Dohada Ərəb Dövlətləri Liqasına (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə qapalı iclası keçirilir. İclas İsrailin HƏMAS-ın Dohadakı iqamətgahına endirdiyi hava zərbəsinə həsr olunub. İclasın əsas məqsədi İsrailin HƏMAS siyasi bürosunun üzvlərinə qarşı hücumu ilə bağlı vahid mövqenin formalaşdırılmasıdır.
#İƏT
2025-ci ilin iyul ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 13,3 faiz artaraq 6 milyard 996 milyon 842 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 6,4 faiz artaraq, 41 milyard 132 milyon 946 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 3 milyard 466 milyon 831 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.
Fidan Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 21-ci Fövqəladə Toplantısı çərçivəsində Cibutinin xarici işlər naziri Əbdülqədir Hüseyn Ömər ilə görüşüb. Görüşdə tərəflər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edərək, İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Nazir Fidan, Türkiyə-Cibuti əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı səylərin vacibliyini qeyd edib. Görüşdə həmçinin İƏT-in regional sabitlik və sülhün təmin edilməsindəki roluna toxunulub.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədə keçirilən fövqəladə iclasında sədrliyə Hakan Fidan rəhbərlik edib. Nazir Fidan iclasda çıxış edərək, Fələstin xalqının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin zəruriliyini qeyd edib. O, İsrailə qarşı koordinasiyalı və güclü təzyiqin vacibliyini vurğulayaraq, Qəzzanın gələcəyə hazırlanması üçün ərəb-İslam dünyasının əlindən gələni etməli olduğunu bildirib. Fidan həmçinin İsrailin Fələstinlərə qarşı hücumlarının regionda sabitliyi pozan daha geniş bir planın bir hissəsi ola biləcəyini ifadə edərək, Netanyahu rejiminin Suriya, Livan və İrana qarşı həyata keçirdiyi qeyri-qanuni əməliyyatların Yaxın Şərqdə ciddi təhdidlər yarada biləcəyini diqqətə çatdırıb.
İsrailin “Böyük İsrail” xülyası təkcə regionu deyil, bütün dünyanı təhdid edən təhlükədir. Bunu İran Xarici İşlər Naziri Seyid Abbas Əraqçi deyib. O, İsrailə qarşı İslam ölkələrinin ortaq mövqe göstərməsinin vacibliyini vurğulayıb. Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qarşıdakı günlərdə baş tutacaq Xarici İşlər Nazirləri toplantısının İslam ölkələri üçün tarixi dönüş nöqtəsi olmasının vacibliyini qeyd edib.
Türkiyənin İƏT-də sədrliyi çərçivəsində avqustun 25-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək 21-ci Fövqəladə Xarici İşlər Nazirləri Şurası (ECM) iclasına Hakan Fidan rəhbərlik edəcək. Toplantının əsas müzakirə mövzusu İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və humanitar vəziyyət olacaq. Diplomatik mənbələrin bildirdiyinə görə, Fidanın çıxışında İsrailin Qəzzanı tam işğal etmək, iki dövlətli həll yolunu mümkünsüz hala gətirmək və fələstinliləri öz torpaqlarından qovmaq siyasətinin qəbuledilməz olduğunu vurğulaması gözlənilir. Nazir həmçinin dərhal atəşkəsin təmin edilməsinin və humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini diqqətə çatdıracaq.
Məlumata görə, təşkilata üzv ölkələrin xarici işlər nazirləri İsrailin hücumlarını və Qəzzanı tam işğal etməyə dair planlarını müzakirə edəcəklər. İclasda İsrailin həyata keçirdiyi işğal, kütləvi qətl, blokada, aclıq təhlükəsi və əhalinin məcburi köçürülməsi kimi beynəlxalq hüquqa zidd addımlarına qarşı ortaq mövqenin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək. Nazir Fidanın bu səfər çərçivəsində Misir Prezidenti Sisinin onu qəbul edəcəyi də gözlənilir. Nazir Fidan sonuncu dəfə 2025-ci il martın 23-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Ərəb Liqası (ƏL) Qəzza Əlaqə Qrupunun iclasında iştirak etmək məqsədilə Qahirəyə səfər etmişdi. Misirin xarici işlər naziri Əbdülati isə 2025-ci il fevralın 4-də ikitərəfli səfər çərçivəsində Türkiyəyə gəlmişdi.
2025-ci ilin iyun ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,1 faiz azalaraq 4 milyard 910 milyon 736 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 5,2 faiz artaraq, 34 milyard 154 milyon 597 min dollar olub.
2020-ci ilin Vətən müharibəsində Azərbaycan xalqı və ordusu misilsiz bir qəhrəmanlıq, birlik nümayiş etdirərək, işğal altındakı ərazilərimizi azad etdi.
Türkiyə, Ərəb Birliyi və İƏT İsrailin İordan çayının qərb sahilindəki bəyanatını kəskin şəkildə pisləyib.