Dekabrın 8-də Bakı Konqres Mərkəzində rəsmi açılışı keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” panel müzakirələrlə işini davam etdirib. "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusuna həsr olunan növbəti panel Mədəniyyət Nazirliyi Xarici əlaqələr sektorunun müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə gerçəkləşib.
#İƏT
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilir. Bu münasibətlə 50-dək ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye ekspertləri ölkəmizə təşrif buyurub.
Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimi keçirilir. İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.
2025-ci ilin oktyabr ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz azalaraq 6 milyard 254 milyon 883 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – oktyabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 3,5 faiz artaraq, 59 milyard 205 milyon 870 min dollar olub. “Bu ilin oktyabr ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 4 milyard 243 milyon 475 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail parlamentində fələstinli məhbusların edamını leqallaşdıran qanun layihəsinin irəli sürülməsini kəskin şəkildə pisləyib. Qurum bunun beynəlxalq humanitar hüquqa, Cenevrə Konvensiyalarına və əlaqədar BMT qərarlarına açıq ziddiyyət təşkil etdiyini bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Tebbun tərəfindən qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tərəflər Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun qorunmasının və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
2025-ci ilin sentyabr ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 0,9 faiz azalaraq 5 milyard 831 milyon 2 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – sentyabr ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 4,1 faiz artaraq, 52 milyard 962 milyon 279 min dollar olub.
Müasir Türkiyə Respublikası, I Dünya müharibəsindən sonra Anadolunu işğal etməyə çalışan imperialist güclərə qarşı, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türk xalqının apardığı milli mübarizənin nəticəsində 1923-cü ildə qurulub. Bu gün Respublikamızın 102-ci ildönümünü qeyd edirik. Bayramımız mübarək olsun!
Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi"nin təsis toplantısı və ilk iclası keçirilib. Bildirilib ki, iclasda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin KOB-lara dəstək və xidmət göstərən təşkilat və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər. Vurğulanıb ki,şəbəkənin yaradılmasında məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsidir.
Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin təqribən 11 minə yaxın şirkəti fəaliyyət göstərir. Bu sözləri Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib. “Azərbaycan ilə İƏT ölkələri arasında ticarət dövriyyəsi 6 milyard dollar təşkil etmişdir” - deyə Elnur Əliyev bildirib. O, bildirib ki, bu rəqəm qarşılıqlı əlaqələri nümayiş etdirməklə yanaşı, Azərbaycanın təşkilatın üçün mühüm təşəbbüskar və tərəftar olma rolunu bir daha təsdiqləyir.
2025-ci ilin avqust ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,9 faiz azalaraq 6 milyard 18 milyon 863 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – avqust ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 4,8 faiz artaraq, 47 milyard 137 milyon 850 min dollar olub. “Bu ilin avqust ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz azalaraq 3 milyard 106 milyon 21 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
İƏT-nin Əmək Mərkəzinin iclası keçirilib İƏT-yə üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası keçirilib.İclas Əmək Mərkəzinin Baş Assembleyasının 2-ci sessiyasına hazırlıq və Mərkəzin fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyıb.Tədbirin açılış sessiyası salamlama və müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.