Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Laziqiyyə limanı üzərindən Avropaya ilk avtomobil tranziti başladı

    29 Aprel 2026 20:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Laziqiyyə limanı üzərindən Avropaya ilk avtomobil tranziti başladı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Nailə Babazadə

    Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələrək Nəsib sərhəd keçid məntəqəsi vasitəsilə Suriyaya daxil olan 200-dən çox avtomobilin Avropa bazarlarına daşınması üçün Laziqiyyə limanında gəmilərə yüklənməsinə başlanılıb.

    VOA xəbər verir ki, bu haqda Suriyanın SANA agentliyi məlumat verib. Bu addım Suriya limanlarının logistik fəaliyyətindəki kəskin artımın və strateji əhəmiyyətinin göstəricisi kimi qiymətləndirilir.

    Körfəz-Avropa xəttində strateji marşrut

    Ərəb Körfəzi ölkələrini Suriya üzərindən Avropaya bağlayan inteqrasiya olunmuş tranzit marşrutu çərçivəsində İspaniya və Belçika da daxil olmaqla müxtəlif Avropa ölkələrinə 200-dən çox nəqliyyat vasitəsi yola salınır. Laziqiyyə Limanı Anbar İdarəsinin müdiri Məhəmməd Əbdürrəhman bildirib ki, bu, sözügedən marşrut üzrə limanda həyata keçirilən ilk bu növ yükləmə əməliyyatıdır. O, bu əməliyyatın Laziqiyyə limanını beynəlxalq ticarət dövriyyəsində perspektivli loqistik mərkəz kimi ön plana çıxardığını vurğulayıb.

    Tranzit trafiki şaxələnir

    Limanın texniki imkanlarının və heyətinin yükləmə proseslərini səmərəli şəkildə idarə etdiyini qeyd edən Əbdürrəhman, hərəkətliliyin təkcə avtomobillərlə məhdudlaşmadığını bildirib. Hazırda İraq və BƏƏ-dən gələn yanacaq daşımaları, eləcə də müxtəlif növ məhsullar limanın tranzit imkanlarına daxil edilib.

    Yeni daşıma xətləri və 4 min avtomobillik sifariş

    Ərəb Nəqliyyat Şirkətinin baş direktoru Abdulla əl-Nablusi limanın cəlbediciliyini artırmaq üçün yeni dəniz xətlərini şəbəkəyə əlavə etdiklərini bildirib. Türkiyə mərkəzli “Sidra Line” və bəzi Çin gəmiçilik xətlərinin dövrəyə girməsi ilə qlobal ticarət yollarındakı aksamalara qarşı praktiki alternativlər təqdim etdiklərini deyən əl-Nablusi: "Gəmi sahiblərini Laziqiyyə limanının etibarlı xidmət təqdim etdiyinə inandırdıq. Hazırda Körfəz ölkələri ilə Avropa və Şimali Afrika limanları arasında hərəkət edəcək 6 gəmi və 4 mindən çox avtomobil üçün rezervasiya mövcuddur", - deyə qeyd edib.

    İqtisadiyyata birbaşa töhfə və infrastrukturun yenilənməsi

    Əl-Nablusi vurğulayıb ki, tranzit əməliyyatları gəmi rüsumları, anbar və logistik xidmətlər vasitəsilə dövlət xəzinəsinə birbaşa gəlir gətirməklə yanaşı, sərhəd keçid məntəqələri ilə bağlı olan quru yolu nəqliyyatını da canlandırır. Bu proses ötən ilin sonunda tamamlanan genişmiqyaslı modernizasiya işlərinin nəticəsidir və Laziqiyyə limanını regionun əsas logistik mərkəzlərindən birinə çevirməyi hədəfləyir.

    #BƏƏ #Suriya #Suriya xəbərləri #Suriya münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyada məhkəmə binası qarşısında partlayış - 2 nəfər ölüb

    28 Avqust 2026 14:37

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    27 Avqust 2026 14:04

    Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı

    27 Avqust 2026 10:06

    BƏƏ cüdo millisi Lozanna "Böyük Dəbilqə" turnirinə qatılır

    27 Avqust 2026 07:21

    İslam dəyərləri və ictimai həmrəylik BƏƏ-nin inkişaf yolunun təməlidir - Şeyxa Fatimə bint Mübarək

    26 Avqust 2026 13:25

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    25 Avqust 2026 22:31

    Əbu-Dabi basketbol üzrə ilk Avroliqa Superkubokuna ev sahibliyi edəcək

    25 Avqust 2026 20:18

    İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib

    25 Avqust 2026 19:08

    BƏƏ ilə Polşa arasında yeni hava körpüsü - 14 dekabrdan Qdansk uçuşları başlayır

    25 Avqust 2026 16:15

    İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

    25 Avqust 2026 14:56
    XƏBƏR LENTİ

    Ər-Riyadda 5.1 milyard riyallıq dövriyyə - Şəhərlər üzrə POS əməliyyatlarının statistikası

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    Şərqin iki vokal məktəbi-Şövkət Ələkbərova və Feyruzun paralelləri

    Manga Arabia və Zeez Animation əməkdaşlığa başlayır

    Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

    Rusiyanın Kiyevə hücumları davam edir - ölən və yaralananlar var

    Suriyada məhkəmə binası qarşısında partlayış - 2 nəfər ölüb

    İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    Yerdənkənar həyatın kəşfi Tramp irsini ədəbiləşdirə bilər - Avi Loeb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.