#Emmanuel Makron

Donald Tramp İranla əldə olunan razılaşmanın tam imzalandığını bəyan edib. O, bu açıqlamanı Fransanın Evian şəhərində səsləndirib. Trampın sözlərinə görə, Hörmüz boğazı artıq qismən açılıb. ABŞ Prezidenti boğazın cümə gününə qədər tam fəaliyyətə başlayacağını bildirib. O, bunun qlobal enerji bazarları üçün mühüm hadisə olduğunu vurğulayıb. Razılaşmanın mətni hələ ictimaiyyətə təqdim edilməyib. Sənədin detallarının yaxın günlərdə açıqlanacağı gözlənilir. Məsələ Yeddilər Qrupu sammitinin əsas mövzularından biri olaraq qalır.

Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazında gəmi keçidlərinə görə ödəniş tətbiq edilməsinə qarşı çıxıb. O bildirib ki, Fransa bu cür addımların qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcək. Makron boğazın açıq qalmasının qlobal ticarət və enerji təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb. Fransa və Böyük Britaniyanın birgə missiyası qısa müddətdə fəaliyyətə başlamağa hazırdır. Fransa lideri sərbəst gəmiçiliyin təmin edilməsinin əsas məqsəd olduğunu qeyd edib. O, "Şarl de Qoll" təyyarədaşıyan gəmisinin də hazır vəziyyətdə olduğunu açıqlayıb. Həmin gəminin bir neçə gün ərzində bölgəyə çata biləcəyi bildirilib. Makron beynəlxalq dəniz marşrutlarının açıq saxlanılmasının vacibliyini bir daha vurğulayıb.

Fransa Prezidenti Emmanuel Makron Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri liderlərinin növbəti həftə Fransada keçiriləcək G7 sammitinə dəvət olunacağını bildirib. Sammitin əsas mövzusu İranla münaqişənin sona çatdırılması üzrə danışıqlar və Hörmüz boğazındakı gərgin vəziyyət olacaq. Prezident Makron vurğulayıb ki, Hörmüz boğazındakı pozuntular qlobal iqtisadiyyata ciddi təsir göstərir, xüsusilə yanacaq qiymətlərinin artmasına səbəb olub. Sammit çərçivəsində həmçinin regiondakı təhlükəsizlik və enerji sabitliyi məsələləri müzakirə ediləcək.

Fransa Livanda davam edən böhran fonunda ölkədəki siyasi və diplomatik təsirini qorumağa çalışır. Paris həm ABŞ-ın bölgədə artan rolunu balanslaşdırmaq, həm də tarixi və strateji maraqlarını müdafiə etmək məqsədilə Livan məsələsində fəallığını artırır. Livandakı təhlükəsizlik vəziyyətinin pisləşməsi və beynəlxalq qüvvələrin gələcəyi ilə bağlı qeyri-müəyyənlik Fransanın regiona marağını daha da artırıb.

Keniyanın paytaxtı Nayrobidə keçirilən “Afrika İrəli” sammiti Fransanın Afrikadakı zəifləyən təsirini yenidən formalaşdırmaq cəhdi kimi qiymətləndirilir. Fransa prezidenti Emmanuel Makron və Keniya prezidenti Uilyam Ruto tərəfindən açılışı edilən sammit Fransa-Afrika münasibətlərində yeni mərhələ kimi təqdim olunur. Bu tədbir həm də Fransanın ingilisdilli Afrika ölkəsində təşkil etdiyi ilk böyük Afrika sammiti hesab edilir.

Fransa Prezidenti Emmanuel Makron bu gün Parisdə Livanın Baş naziri Nəvaf Salam ilə görüşəcək. Yelisey sarayından verilən məlumata görə Fransa lideri görüş zamanı Livandakı atəşkəs rejiminə tam sadiqliyini və ölkənin ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyəcək. Pakistan isə ABŞ və İran arasında atəşkəs müddətinin çərşənbə günü başa çatması ərəfəsində yeni danışıqlar raunduna ev sahibliyi etməyə hazırlaşır.

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib. Məlumata əsasən, Fransa lideri həm İran Prezidenti Məsud Pezeşkian, həm də ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını bildirib. Qeyd olunub ki, Makron bölgədə əldə olunmuş atəşkəs rejiminin, o cümlədən Livanı da əhatə etməklə, bütün tərəflər tərəfindən ciddi şəkildə qorunmasının zəruri olduğunu qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron şənbə günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon əlaqəsi saxlayaraq, İslamabadda davam edən İran-ABŞ sülh danışıqlarını müzakirə etdiyini açıqlayıb. Liderlər bölgədəki vəziyyətlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər. "X" sosial platformasındakı paylaşımında Makron atəşkəsə verdiyi dəstəyi yenidən ifadə edib. Fransa lideri vurğulayıb ki, hazırkı atəşkəsə tam əməl olunmalı və bu proses gecikmədən Livanı da əhalə etməlidir. Makron, həmçinin regiondakı humanitar və iqtisadi sabitlik üçün Livanın təhlükəsizliyinin vacibliyini qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı günü "X" sosial şəbəkəsində etdiyi paylaşımda Fransa vətəndaşları Sesil Koler və Jak Parisin İranda üç yarım illik həbsdən sonra "azad olduqlarını və Fransaya doğru yola düşdüklərini" bildirib. Makron onların azad edilməsində Omanın vasitəçilik etdiyini əlavə edib. Cütlük 2022-ci ildən bəri casusluq ittihamı ilə İranda saxlanılırdı, Fransa isə bu ittihamların əsassız olduğunu bəyan etmişdi. Onlar noyabr ayında bədnam Evin həbsxanasından azad edilmiş və o vaxtdan bəri Fransa səfirliyində qalırdılar.

Fransa Prezidenti Emmanuel Makron Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində Seuldakı Yonsei Universitetində tələbələr qarşısında çıxış edərək, qlobal siyasətdəki "üçüncü yol" strategiyasını açıqlayıb. ABŞ və Çini nəzərdə tutan Makron, Fransa və Cənubi Koreya kimi demokratik ölkələrin hər hansı bir gücün vassalına çevrilməməli olduğunu vurğulayıb. O, Avropa, Kanada, Braziliya və Hindistanın daxil olduğu ortaq proqramın müstəqil qərarlar vermək qabiliyyətini gücləndirdiyini bildirib.