Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb

    17 İyul 2026 17:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) beynəlxalq səviyyədə daha bir mühüm uğura imza atıb.

    Dövlət Xidməti Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nüfuzlu “Global Business Magazine” tərəfindən təşkil edilən müsabiqədə “Smart irs sistemləri: Rəqəmsallaşdırma və məlumatlara əsaslanan mühafizədə mükəmməlik – Azərbaycan 2026” (Smart Heritage Systems: Excellence in Digitalization and Data-Driven Preservation Azerbaijan 2026) beynəlxalq mükafatına layiq görülüb.

    Mükafat Dövlət Xidməti tərəfindən mədəni irsin qorunması, bərpası, konservasiyası və idarə olunması sahəsində rəqəmsal texnologiyaların tətbiqi, məlumatlara əsaslanan idarəetmə mexanizmlərinin formalaşdırılması, tarixi abidələrin rəqəmsallaşdırılması, vahid məlumat bazalarının yaradılması və innovativ həllərin uğurla tətbiqinə görə təqdim olunub.

    Mükafatın təqdim edilməsində əsas meyarlardan biri kimi, Dövlət Xidməti tərəfindən vətəndaşyönümlü xidmət modelinin formalaşdırılması, 6 istiqamət üzrə rəqəmsallaşdırılmış xidmətlərin “bir pəncərə” prinsipi əsasında təqdim edilməsi, müraciətlərin operativ, şəffaf və səmərəli şəkildə qəbulunun və icrasının təmin olunması qeyd olunub. Eyni zamanda, vətəndaşların “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə etməsi, müraciətlərinin icra vəziyyətini real vaxt rejimində izləyə bilməsi və xidmətlərə rəqəmsal mühitdə əlçatanlığının təmin edilməsi vətəndaş məmnunluğunu yüksəldən, şəffaflığı artıran və ictimai iştirakçılığı təşviq edən uğurlu idarəetmə modeli kimi qiymətləndirilib.

    Bu beynəlxalq mükafat Dövlət Xidmətinin mədəni irsin qorunması və idarə olunması sahəsində tətbiq edilən innovativ yanaşmaların, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələrin və vətəndaşyönümlü xidmət modelinin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilməsinin növbəti göstəricisidir.

    Qeyd edək ki, “Global Business Magazine” tərəfindən təşkil olunan müsabiqələrdə Türkiyə, İtaliya, Fransa, Almaniya, Avstraliya, Misir, Yaponiya, İndoneziya, Sinqapur, Hindistan, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən müxtəlif dövlət qurumları və özəl təşkilatlar fərqlənərək mükafata layiq görülüblər.

    Cari il ərzində Dövlət Xidmətinin qazandığı beynəlxalq mükafatlar mədəni irsin qorunması və idarə olunması sahəsində həyata keçirilən məqsədyönlü fəaliyyətin, müasir idarəetmə yanaşmalarının və rəqəmsal inkişaf istiqamətində görülən işlərin beynəlxalq müstəvidə rəğbətlə qarşılandığını təsdiqləyir.

    Mənbə: https://globalbizmag.com/global-business-magazine-winners-2026/

    #Mədəniyyət Nazirliyi #mədəni irs #elektron xidmətlər #Tarixi Abidələr #Mədəni İrsin Qorunması #İnkişafı və Bərpası üzrə Dövlət Xidməti #rəqəmsallaşdırma #beynəlxalq mükafat #bir pəncərə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

    3 Avqust 2026 18:32

    İsrailin Cənubi Livandakı dağıntıları ciddi narahatlıq doğurur - BMT

    1 Avqust 2026 21:35

    XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

    29 İyul 2026 21:51

    Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

    27 İyul 2026 22:53

    Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    27 İyul 2026 21:55

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Şuşada “Sözün həsrəti–Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

    19 İyul 2026 21:24

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

    17 İyul 2026 17:37

    Azərbaycan və Gürcüstan mədəni əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

    9 İyul 2026 17:51

    İraqın "husa" ənənəsi nədir? Qədim folklor irsi bu gün də yaşadılır

    4 İyul 2026 06:00

    Rusiyanın hücumu Kiyevdə bir ailənin illərlə topladığı mədəni irsi məhv edib

    3 İyul 2026 21:50

    “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər

    3 İyul 2026 20:43
    XƏBƏR LENTİ

    Kərim Benzema karyerasını başa vurmağa hazırlaşır

    "Arabian Drilling"dən 800 milyon dollarlıq saziş: 11 qazma qurğusu işə düşür

    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəldi

    Suriya: Süveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb

    Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb

    İran ŞƏT Parlament Assambleyasının yaradılmasını təklif edir – Pezeşkian

    İyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 58 milyard dolları keçib (ÖZƏL)

    İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

    Suriyada Əsəd rejiminin iki generalı müharibə cinayətləri ittihamı ilə saxlanılıb

    Bişkekdə Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.