diplomatik addımları barədə rəsmi bəyanat yayıb. Nazirliyin bəyanatında Tehranın hazırkı mövqeyini əks etdirən bir neçə fundamental məqam xüsusi yer alıb. Rəsmi Tehran Pakistan danışıqlarında iştirak məsələsinə toxunaraq bildirib ki bu barədə hələlik yekun qərar verilməyib. Nazirlik mövqe tam müəyyənləşdikdən sonra ictimaiyyətə aydın məlumat veriləcəyini vurğulayıb və hazırda mediada çox sayda yalan xəbərlərin dolaşdığını qeyd edib.

Pakistan hökumətinin adı açıklanmayan yüksək rütbəli rəsmiləri, paytaxt İslamabadda ABŞ və İran arasında keçirilməsi planlaşdırılan ikinci raund nüvə danışıqları öncəsi pərdəarxası məqamları açıqlayıblar. Verilən məlumata görə, Vaşinqton administrasiyası İranın nüvə proqramının dondurulması (moratoryum) ilə bağlı ilkin tələblərində müəyyən güzəştlərə getməyə "şərtli olaraq" razıdır.