#Əhməd əş-Şəraa

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın prezidenti Əhməd Şəraa ilə görüş keçirib. Qeyd olunub ki, görüşlə bağlı məlumat Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri tərəfindən açıqlanıb. Bildirilib ki, tərəflər arasında müzakirə olunan məsələlərin detalları açıqlanmayıb.

İnqilabdan əvvəlki Suriyada müxalifətin böyük əksəriyyətinin Bəşər Əsəd və ondan əvvəl Hafiz Əsədlə ixtilafı təkcə məzhəb mənsubiyyətinə söykənmirdi. Baxmayaraq ki, məzhəb amili bir çox hadisələrdə mühüm faktor kimi önə çıxsa da, bu, yeganə və əsas amil deyildi. İxtilaf ilk növbədə siyasi xarakter daşıyırdı: idarəetmə forması, korrupsiya, azadlıqların boğulması və Suriya dövlətinin bir ailənin maraqlarına, habelə Suriyanı dövlətdən "meydana" çevirən xarici oxların ittifaqına girov edilməsi əsas səbəblər idi.

ABŞ administrasiyası 14 ildən sonra Suriyada diplomatik fəaliyyətini bərpa etməyə hazırlaşır. Fevralın 10-da göndərilən rəsmi bildirişdə planlaşdırma xərclərinin 15 gün ərzində başlanacağı göstərilsə də, səfirliyin nə vaxt tam fəaliyyətə başlayacağı və ABŞ diplomatlarının Dəməşqə daimi qayıdışının konkret vaxtı açıqlanmayıb.

Fərman ümumi qaydada xırda hüquqpozmaları və cinayətləri əhatə edir. Buraya narkotik maddələrlə bağlı bəzi hallar, qaçaqmalçılıq, maliyyə nəzarəti pozuntuları, qanunsuz valyuta əməliyyatları, subsidiyalı malların qanunsuz dövriyyəsi və istehlakçı hüquqlarının pozulması daxildir. Bəzi cinayətlər üzrə isə şərti amnistiya tətbiq olunur. Məsələn, adam oğurluğu hallarında zərərçəkənin könüllü şəkildə və zərər ödənilmədən azad edilməsi əsas şərt kimi göstərilir. Silahla bağlı cinayətlərdə isə üç ay müddətində silahın təhvil verilməsi tələb olunur.

BMT-nin Baş katibi Antonio Quterreşin təqdim etdiyi və Təşkilatın Terrorla Mübarizə Ofisi tərəfindən hazırlanmış hesabatda bildirilir ki, Suriyanın Prezidenti Əhməd əş-Şəraa, daxili işlər naziri Ənəs Həsən Xəttab və xarici işlər naziri Əsəd əş-Şeybani terrorçu İŞİD qruplaşması ilə əlaqələndirilən struktur tərəfindən hədəf seçilib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan yanvarın 29-da Rusiya Federasiyasına rəsmi səfər edəcək. Görüş zamanı Rusiya–BƏƏ əməkdaşlığının əsas istiqamətləri, o cümlədən iqtisadi, enerji və investisiya sahələrində qarşılıqlı əlaqələr, eləcə də Yaxın Şərqdəki mövcud vəziyyət və beynəlxalq gündəmdə duran digər məsələlər müzakirə olunacaq.

Rusiya Prezidenti Vladimir Putin ilə Suriya Prezidenti Əhməd əş-Şəraanın Moskvada görüşəcəyi rəsmən açıqlanıb. Açıqlamaya əsasən, görüş zamanı regiondakı siyasi və təhlükəsizlik məsələləri ilə yanaşı, Rusiya ilə Suriya arasında ikitərəfli münasibətlərin də gündəmdə olacağı qeyd olunub. Putin və Şəraa bundan əvvəl 15 oktyabr 2025-ci ildə Moskvada görüşmüşdülər. Həmin səfər Bəşşar Əsəd rejiminin 2024-cü ilin sonunda sona çatmasından sonra Əhməd Şəraanın Suriya Prezidenti kimi Rusiyaya etdiyi ilk rəsmi səfər idi.

Suriya hakimiyyəti ölkənin cənubunda druzların sıx yaşadığı Cəbəl əl-Ərəb (Süveyda) bölgəsinə nəzarəti bərpa etmək üçün ABŞ-la koordinasiyalı şəkildə hərəkət edir. Məlumata əsasən, hərbi məsələlərlə maraqlanan suriyalı rəsmi bildirib ki, Suriya hökuməti Prezident Əhməd əş-Şəraanın Süveyda vilayətinə nəzarəti bərpa etməsi istiqamətində atdığı addımların ABŞ tərəfindən koordinasiya edildiyi və dəstəkləndiyi qənaətindədir. Onun sözlərinə görə, Dəməşq hələlik Süveydaya yenidən daxil olmaqla bağlı yekun qərar verməyib və bu prosesin “tez ya gec, mümkün qədər dialoq və qarşılıqlı anlaşma yolu ilə” baş verəcəyi gözlənilir.

Suriya prezidenti Əhməd əş-Şəraa, İraq Baş naziri Məhəmməd Sudani və Kürdüstan Demokrat Partiyasının (KDP) lideri Məsud Barzani ilə telefon danışığı aparıb. Suriya Prezident Administrasiyasının yaydığı məlumata görə, Əhməd əş-Şəraa ilə Məsud Barzani arasında keçirilən telefon danışığında Suriyadakı son siyasi və təhlükəsizlik prosesləri, sabitliyin təmin edilməsi və kürdlərin hüquqlarının qorunması müzakirə edilib.

Suriya Prezidenti Əhməd əş-Şəraa, ölkədəki Kürdlərə yeni hüquqlar tanıyan qərarnamə təsdiqləyib. Qərarnamə ilə həmçinin Novruz bayramı rəsmi tətil elan olunub və uzun illər vətəndaşlıq hüququndan məhrum olan Kürdlərə Suriya vətəndaşlığı verilib. Beləliklə, Kürdlərin siyasi və mədəni hüquqları 1946-cı ildən bəri ən geniş çərçivədə tanınmış oldu.

Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri şahzadə Məhəmməd bin Salman Suriyanın prezidenti Əhməd əş-Şəraadan telefon zəngi alıb. Telefon danışığı zamanı tərəflər Səudiyyə Ərəbistanı ilə Suriya arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, bölgədə mövcud vəziyyət və qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı tərəflər regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb, dialoq və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Suriya Xarici İşlər naziri Əsəd Həsən Şeybani Rusiyanın uzun illər dəstək verdiyi Bəşşar Əsəd rejimini niyə tərk etdiyini ilk dəfə bütün detalları ilə açıqlayıb. Şeybaninin açıqlamasına görə, rejimə qarşı mübarizənin intensivləşdiyi dövrdə Suriya tərəfi Rusiyanın yüksək səviyyəli nümayəndəsi ilə görüşlərə başlayıb. Şeybani bu şəxsin sanki Vladimir Putinlə birbaşa danışırmış kimi təsir yaratdığını bildirib.