#Fridrix Merts

Helen McEntee Almaniya kansleri Fridrix Merts tərəfindən Ukrayna üçün təklif edilən “ortaq üzvlük” modelinin müəyyən risklər yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib. McEntee bildirib ki, Avropa İttifaqına üzvlük məsələsində bütün namizəd ölkələrə eyni prinsiplərlə yanaşılmalı və iki mərhələli sistem formalaşdırılmamalıdır.

Almaniya kansleri Fridrix Merts Ukraynanın Avropa İttifaqına tam üzvlükdən əvvəl “ortak üzvlük” statusu əldə etməsi barədə təklif irəli sürüb. Bu təklif Ukraynanın Rusiyadan gələcək hücumlara qarşı digər Aİ ölkələrindən yardım ala bilməsinə imkan yaradacaq və ölkəyə “kayda dəyərli təhlükəsizlik təminatı” verəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Birləşmiş Ərəb Əmirliklərinin nüvə elektrik stansiyası yaxınlığında baş vermiş partlayışla bağlı Almaniya kansleri Fridrix Mertsin İrana qarşı səsləndirdiyi ittihamları “əsasız və seçmə” adlandırıb.

ABŞ prezidenti Donald Trampın Avropa ilə tarixi tərəfdaşlığı yenidən nəzərdən keçirməsi Vaşinqtonun qlobal nüfuzu və təhlükəsizlik strategiyası ilə bağlı ciddi müzakirələrə səbəb olub. Son dövrlərdə ABŞ ilə Almaniya arasında yaranan gərginlik transatlantik münasibətlərdə dərin çatların meydana çıxdığını göstərir. Almaniya kansleri Fridrix Mertsin ABŞ-ın İran siyasətini tənqid etməsindən sonra Donald Tramp sərt cavab verərək əlavə gömrük rüsumları tətbiq edib və Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılması planını gündəmə gətirib.

Almaniya kansleri Fridrix Mers İran müharibəsi ilə bağlı ABŞ-ı tənqid etməsinə baxmayaraq, ABŞ prezidenti Donald Tramp ilə şəxsi münasibətlərinin “yaxşı” olaraq qaldığını bildirib. Bildirilib ki, kansler xüsusilə Hörmüz boğazının bağlanmasının Avropa üçün ciddi iqtisadi nəticələr doğurduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu vəziyyət enerji təchizatına və ümumilikdə iqtisadi göstəricilərə birbaşa təsir edir.

Almaniya kansleri beynəlxalq gərginlik fonunda ABŞ-ın mövqeyinə dair tənqidi açıqlama verib. Merts qeyd edib ki, İranın gözləniləndən daha güclü olduğu və ABŞ tərəfinin danışıqlarda inandırıcı yanaşma ortaya qoya bilmədiyi müşahidə olunur. O vurğulayıb ki, bu tip münaqişələrə daxil olmaq qədər, onlardan çıxış yolu tapmaq da mühüm məsələdir.

Fridrix Merts rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı və Xristian-Sosial İttifaqı bloku Avropa Komissiyasının sədri Ursula von der Leyenə qarşı sərt tələblər irəli sürməyə hazırlaşır. Məlumata görə, alman konservatorları Brüsselin biznes üzərində nəzarətinin azaldılmasını və Avropa İttifaqının bürokratik qaydalarının sadələşdirilməsini tələb edir. Əks halda, Avropa Komissiyasının səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində addımların atılacağı bildirilir.

Almaniya kansleri Fridrix Merts Avropanın müdafiə və enerji təhlükəsizliyi sahəsində daha güclü olmasının vacibliyini vurğulayıb. Merts həmçinin qeyd edib ki, bu sahədə irəliləyişin əldə olunacağına inanır və Avropanın qarşısında duran çağırışların öhdəsindən gələcəyinə əminliyini ifadə edib.