İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni Ejei ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı bəyanatlarına kəskin reaksiya verib. Ejei sosial media hesabından etdiyi açıqlamada Amerika ordusunun bu stratejik su yoluna yaxınlaşmağa cəsarət edə bilməyəcəyini iddia edib. O İran ordusunun bölgədəki varlığını yüksək qiymətləndirərək dünən boğazda qayda pozuntusuna yol verən üç gəmiyə qarşı hüquqi tədbirlərin görüldüyünü bildirib.
#İran–ABŞ danışıqları
Amerika Birləşmiş Ştatları ilə İran arasında elan edilən müddətsiz atəşkəsə baxmayaraq Hörmüz boğazında strateji gərginlik yüksək həddə qalmaqda davam edir. ABŞ Prezidenti Donald Tramp özünə məxsus sosial media platforması vasitəsilə mühüm bəyanat yayaraq Amerika Hərbi Dəniz Qüvvələrinə boğazda dəniz minaları yerləşdirməyə cəhd edən hər hansı qayığın dərhal vurulub məhv edilməsi barədə əmr verdiyini açıqlayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehran rəhbərliyinin Amerika Birləşmiş Ştatları ilə keçirilməsi planlaşdırılan ikinci raund danışıqlara qatılmaq üçün hələlik qəti bir qərar qəbul etmədiyini açıqlayıb. Bəqayi mövzu ilə bağlı verdiyi bəyanatda hazırda müzakirə mərhələsinin davam etdiyini vurğulayıb.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp New York Post qəzetinə verdiyi geniş müsahibədə İranla davam edən diplomatik təmaslarda çox yaxın zamanda mühüm irəliləyişin qeydə alınacağını bəyan edib. Ağ Ev rəhbəri tərəflər arasındakı danışıqlarda növbəti otuz altı və ya yetmiş iki saat ərzində ciddi bir sıçrayışın baş verməsinin tamamilə mümkün olduğunu diqqətə çatdırıb.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan pakistanlı həmkarı Muhammad İshaq Dar ilə telefon görüşməsi keçirib. Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə danışıq zamanı Amerika Birləşmiş Ştatları və İran arasındakı müzakirələrdə gəlinən son nöqtə ətraflı şəkildə nəzərdən keçirilib.
İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü bu gün keçirdiyi mətbuat konfransında ABŞ ilə aparılan danışıqlar prosesi və ölkə limanlarının mühasirəsi barədə sərt bəyanatlarla çıxış edib. Nazirlik rəsmisi Tehranın danışıqlarda ciddi və xoş məramla iştirak etdiyini lakin Vaşinqtonun bu müddətdə yalnız etinasızlıq və bəd niyyət nümayiş etdirdiyini vurğulayıb.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp özünə məxsus Truth Social platformasında etdiyi paylaşımda İranla bağlı son qərarını açıqlayıb. Ağ Ev rəhbəri bu gün başa çatmalı olan müvəqqəti atəşkəs rejimini Pakistan tərəfinin xahişini nəzərə alaraq uzatdığını bildirib.
İranın BMT-dəki nümayəndəsi ABŞ-la münasibətlər və mümkün danışıqlar barədə açıqlama verib. Səfir vurğulayıb ki, İran istənilən ssenariyə hazırdır və ölkə hərbi eskalasiyanın təşəbbüskarı olmayıb. O qeyd edib ki, siyasi həll yolu seçilərsə, Tehran danışıqlara açıqdır, lakin hərbi qarşıdurma halında da cavab verməyə hazırdır.
İslamabadda keçiriləcəyi bildirilən lakin dəqiq vaxtı hələlik məlum olmayan ikinci raund danışıqlar ərəfəsində Vaşinqtonda gərgin saatlar yaşanır. ABŞ mediasında yayılan və Ağ Ev rəsmilərinə istinad edilən xəbərlərə görə vitse prezident Cey Di Vens bu səhər Prezident Donald Trampın rəhbərliyi ilə keçirilən siyasi toplantıda iştirak edib.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin beynəlxalq arenada üzləşdiyi hərbi siyasi təzyiqlər və daxili çətinliklər barədə xalqa mühüm müraciət ünvanlayıb. Dövlət başçısı Tehranın dəyişən xarici mühiti və gələcək risklər barədə danışarkən İranın hazırda çoxşaxəli təhdidlərlə mübarizə apardığını qeyd edib.
İran Xarici İşlər Nazirliyi İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar prosesi həmçinin ölkəyə tətbiq edilən dəniz blokadası və Vaşinqtonun son diplomatik addımları barədə rəsmi bəyanat yayıb. Nazirliyin bəyanatında Tehranın hazırkı mövqeyini əks etdirən bir neçə fundamental məqam xüsusi yer alıb. Rəsmi Tehran Pakistan danışıqlarında iştirak məsələsinə toxunaraq bildirib ki bu barədə hələlik yekun qərar verilməyib. Nazirlik mövqe tam müəyyənləşdikdən sonra ictimaiyyətə aydın məlumat veriləcəyini vurğulayıb və hazırda mediada çox sayda yalan xəbərlərin dolaşdığını qeyd edib.
Pakistan hökumətinin adı açıklanmayan yüksək rütbəli rəsmiləri, paytaxt İslamabadda ABŞ və İran arasında keçirilməsi planlaşdırılan ikinci raund nüvə danışıqları öncəsi pərdəarxası məqamları açıqlayıblar. Verilən məlumata görə, Vaşinqton administrasiyası İranın nüvə proqramının dondurulması (moratoryum) ilə bağlı ilkin tələblərində müəyyən güzəştlərə getməyə "şərtli olaraq" razıdır.