#Suriya

İsrail və ABŞ arasında regional təhlükəsizlik məsələləri üzrə təmaslar davam edir. İsrailin xarici işlər naziri Gideon Saar ABŞ Konqresinin Respublikaçılar Partiyasını təmsil edən üzvləri ilə keçirdiyi görüşdə Livan və Suriya ilə bağlı vəziyyəti müzakirə edib. Görüş Yaxın Şərqdə gərginliyin davam etdiyi, İsrail–Livan sərhədində qarşıdurmaların intensivləşdiyi və regionda təhlükəsizlik məsələlərinin beynəlxalq gündəmin əsas mövzularından biri olduğu bir vaxta təsadüf edir. Müşahidəçilər hesab edirlər ki, görüş Vaşinqton və Təl-Əviv arasında regional koordinasiyanın davam etdiyini göstərən növbəti siqnallardan biridir.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada İŞİD terror təşkilatına qarşı sərhəddən kənar əməliyyat həyata keçirib.İstintaq məlumatlarına əsasən, saxlanılan şəxslərin Türkiyədən Suriyaya keçərək terror təşkilatına qoşulduqları və müxtəlif fəaliyyətlərdə iştirak etdikləri müəyyən olunub. Həmçinin onların Türkiyədə baş vermiş bir sıra terror hadisələri ilə əlaqələrinin olduğu bildirilib.

Kanadanın 2019-cu ildə Ankaranın Suriyaya yönəlmiş hərbi əməliyyatları səbəbindən silah satışına qadağa qoyması, Türkiyənin "Baykar" və "TAI" kimi PUA istehsalçılarına ciddi təsir göstərmişdi. Hər iki şirkət Kanadanın "Wescam" firması tərəfindən istehsal olunan elektro-optik və qızılötəsi kameralardan istifadə edirdi. Lakin tətbiq edilən embarqo türk firmalarını yerli alternativlər axtarmağa məcbur etdi və hazırda Türkiyədə bu növ kameraları istehsal edən birdən çox yerli şirkət fəaliyyət göstərir.

Tədamun məhəlləsinin cəlladı Əmcad Yusif ədalətin pəncəsindədir. İnqilabın başlanğıcında Dəra şəhərinin Siyasi Təhlükəsizlik şöbəsinin rəisi və Bəşər Əsədin xalası oğlu Atif Nəcib barmaqlıqlar arasındadır və mühakimə olunur. 2023-cü ildə Qutada baş vermiş kimyəvi qətliama görə məsuliyyət daşıyanlardan biri olan briqada generalı Adnan Hilvə həbs edilib. Suriyada keçid dövrü ədaləti prosesi artıq başlayıb.

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələrək Nəsib sərhəd keçid məntəqəsi vasitəsilə Suriyaya daxil olan 200-dən çox avtomobilin Avropa bazarlarına daşınması üçün Laziqiyyə limanında gəmilərə yüklənməsinə başlanılıb. Suriyanın SANA agentliyi məlumat verib. Bu addım Suriya limanlarının logistik fəaliyyətindəki kəskin artımın və strateji əhəmiyyətinin göstəricisi kimi qiymətləndirilir.

Suriya bu ilin əvvəlindən etibarən istər şimal-şərqdə, istərsə də sahil və cənub bölgələrində daxili iğtişaşlar mərhələsindən nisbi sakitlik və yeni təhlükəsizlik-siyasi strukturun qurulması mərhələsinə qədər bir yol keçib. Bu strukturun əsas cizgiləri təhlükəsizlik dosyesində və "Suriya Demokratik Qüvvələri" (SDQ) ilə əldə olunan razılaşmada özünü büruzə verib. Lakin bu dəyişikliklər Suriyanı bir çox sosial mühitdə və coğrafi nöqtədə "İŞİD" (DAEŞ) terror təşkilatı ilə gizli bir yarışın ortasına atıb. "İŞİD" son zamanlar təhlükəsizlik nəzarətinin tam bərpa olunmamasından istifadə edərək yenidən ayaq tutmağa çalışan qeyri-sabitlik amili kimi ön plana çıxıb. Təşkilat hələ də fevralın ortalarından intensivləşən, martın ilk həftəsində bir qədər səngiyən, lakin sonradan yenidən aktivləşən hücum ritorikası və hədəfə alınmış əməliyyatlarla ideoloji və meydan boşluqlarından yararlanmağa çalışır.

Suriya Prezidenti Əhməd Əş-Şəraa, “Dörd Dəniz və Doqquz Koridor” təşəbbüsü ilə Suriyanın Orta Asiya və Körfəz regionunu Avropanın mərkəzinə bağlayan təhlükəsiz və alternativ bir marşrut olduğunu vurğulayıb. Kiprin paytaxtı Nikosiyada keçirilən Avropa İttifaqı və Regional Tərəfdaşların Toplantısında çıxış edən Prezident Əş-Şəraa bildirib ki, bu görüş ənənəvi əməkdaşlıq çərçivələrini aşan yeni bir geosiyasi reallığı təsdiqləyir və strateji yetkinlik anını təmsil edir.

Türkmənlərin də sıx yaşadığı Tadamun bölgəsində 2013-cü ildə törədilən qətliamın şübhəlisi Amcat Yusif, Suriya Daxili Təhlükəsizlik Qüvvələrinin Həmada keçirdiyi əməliyyat nəticəsində yaxalanıb. Tadamun qətliamı müharibənin ən qanlı və qaranlıq hadisələrindən biri kimi tarixə düşüb. Hadisə zamanı ümumilikdə 288 nəfərin gözləri bağlı şəkildə edam edilərək çuxura atıldığı, daha sonra yandırıldığı və bütün bu prosesin görüntülərinin qeydə alındığı bildirilmişdi.