BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının effektivliyindən bəhs edib.
VOA xəbər verir ki, Ağ Ev rəhbəri "feyk media"nı bu uğuru gizlətməkdə ittiham edərək, mövcud hərbi vəziyyəti "dəniz müharibələri tarixinin ən uğurlu blokadası" adlandırıb.
"Biz istəməyənə qədər oradan heç nə keçə bilməz. Bu, poladdan bir divardır!" deyə Tramp iddia edib.
ABŞ Prezidenti həmçinin blokada nəticəsində rəsmi Tehranın iqtisadiyyatının çökdüyünü, ordunun maaşlarını və digər dövlət borclarını ödəyə bilmədiyini iddia edərək, İranın sürətlə "uğursuz dövlətə" çevrildiyini vurğulayıb.