BAKI,VOA, Fərid Mikayılov
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun İranla mümkün danışıqlar üçün İsveçrəyə yola düşdüyü iddia olunur.
VOA xəbər verir ki, ABŞ rəsmilərindən biri Uitkoffun İranla mümkün razılaşma üzrə ilk görüşlərin keçirilməsi gözlənilən İsveçrəyə getdiyini bildirib.
Məlumata əsasən, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin də hazırda İsveçrədə olduğu iddia edilir. Eyni zamanda İranın xarici işlər naziri Abbas Əraqçinin də İsveçrəyə səfər planının olduğu, lakin bunun dəyişə biləcəyi qeyd olunub.