Hizbullah Livanın cənubunda “Azadlıq və Müqavimət Günü”nü qeyd edərək İsrailin sərhəd boyunca mövqelərini tənqid edib və növbəti “azadlıq” vədini verib. 2000-ci ildən fərqli olaraq, hazırda Livanın cənubu aktiv müharibə zonasıdır, İsrail bir sıra kəndləri nəzarətdə saxlayır, cavab zərbələri isə Sur və Nəbatiyə şəhərlərinə yönəlib. Hizbullah partlayıcı dronlardan istifadə edərək döyüş meydanında üstünlük qazanacağını bildirir, eyni zamanda İranın Livandakı təsir imkanlarını vurğulayır və hökuməti ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir. Bu vəziyyət ölkədə siyasi parçalanmanı artırır və baş katib Naim Qasim hökumətin silahsızlaşdırma qərarına qarşı etirazlar və potensial hökumət devrilməsi ehtimalına işarə edib.
#Beyrut
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Baş nazir Benyamin Netanyahuya ABŞ Prezidenti Donald Trampa Livanla bağlı müharibəyə geri dönəcəklərini bildirməsini tövsiyə edib. Ben-Qvir, sosial media platformasında yaydığı açıqlamada Hizbullahın partlayıcı yüklü pilotsuz uçuş aparatlarının normal qəbul edilməməsi və Beyrutda yeni hərbi əməliyyatların başlama zərurəti barədə fikirlərini açıqlayıb.
Livanın Baş naziri Nəvaf Salam 2024-cü ildə əl-Əsəd rejiminin devrilməsindən sonra ikinci rəsmi səfərini Suriyanın paytaxtına həyata keçirib. Səfər həm Livan, həm də Suriyada İsrailin davam edən hücumları və ərazilərin işğalı fonunda baş tutub.
Livan ordusu Almaniya ilə yeni əməkdaşlıq sazişi imzalayıb. Razılaşma Livan ordusunun komandanı Rudolf Heykal və Almaniyanın Livandakı səfir müavini Yasmin Raya arasında keçirilən görüş zamanı rəsmiləşdirilib. General Heykal Almaniyanın Livan ordusuna göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib. Tərəflər təhlükəsizlik və hərbi əməkdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.
Avropa İttifaqının böhranların idarə olunması üzrə komissarı Hadja Lahbib Livan əhalisinin yarıdan çoxunun humanitar yardımdan asılı vəziyyətdə olduğunu bildirib.Beyrutda Livan Prezidenti Josef Aun ilə görüşdən sonra danışan Aİ rəsmisi qeyd edib ki, martın 2-dən başlayan müharibə dövründə Avropa İttifaqı Livana 100 milyon avro yardım ayırıb və humanitar yüklərlə altı təyyarə göndərib. Yeddinci yardım təyyarəsinin isə yaxın günlərdə ölkəyə çatacağı gözlənilir.
İsrail ordusu Livanın bir sıra yaşayış məntəqələrinin sakinlərinə dərhal evlərini tərk etmələri ilə bağlı göstəriş verib. Çağırış Livanın ən-Namriyə, Teyr Filisiya, Hallusiyə, Yuxarı Hallusiyə, Turə və Maraka bölgələrini əhatə edir. İsrail ordusunun ərəb dilli nümayəndəsi Aviçay Adrai sosial şəbəkə üzərindən yayımladığı müraciətdə sakinlərin gecikmədən təxliyə olunmalı olduğunu bildirib.
Livan Prezidenti Cozef Aun İsrailin baş naziri Binyamin Netanyahu ilə mümkün görüşdən imtina edib. Livan tərəfi belə bir görüşün ölkədə aparılan sabitlik səylərinə mənfi təsir göstərə biləcəyini əsas gətirib. Bildirilib ki, Beyrut bu mövqeyini ABŞ tərəfinə çatdırıb və Vaşinqtonun da bu yanaşmanı müsbət qarşıladığı qeyd olunur.
İsrail ordusu çərşənbə günü atəşkəs razılaşmasından sonra ilk dəfə Livanın paytaxtı Beyrutu hədəf alıb. İsrail tərəfi zərbənin, Hizbullahın elit “Radvan” bölməsinin komandirlərindən birini hədəf aldığını açıqlayıb. Hücum Beyrutun cənub ətrafında həyata keçirilib. İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanatda əməliyyatı təsdiqləyib. İsrail mediası hədəf alınan şəxsin öldürüldüyünü yazsa da, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
İsrailin Beyrut və digər bölgələrə müharibənin başlanğıcından bəri ən şiddətli hücumu — bir neçə dəqiqə ərzində yüz hava zərbəsi endirməsi ilə əsas sual artıq Livanın "İran atəşkəsinə" daxil olub-olmaması deyil. Əsas sual budur: Niyə İsrail, Pakistanın vasitəçiliyi ilə əldə olunan bu atəşkəsə sadiq olmadığını günün günorta çağı, heç bir xəbərdarlıq etmədən 100-dən çox ölü və 800-dən çox yaralı ilə nəticələnən bir qırğın törədərək nümayiş etdirdi?
İran Prezidenti Məsud Pezeşkian İsrailin Livan ərazisinə hücumlarının atəşkəs razılaşmasını pozduğunu bəyan edib. Qeyd olunub ki, İran rəhbərliyi İsrailin son hərbi əməliyyatlarını tənqid edərək bunun əldə olunmuş müvəqqəti atəşkəsə zidd olduğunu vurğulayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu İran ilə ABŞ arasında əldə olunan müvəqqəti atəşkəsə baxmayaraq, Livan ərazisinə hücumların davam etdiriləcəyini bildirib. O vurğulayıb ki, İsrail Hizbullah hədəflərinə qarşı əməliyyatları davam etdirəcək və “zəruri olan hər yerdə zərbələr endiriləcək”.
Livanın səhiyyə naziri İsrail ordusunun ötən gün ölkə ərazisinə endirdiyi genişmiqyaslı hava zərbələrinin ağır nəticələrinə dair yenilənmiş məlumatları açıqlayıb. Rəsmi rəqəmlər itkilərin kəskin şəkildə artdığını təsdiqləyir.