Tarix bu gün qlobal imperiyaların və rejimlərin süqutuna, xalqların müstəqillik uğrunda verdiyi qanlı qurbanlara və Yaxın Şərqin xəritəsini cıran fəlakətli işğallara şahidlik edib.
#Beyrut
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İranla bağlı irəli sürdüyü 2 həftəlik atəşkəs təşəbbüsünü dəstəklədiklərini bildirib. Netanyahu əlavə edib ki, İsrail tərəfi ABŞ-ın İranla bağlı hərbi əməliyyatları 2 həftəlik müddətə dayandırmasını yalnız Tehranın Hörmüz boğazını açması və atəşkəsə razı olması şərti ilə qəbul edir.
Livanın Baş naziri Nəvaf Salam paytaxt Beyrutda çıxışı zamanı ölkədə vəziyyətin “çox kritik” olduğunu bildirib. Nəvaf Salam eyni zamanda cənub bölgələrində qalan vətandaşlara təşəkkürünü bildirib, onların cəsarətini yüksək qiymətləndirərək dövlətin onları dəstəkləyəcəyini və bütün zəruri ehtiyacların qarşılanması üçün səylərin davam etdiriləcəyini vurğulayıb
İranın Lİvandakı səfirinin ölkədən çıxarılması məsələsi və onun Livan hökumətinin qərarına tabe olmaqdan imtina etməsi dövlətlərarası diplomatik münasibətlərdə bənzərinə az rast gəlinən hallardan biri hesab olunur. Lakin tarixdə buna bənzər hadisələr müəyyən dərəcədə baş verib: məsələn, 1983-cü ildə Livan və İran arasındakı diplomatik böhran, 1984 və 2011-ci illərdə Birləşmiş Krallıq ilə Liviya arasındakı gərginlik, habelə 2023-cü ildə Niger ilə Fransa arasındakı qarşıdurma.
Livan özünü növbəti dəfə çoxşaxəli bir çıxılmaz vəziyyətdə tapıb. Vətəndaşlarının əksəriyyətinin dili ilə desək, ölkə özünün seçmədiyi bir müharibəyə sürüklənib. Bu çıxılmaz vəziyyət, müxtəlif tayfa qruplarına öz müstəqil xarici siyasətlərini yürütmək, "öz ordularına" və paralel sosial institutlarına sahib olmaq hüququ verən daxili parçalanmanı daha da dərinləşdirir. Belə ki, hökumətdə təmsil olunan "Şiə İkiliyi" (Hizbullah və Amal), elə həmin hökumətin Xarici İşlər Nazirliyinin İran səfirinin akkreditasiyasını ləğv etmək barədə qərarını rədd edir.
Livan Prezidenti Cozef Aun ölkəsinin üzləşdiyi dağıdıcı hərbi münaqişə və regional gərginliklə bağlı strateji bəyanatla çıxış edib. Prezidentin bəyanatında rəsmi Beyrutun həm İsrailə, həm də ölkə daxilindəki hərbi amillərə yönəlmiş üç əsas mesajı yer alıb.
Livan, İranın Beyrut şəhərinə təyin etdiyi səfiri “arzuolunmaz şəxs” elan edərək, 29 Mart tarixinə qədər ölkədən çıxmasını tələb edib. Açıqlamada qeyd olunur ki, Şeybaninin akkreditasiya sənədləri ləğv edilib, “arzuolunmaz şəxs” statusu verilib və ölkə ərazisini tərk etməsi üçün ona 29 Mart tarixinə qədər vaxt verilib.
İsrail ordusu şənbə günü səhər saatlarında Beyruta yeni hücum dalğası başladaraq İran tərəfindən dəstəklənən "Hizbullah" qruplaşmasını hədəf aldığını bəyan edib. Livanın dövlət mediası isə ölkənin cənubunda da intensiv zərbələrin endirildiyini xəbər verir. Livan martın 2-də "Hizbullah"ın İranın ali rəhbəri Əli Xameneyinin öldürülməsinin qisasını almaq məqsədilə İsrailə raketlər atmasından sonra Yaxın Şərq müharibəsinə sürüklənib. İsrail ordusu həmin tarixdən etibarən Livanın müxtəlif bölgələrinə zərbələr endirir və ölkənin cənubuna quru qoşunları yeridib. Şənbə günü verilən qısa bəyanatda İsrail qüvvələrinin hazırda Beyrutda "Hizbullah" terror təşkilatının hədəflərini vurduğu bildirilib.
İsrailin müdafiə naziri İsrael Katz Hizbullahın hücumlarının davam edəcəyi təqdirdə Livanda hərbi əməliyyatların genişləndirilə biləcəyini bildirib. Nazir görüşdən sonra açıqlamasında Hizbullahın İsrail ərazisinə kütləvi raket zərbələri endirdiyini iddia edib. Onun sözlərinə görə, buna cavab olaraq İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahiye bölgəsi də daxil olmaqla ölkənin müxtəlif ərazilərində intensiv hücumlar həyata keçirib.
İsrailin Livanın müxtəlif bölgələrinə son 24 saat ərzində həyata keçirdiyi hava hücumları nəticəsində azı 39 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Məlumata əsasən, ölkənin şərqində yerləşən Nəbi Şit qəsəbəsinə həyata keçirilən 10 hava hücumu nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Cənubdakı Kalaviya qəsəbəsinə edilən hücum zamanı isə 2 nəfər həyatını itirib.
Livanın xarici işlər naziri Yusif Raci İranın xarici işlər naziri Abbas Əraqçinin Tehrana səfər dəvətini geri çevirib və görüşün üçüncü, neytral ölkədə keçirilməsini təklif edib. Nazir bildirib ki, İranla hər hansı yeni diplomatik təmas Livanın suverenliyinə hörmət, daxili işlərinə qarışmamaq və dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq prinsiplərə əməl olunması kimi əsas meyarlara dayanmalıdır.
Roma Papası XIV Leon cümə axşamı Türkiyə və Livana səfər edəcək. Səfərin məqsədi xristianlar arasında birliyin təşviqi və Yaxın Şərqdə gərginliklərin artdığı bir vaxtda sülh çağırışlarının gücləndirilməsidir.