Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Suriya
    Suriya

    Suriyanın qərbində meşə yanğınları baş verib

    4 İyul 2025 20:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriyanın qərbində meşə yanğınları baş verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Suriyanın qərbindəki bir neçə vilayətdə meşə yanğınları baş verib.

    AzerVoice xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar və Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə naziri Rayed əs-Saleh məlumat verib.

    Bildiirlib ki, güclü külək və havanın istiləşməsi səbəbindən yanğın yayılmağa davam edir.

    "Latakiya vilayətində meşə yanğınları getdikcə daha geniş ərazini əhatə edir. Biz artıq oraya bir neçə əlavə yanğınsöndürmə briqadası göndərmişik" – deyə, o bildirib.

    Nazir həmçinin, yanğının yayıldığı ərazilərin dağlıq ərazilərdə yerləşməsi səbəbindən söndürmə prosesinin çətinləşdiyini qeyd edib.

    Suriya vətəndaş müdafiəsi qüvvələri isə bildirib ki, Latakiya vilayətindəki yanğınların yayılmasına su mənbələrinin yanğın ocaqlarından uzaq olması və silahlı münaqişələrdən sonra vilayətdə qalmış hərbi sursatların partlaması səbəb olur. Xilasetmə işçilərinin qiymətləndirmələrinə görə, yanğın artıq Latakiyadakı meşələrə, kənd təsərrüfatı torpaqlarına və meyvə bağlarına ciddi ziyan vurub, amma hələ də alovu söndürmək mümkün olmayıb.

    Suriya Vətəndaş Müdafiəsi yanğınların ölkənin paytaxtı Dəməşqdə, prezident sarayına yaxın ərazidə də başladığını bildirib. Hazırda yanğın söndürülüb, hadisə nəticəsində itkilər barədə məlumat verilməyib.

    Yanğının səbəbi ilə bağlı araşdırmalar aparılır.

    #yanğın #Suriya #meşə yanğınları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraq Kürdüstan Regionunun Prezidenti Dəməşqdə Əhməd əş-Şəra ilə görüşüb

    3 Avqust 2026 18:54

    Suriyanın şimal-şərqində aşirət səfərbərliyi gərginliyi artırır

    30 İyul 2026 20:25

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    28 İyul 2026 21:28

    Türkiyə Fransaya yardım göndərdi - Makron türkcə təşəkkür etdi

    28 İyul 2026 13:14

    Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

    28 İyul 2026 10:09

    İsrail ordusu iki vətəndaşın qanunsuz şəkildə Suriya ərazisinə keçdiyini açıqlayıb

    27 İyul 2026 19:39

    İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik, Livana hərbi müdaxilə planımız yoxdur - Əhməd əş-Şəraa

    26 İyul 2026 14:36

    Fransada meşə yanğınları - 197 mindən çox insan təxliyə edilib

    25 İyul 2026 19:56

    BMT Baş katibi Antonio Quterreş Colan təpələrinə səfər edəcək

    25 İyul 2026 18:36

    İsrailin Suradakı əməliyyatları regionun təhlükəsizliyinə təhdiddir - Şeybani

    25 İyul 2026 16:20

    Kanadada meşə yanğınlarının genişlənməsinə nə səbəb olub?

    24 İyul 2026 21:40

    Suriyada ümidsizlik “İŞİD”-in yeganə ümididir

    23 İyul 2026 18:06
    XƏBƏR LENTİ

    Cinayətkarların artmasına sosial media necə təsir edir?

    Bu gün Corc Vaşinqton Ustad Mason titulunu qəbul etdi

    Tarixdə bu gün – 4 Avqust

    İranın Hörmüz boğazından keçidə görə ödəniş almasına icazə verməyəcəyik - Tramp

    İran üçün son şans yetişib - Tramp

    Ərəb Liqası İsraili Qəzzada atəşkəs prosesini pozmağa cəhddə ittiham edib

    Son 24 saatda Hörmüz boğazında daha doqquz kommersiya gəmisi marşrutunu dəyişib - CENTCOM

    Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir

    Oman İranla dünya adından danışıqlar aparır

    İsrail ordusu Qəzzadakı əməliyyatın nəticələrini açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.