Məlumata görə, ABŞ tərəfindən qiymətləndirilən təşəbbüs Suriyanı Körfəz və İraq enerji yataqlarını Aralıq dənizi limanları və Avropa bazarları ilə birləşdirən əsas dəhliz kimi formalaşdırmağı hədəfləyir. Bu çərçivədə mövcud və planlaşdırılan boru kəmərlərinin bərpası və genişləndirilməsi nəzərdə tutulur . Plan daxilində İraqdan Suriya üzərindən Aralıq dənizinə uzanan Kərkük–Baniyas neft kəmərinin yenidən işə salınması, həmçinin Qətərdən Türkiyə üzərindən Avropaya uzanan qaz xəttinin reallaşdırılması kimi layihələr yer alır. Eyni zamanda Azərbaycan qazının Kilis və Hələb üzərindən ötürülməsi kimi mövcud xətlərin gücünün artırılması da müzakirə olunur .
#Suriya
Suriya Mərkəzi Bankı Dəməşqdə valyuta və qızıl əməliyyatlarını tək dam altında toplayacaq elektron bazarın yaradıldığını elan edib. Bank bu addımın maliyyə şəffaflığını artırmaq və bazardakı qeyri-sabitliyi azaltmaq məqsədi daşıdığını bildirib. Suriya Mərkəzi Bankı pul siyasətinin inkişaf etdirilməsi və maliyyə sabitliyinin gücləndirilməsi çərçivəsində Şam Valyuta və Qızıl Bazarının fəaliyyətə başladığını açıqlayıb. Sözügedən addımın 2025-ci il tarixli 189 saylı Nazirlər Kabineti Qərarı çərçivəsində həyata keçirilən genişmiqyaslı strategiyanın ikinci mərhələsini təşkil etdiyi qeyd olunub.
Suriya rəsmiləri ABŞ-İsrail və İran arasındakı münaqişə səbəbindən bir neçə həftəlik fasilədən sonra mayın birindən etibarən Doha və Ciddədən Dəməşq Beynəlxalq Hava Limanına uçuşların bərpa ediləcəyini elan ediblər. Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı Baş İdarəsinin verdiyi məlumata görə "Qatar Airways" Dohadan Dəməşqə hər gün müntəzəm reyslər həyata keçirəcək. Eyni zamanda Səudiyyə Ərəbistanının "Flynas" aviaşirkəti də gələn həftənin cümə günündən etibarən Ciddədən Suriyanın paytaxtına həftədə üç uçuş reallaşdıracağını təsdiqləyib.
"Qatar Airways" aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Suriyaya gündəlik uçuş xidmətlərini rəsmi olaraq bərpa etdiyini elan edib. Bu addım regionda hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi və sərnişinlərə daha çox səyahət seçimi təqdim edilməsi məqsədi daşıyır.
Suriya Prezidenti Əhməd Əş-Şəraa rəsmi səfər çərçivəsində Səudiyyə Ərəbistanına gəlib. Suriya liderini Ciddə şəhərindəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanında Məkkə bölgəsinin vitse qubernatoru şahzadə Səud bin Mişal bin Əbdüləziz qarşılayıb. Səfər proqramı çərçivəsində Əhməd Əş-Şəraanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman ilə görüşü planlaşdırılır. Suriyanın rəsmi xəbər agentliyi SANA tərəfindən yayılan məlumata görə tərəflər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və ortaq maraq kəsb edən regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparacaqlar.
Suriya Prezidenti Əhməd Əş-Şəraa sabah Səudiyyə Ərəbistanı-na rəsmi səfər edəcək. Səfər çərçivəsində onun Məhəmməd bin Salman ilə görüşü planlaşdırılır. Xüsusilə Yaxın Şərqdə təhlükəsizlik, siyasi sabitlik və koordinasiya məsələlərinin əsas gündəm mövzuları olacağı bildirilir. Rəsmi açıqlamalara əsasən, bu səfər region ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində aparılan diplomatik fəaliyyətin davamı kimi qiymətləndirilir.
Suriya Ümumi Sərhəd Keçid Məntəqələri və Gömrük İdarəsinin bəyanatına əsasən, Yarubiyə-Rabiə sərhəd-keçid məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Suriya tərəfindən Gömrük İdarəsinin rəhbəri Kuteybə Bədəvi, Prezident Administrasiyasının nümayəndəsi general Ziyad əl-Ayiş və digər rəsmi şəxslər, İraq tərəfindən isə Sərhəd Keçid Məntəqələri Qurumunun rəhbəri Ömər əl-Vailinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Avropa Birliyi Komissiyası 2011-ci ildən bəri askıda olan tarixi əməkdaşlıq müqaviləsinin bərpası üçün hərəkətə keçib. Komissiyanın sədri Ursula fon der Leyenin 2026-cı ilin yanvar ayında elan etdiyi yeni strateji çərçivəyə əsaslanan bu təklif Suriyanın iqtisadi dirçəlişinə və regiondakı sülh prosesinə dəstək verməyi hədəfləyir. Yeni yanaşma çərçivəsində Avropa Birliyi Suriyada inklüziv keçid dövrünün təşviqi və humanitar ehtiyacların qarşılanması istiqamətindəki səylərini daha da artıracaq.
Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin regional rolu ilə bağlı diqqətçəkən açıqlama səsləndirilib. Məlumata əsasən, o, Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyənin regional və qlobal proseslərdə mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, Barrak diplomatiyanın münaqişələrin qarşısının alınmasında əsas vasitə olduğunu bildirərək forumun əhəmiyyətinə diqqət çəkib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın prezidenti Əhməd Şəraa ilə görüş keçirib. Qeyd olunub ki, görüşlə bağlı məlumat Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri tərəfindən açıqlanıb. Bildirilib ki, tərəflər arasında müzakirə olunan məsələlərin detalları açıqlanmayıb.
Suriya hakimiyyəti ölkə ərazisində ABŞ qüvvələrinin istifadə etdiyi bütün hərbi obyektlərin boşaldıldığını və dövlət nəzarətinə verildiyini bəyan edib.Rəsmi Dəməşq tərəfindən yayılan açıqlamada bildirilib ki, ABŞ hərbi kontingentinə aid bütün mövqelər artıq tərk edilib və həmin ərazilər Suriya dövlət qurumlarına təhvil verilib. Məlumatda qeyd olunur ki, bu addım ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.
Məlumata əsasən, beynəlxalq koalisiya qüvvələrinin bölgədən çıxmasından sonra Suriya ordusu bölmələri bazaya daxil olaraq nəzarəti ələ alıb. Qeyd olunub ki, yerli mənbələrin məlumatına görə, ABŞ qüvvələrinin çıxmasından sonra YPG-yə bağlı silahlı qruplar bazadakı bəzi texnikaları yandırıb.