İranın keçmiş xarici işlər naziri Cavad Zərif ölkəsini "qələbə elan etməyə və həm bu münaqişəni bitirən, həm də növbətisinin qarşısını alan bir sövdələşməyə" çağırıb. Uzun illər İranın nüvə proqramı üzrə ABŞ və digər dövlətlərlə apardığı danışıqların əsas siması olan Zərif, Tehran üçün əlverişli şərtlərlə ABŞ və İsrail ilə müharibəni dayandırmağın yollarını cızan bir "yol xəritəsi" təqdim edib.
#ABŞ İran toqquşması
ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bəyan edib. Qeyd olunur ki, ABŞ rəhbərliyi boğazın açılması üçün genişmiqyaslı hərbi əməliyyatların 4–6 həftəlik planlaşdırılan müddətdən daha uzun çəkəcəyini hesab edir və bu səbəbdən alternativ variantlara üstünlük verir. Bununla yanaşı, Vaşinqton Avropa və Körfəz müttəfiqlərini prosesə cəlb etməyi nəzərdən keçirir.
İspaniya tərəfinin bu qətiyyətli bəyanatı göstərir ki, NATO müttəfiqləri arasında İranla hərbi qarşıdurmada iştirak dərəcəsi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Madrid hesab edir ki, hərbi əməliyyatların genişlənməsi təkcə regionda deyil, həm də qlobal miqyasda iqtisadi sabitliyi darmadağın edə bilər.
Beynəlxalq ictimaiyyət ABŞ və İran arasında keçirilən ilk raund danışıqların nəticələrini böyük maraqla gözləyir. Ekspertlər bu mərhələni həlledici, lakin təhlükəli adlandırırlar. Danışıqlar fonunda baş verən siyasi və hərbi manevrlər tərəflər arasındakı uçurumun nə dərəcədə dərin olduğunu göstərir. Hörmüz boğazı və İranın nüvə proqramı hələ də ixtilafın mərkəzindədir.
İsrailin dar tərkibli Təhlükəsizlik Kabinetinin (Kabinet) üzvü Avi Dixter ölkəsinin İrandakı hərbi əməliyyatları və ABŞ ilə münasibətləri barədə mühüm bəyanatlarla çıxış edib. Avi Dixter bildirib ki, İsrail ordusunun İranda vurduğu bütün hədəflər Vaşinqtonla əvvəlcədən razılaşdırılmır.
Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin USS George H.W. Bush aviadaşıyıcısı Hatteras adası sahilləri yaxınlığında hazırlıq mərhələsini başa çatdırıb və yaxın vaxtlarda Şərqi Aralıq dənizinə yola düşəcək. Gəminin göyərtəsində onlarla döyüş təyyarəsi, həmçinin idarəolunan raketlərlə təchiz edilmiş esmineslər yerləşdirilib.
Belçika hökuməti İran ətrafında yaranmış gərginlik fonunda ABŞ və İsrailin hərbi əməliyyatlarına qoşulmayacağını açıqlayıb. Teo Frankken bildirib ki, hələlik rəsmi yardım müraciəti daxil olmayıb. Bununla belə, İordaniya və ya Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr beynəlxalq hüquqa uyğun müraciət edərsə, Belçika həmin ölkələrə dəstək verməyə hazır ola bilər.
Qətər hakimiyyəti təhlükəsizlik səbəbilə paytaxt Dohada ABŞ səfirliyi ətrafında yaşayan şəxslərin təxliyəsinə başlayıb. Qətər Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, ictimai təhlükəsizlik məqsədilə müvəqqəti tədbir kimi ABŞ səfirliyinin yerləşdiyi ərazi ətrafında yaşayan sakinlərin təxliyəsi həyata keçirilir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı davam edən hərbi əməliyyatların miqyası barədə rəsmi məlumat yayıb. CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, bu, ABŞ-ın son bir nəsildə Yaxın Şərqdə həyata keçirdiyi ən böyük hərbi yığınaqdır. Admiral Kuperin sözlərinə görə, fevralın 28-dən başlayan əməliyyatlarda 50 mindən çox əsgər, 200 döyüş təyyarəsi və 2 aviadaşıyıcı gəmi iştirak edir. İndiyədək İran ərazisində təxminən 2 min strateji hədəfin vurulduğu və ölkənin hava hücumundan müdafiə sistemlərinin böyük ölçüdə sıradan çıxarıldığı qeyd olunub.
İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən "Kətaib Hizbullah" qruplaşması öz döyüşçülərinə qonşu İranda baş verə biləcək "uzunmüddətli müharibə" ssenarisinə hazırlaşmağı tapşırıb. Cümə axşamı yayılan bəyanatda ABŞ-ın bölgədə hərbi yığınağını artırması və təhdidləri "təhlükəli eskalasiya" kimi qiymətləndirilib. Qruplaşma xəbərdarlıq edib ki, müharibə başlayacağı təqdirdə ABŞ tərəfi "hədsiz böyük itkilər" verəcək. Bəyanatda həmçinin bütün döyüşçülərin "tükəndirici müharibə" ssenarisinə uyğun hazır vəziyyətə gətirilməsinin zəruriliyi vurğulanıb.
ABŞ Vitse-prezidenti Cey Di Vens "Washington Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, Prezident Donald Tramp İran məsələsində hələ son qərarını verməyib. Vens vurğulayıb ki, ABŞ keçmişdəki hərbi müdaxilə səhvlərini təkrarlamamağa çalışır, lakin bu, Vaşinqtonun lazım gələrsə hərbi gücdən istifadə etməyəcəyi anlamına gəlmir. "Orta Şərqdə illərlə sürəcək və sonu görünməyən bir müharibənin içində olacağımıza ehtimal yoxdur" deyən Vens, mümkün hərbi zərbələrin dəqiq və nəticəyönümlü olacağına işarə edib.
İsveçrənin Cenevrə şəhərində Omanın vasitəçiliyi ilə İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən nüvə müzakirələrinin üçüncü raunduna qısa fasilə verilib. Tərəflər arasında mesaj mübadiləsi vasitəsilə həyata keçirilən dolayı görüşlərin növbəti mərhələsi bir neçə saatlıq fasilədən sonra yenidən davam edəcək.