Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Makron İranda saxlanılan iki fransızın azad edildiyini duyurub

    7 Aprel 2026 20:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Makron İranda saxlanılan iki fransızın azad edildiyini duyurub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı günü "X" sosial şəbəkəsində etdiyi paylaşımda Fransa vətəndaşları Sesil Koler və Jak Parisin İranda üç yarım illik həbsdən sonra "azad olduqlarını və Fransaya doğru yola düşdüklərini" bildirib.

    VOA xəbər verir ki, Makron onların azad edilməsində Omanın vasitəçilik etdiyini əlavə edib. Cütlük 2022-ci ildən bəri casusluq ittihamı ilə İranda saxlanılırdı, Fransa isə bu ittihamların əsassız olduğunu bəyan etmişdi. Onlar noyabr ayında bədnam Evin həbsxanasından azad edilmiş və o vaxtdan bəri Fransa səfirliyində qalırdılar.

    Fransanın xarici işlər naziri Jan-Noel Barro cütlüklə danışdığını və onların tezliklə vətənlərinə, yaxınlarının yanına qayıdacaqları üçün böyük sevinc hissi keçirdiklərini bildirib. Nazirlik Barronun həftəsonu iranlı həmkarı Abbas Araqçı ilə danışıqlar apardığını qeyd edib. Milli Assambleyada deputatlar bu xəbəri ayaqüstü alqışlarla qarşılayıblar.

    İranın rəsmi xəbər agentliyi IRNA cütlüyün azad olunmasını təsdiqləyərək bildirib ki, bu, Tehran və Paris arasında əldə olunmuş razılaşmanın nəticəsidir. Razılaşmaya əsasən, Fransa öz növbəsində Lion şəhərində yaşayan iranlı tələbə Məhdiə İsfəndiyarini azad edəcək. İsfəndiyari ötən il İsrail əleyhinə sosial media paylaşımlarına görə həbs edilmişdi. IRNA-nın məlumatına görə, razılaşmanın bir hissəsi kimi Fransa həmçinin Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı verdiyi şikayəti geri götürəcək.

    Fransız cütlüyün azad edilməsi ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazını açmaq üçün son dəqiqə razılaşmasına gəlməyəcəyi təqdirdə "bu gecə bütöv bir sivilizasiyanın məhv olacağı" ilə hədələdiyi bir vaxta təsadüf edib. Ötən cümə axşamı Fransanın "CMA CGM" gəmiçilik qrupuna məxsus konteyner gəmisinin Hörmüz boğazından keçməsi İranın Fransanı düşmən ölkə hesab etmədiyinin göstəricisi kimi qiymətləndirilir.

    #İran #Fransa #Emmanuel Makron #Oman #Oman vasitəçiliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    31 Avqust 2026 20:20

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    31 Avqust 2026 19:28

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    31 Avqust 2026 18:29

    Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

    31 Avqust 2026 18:23

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    31 Avqust 2026 18:17

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55

    ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

    31 Avqust 2026 12:14
    XƏBƏR LENTİ

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.