#Fridrix Merts

Almaniya kansleri Fridrix Merts Ukrayna münaqişəsinin yaxın zamanda danışıqlar yolu ilə başa çatmasının real görünmədiyini bildirib. Onun sözlərinə görə, “bu müharibə yalnız iki tərəfdən biri hərbi və ya iqtisadi baxımdan tükənəndə sona çata bilər”. Kansler qeyd edib ki, münaqişənin sürətli şəkildə danışıqlar yolu ilə həllinə böyük ümidlər görmür.

İranın xarici işlər naziri Abbas Əraqçi Almaniya kansleri Fridrix Mertsin son açıqlamalarına sərt reaksiya verib. Nazir Almaniyanın bir vaxtlar Avropanın inkişafının “mühərriki” olduğunu, lakin hazırda “geriləmənin mühərrikinə” çevrildiyini bildirib. İran XİN rəhbəri Almaniya kanslerini siyasi sadəlövhlükdə və məsuliyyətsiz mövqedə ittiham edib. O, 2025-ci ilin iyununda İsrailin zərbələri nəticəsində min nəfərdən çox iranlının həlak olmasını xatırladaraq, həmin dövrdə Mertsin bu hadisələri “sevinc”lə qarşıladığını iddia edib. Əraqçi həmçinin kanslerin İranın guya “bir neçə həftəyə çökməsi” ilə bağlı açıqlamalarını reallıqdan uzaq adlandırıb.

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Avropaya qarşı gömrük rüsumları ilə bağlı təhdidlərinə münasibət bildirərək, Avropanın zərurət yaranacağı təqdirdə öz maraqlarını müdafiə etməyə tam hazır olduğunu bəyan edib. O qeyd edib ki, Avropa İttifaqı liderləri Brüsseldə qısa müddətdə bir araya gələrək gömrük rüsumu təhdidlərindən çəkinməmək mövqeyində ortaq razılığa gəliblər.

Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın hökumət rəhbəri Yens-Frederik Nilsen Berlində Almaniya kansleri Fridrix Mertslə görüşüblər. Məlumata görə, danimarkalı və qrenlandiyalı liderlər çərşənbə günü Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq. Görüşlərdə hazırkı beynəlxalq siyasi vəziyyət və Avropanın təhlükəsizlik baxımından daha güclü mövqe tutmasının vacibliyi müzakirə olunacaq.

Almaniya kansleri Fridrix Merts ABŞ-ın qaydalara əsaslanan beynəlxalq nizama arxa çevirdiyini bildirib. Bu barədə o, Xristian Demokrat Birlik Partiyasının (CDU) rəhbəri kimi Baden-Vürtemberq əyalətinin Heddeshaym bələdiyyəsində keçirilən yığıncaqda çıxış nitqi zamanı danışıb.

Almaniya Kansleri Fridrix Merts Hindistana rəsmi səfərə yola düşüb. Səfər yanvarın 13-dək davam edəcək. Əhmədabad şəhərində Kanslerin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü nəzərdə tutulub. Görüş zamanı iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Daha sonra Fridrix Merts Banqalora səfər edəcək və orada həmçinin alman şirkətlərinin nümayəndələri ilə görüşəcək.

Almaniya Baş naziri Fridrix Merts, Suriya Prezidenti Əhməd Əş-Şəraayı ölkənin sabitliyinə töhfə vermək və Almaniyada yaşayan suriyalıların vətənə qayıtması məsələlərini müzakirə etmək üçün Almanyaya dəvət etdiyini açıqlayıb. Merts, Şlesviq-Holşteyn əyalətinə səfəri zamanı verdiyi açıqlamada, Suriya ilə bağlı deportasiya planlarını da qeyd edərək bildirib ki, “Əlbəttə, cinayətkarları Suriyaya deportasiya etməyə davam edəcəyik. Plan budur və indi bunu konkret şəkildə həyata keçirəcəyik. Daxili İşlər Naziri bu məsələ üzərində işləyir.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə-Almaniya münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Ərdoğan bildirib ki, güclü əsaslara və çoxsahəli əlaqələr şəbəkəsinə malik Türk-Alman əməkdaşlığı Avropa və qonşu bölgələrin təhlükəsizliyi üçün vazkeçilməzdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Mertsi rəsmi mərasimlə qarşılayıb. Ərdoğan, Mertsi Prezident Külliyəsinin əsas giriş qapısında qəbul edib. Liderlər mərasim meydanında yerlərini tutduqdan sonra, 21 top atəşi müşayiətilə iki ölkənin dövlət himnləri səsləndirilib. Mərasimdə tarix boyu qurulmuş 16 türk dövlətini təmsil edən bayraqlar və hərbçilər də yer alıb.

Almaniya Başbakanı Fridrix Merts, Türkiyə ilə Almanya arasındakı yaxın və çoxşaxəli münasibətləri daha da inkişaf etdirmək istədiyini açıqlayıb. Merts, Ankarada keçiriləcək görüşlərindən əvvəl ABŞ mərkəzli X şirkətinin sosial media platformasında paylaşım edərək, iki ölkə arasındakı əlaqələrin çox yönlü olduğunu vurğulayıb. “Türkiyə ilə bizi xüsusi və çoxşaxəli münasibətlər birləşdirir. Bunlar yalnız xarici və təhlükəsizlik siyasəti ilə məhdudlaşmır, eyni zamanda miqrasiya, enerji və ticarət sahələrini də əhatə edir.” - deyə Merts qeyd edib.