ABŞ Nümayəndələr Palatası Suriyaya tətbiq edilən “Sezar Aktı” sanksiyalarının ləğvini nəzərdə tutan qanunvericilik təşəbbüsünü təsdiqləyib. Sənəd qəbul ediləcəyi təqdirdə, 2019-cu ildə qüvvəyə minmiş və Suriya hökumətini müharibə cinayətlərinə görə hədəfləyən “Sezar Aktı” rəsmi olaraq ləğv ediləcək. Qanun layihəsi Ağ Evə Suriyanın yeni hökumətinin terrorizmlə mübarizə tədbirləri və dini-etnik qrupların hüquqlarının qorunması ilə bağlı dövri hesabat təqdim edilməsini də öhdəlik kimi müəyyən edir.
#Əhməd əş-Şəraa
Suriya xalqının illərlə davam edən azadlıq mübarizəsini simvolizə edən 8 Dekabr “Azadlıq Günü” Suriyada demokratik dəyişikliklərə, insan hüquqlarına və milli dirəniş iradəsinə həsr olunmuş gün kimi qeyd olunur. Bu gün Suriya cəmiyyətinin onilliklər boyu davam edən siyasi basqılara, azadlıqların məhdudlaşdırılmasına və ağır humanitar itkilərə baxmayaraq nümayiş etdirdiyi müqavimətin tarixi və simvolik ifadəsi hesab olunur.
Kanada hökuməti Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardığını açıqlayıb. Kanada Xarici İşlər Nazirliyi eyni zamanda Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşmasının da “terror təşkilatı” statusundan çıxarıldığını bildirib. HTŞ Əsədi devirməkdə mühüm rol oynamış koalisiyaya liderlik edən qurum idi.
Suriya Prezidenti Əhməd əş-Şəraa Hələbin Bəşşar Әsəd rejimindən azad edilməsinin birinci ildönümü münasibətilə şəhərdə keçirilən tədbirlərdə iştirak edib. Hələb 2011-ci ildə rejimə qarşı ayağa qalxan ilk Suriya şəhəri olmuşdu və ardınca digər bölgələr də etirazlara qoşulmuşdu. Bir il əvvəl — 29 noyabrda — Şəraa rəhbərliyindəki ittifaq qüvvələri Hələbi nəzarətə götürərək Suriyanın ikinci böyük şəhərində tam hakimiyyət qurmuşdu.
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı kongresmen Brian Mast uzun müddət əleyhinə çıxış etdiyi “Sezar Aktı” sanksiyalarının ləğvinə dəstək verdiyini bəyan edib. Mast qərar dəyişikliyini ABŞ və Suriya keçid rəhbərliyinin qarşılıqlı öhdəlikləri daxilində şərti şəkildə dəstəklədiyini bildirib.
İsrail Suriya ərazisindən olan druz icmasının 17 gənc nümayəndəsini fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə intensiv təlim proqramına qəbul etməyi planlaşdırır.
İsrailin Baş naziri Benyamin Netanyahu cümə axşamı bəyan edib ki, Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə “gələcək münasibətlər” Cənub-Qərbi Suriyada, işğal olunmuş Colan təpələrinə bitişik ərazidə silahsız zona yaradılması üzrə əməkdaşlıqdan asılı olacaq. Bu arada Suriya xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, hökumət İsraillə gərginliyin artmasının qarşısını almağa çalışır və ölkəsinin ərazisində davam edən İsrail pozuntularına diplomatik yolla cavab verməyə çalışır.
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti Əhməd əş-Şəraaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib. Məlumata görə, o, bazar ertəsi günü Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.
Suriyanın Prezidenti Əhməd Əş-Şəraa, Səudiyyə Ərəbistanının region üçün “böyük əhəmiyyətə” malik olduğunu bildirərək, Krallığı “Suriyanın dünyaya açılan açarı” adlandırıb. Əş-Şəraa bu fikirləri 29 oktyabr 2025-ci ildə Ər-Riyadda keçirilən 9-cu “Future Investment Initiative” (FII9) forumunun plenar iclasında səsləndirib. Tədbirdə Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Şahzadə Məhəmməd bin Salman da iştirak edib.
Suriya Prezidenti Əhməd əş-Şəraa Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Kremlin sarayında görüş keçirib. Rusiya Prezidenti Vladimir Putin görüş zamanı bildirib ki, Moskva ilə Dəməşq arasında münasibətlər Sovet dövründən bəri qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənir.
Suriya Prezidenti Əhməd əş-Şəra Rusiya Prezidenti Vladimir Putinlə Moskvada görüşəcək. Danışıqlarda regional və beynəlxalq məsələlər, həmçinin Dəməşq və Moskva arasında əməkdaşlıq imkanları müzakirə ediləcək. Şəraa səfər çərçivəsində Rusiyanın Tartusdakı dəniz bazasının və Hmeymimdəki hərbi hava bazasının gələcək statusunu da müzakirə edəcək.
Suriya Prezidenti Əhməd əş-Şəraa BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, ölkəsinin regionda “sülh və firavanlıq məkanı”na çevrildiyini bildirib və beynəlxalq ictimaiyyəti Dəməşqə qarşı bütün sanksiyaları ləğv etməyə çağırıb.