Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İraq
    İraq

    İraq Kürdüstan Regionunun Prezidenti Dəməşqdə Əhməd əş-Şəra ilə görüşüb

    3 Avqust 2026 18:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İraq Kürdüstan Regionunun Prezidenti Dəməşqdə Əhməd əş-Şəra ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    İraq Kürdüstan Regionunun Prezidenti Neçirvan Bərzani Suriyaya səfəri çərçivəsində Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şəra ilə görüş keçirib.

    VOA xəbər verir ki, bu, Bərzaninin Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriyaya ilk səfəridir.

    Suriyanın rəsmi SANA agentliyinin məlumatına görə, görüş Dəməşqdəki Xalq Sarayında baş tutub. Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani də iştirak edib.

    Suriya Prezident Administrasiyasının yaydığı məlumata əsasən, tərəflər ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi yollarını, xüsusilə iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

    Görüşdə həmçinin regiondakı son vəziyyət, qarşılıqlı maraq doğuran digər məsələlər, təhlükəsizlik sahəsində əməkdaşlıq və dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, Neçirvan Bərzani və Əhməd əş-Şəra ilk dəfə 2025-ci il aprelin 11-də Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər. Onlar daha sonra 2026-cı il aprelin 17-də forumun beşinci buraxılışı zamanı yenidən bir araya gəliblər.

    #Suriya #Dəməşq #Yaxın Şərq #Neçirvan Bərzani #Əhməd əş-Şəra #İraq Kürdüstan Regionu #SANA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampın müharibə ilə bağlı strategiyası ABŞ Konqresində tənqid olunur

    3 Avqust 2026 19:21

    Çin müstəqil Fələstin dövlətinə dəstəyini bir daha təsdiqləyib

    3 Avqust 2026 19:19

    Oman Hörmüz boğazında gərginliyin azaldılması üçün səylərini davam etdirir

    3 Avqust 2026 19:16

    HƏMAS vasitəçilərdən İsraili tam atəşkəsə məcbur etməyi tələb edib

    3 Avqust 2026 19:06

    Ölənlərin sayı 73 375-ə çatıb - Qəzza Səhiyyə Nazirliyi

    3 Avqust 2026 19:00

    Livan və İsrail sülh prosesi üzrə ortaq razılığa gəlməlidir - ABŞ səfiri

    3 Avqust 2026 18:57

    İsrail ehtiyatda olan hərbçilərin səfərbərliyini daha iki ay uzadıb

    3 Avqust 2026 18:50

    İsraillə razılaşmaya baxmayaraq vəziyyət gözləntiləri doğrultmur - Livan naziri

    3 Avqust 2026 18:46

    Torpağımızın hər qarışı bizim haqqımızdır - Rudolf Heykal

    1 Avqust 2026 22:19

    İsrailin Cənubi Livandakı dağıntıları ciddi narahatlıq doğurur - BMT

    1 Avqust 2026 21:35

    ABŞ Yaxın Şərq üzrə səyahət xəbərdarlığını yeniləyib

    1 Avqust 2026 20:56

    İsrail ordusu Cənubi Livanda "Hizbullah" üzvlərinin öldürüldüyünü iddia edib

    1 Avqust 2026 20:53
    XƏBƏR LENTİ

    Altı Səudiyyə neft tankeri Ədən körfəzində marşrutunu dəyişib

    ABŞ raket əleyhinə sistemlərin istehsalını artırmaq üçün yeni saziş imzalayıb

    Trampın müharibə ilə bağlı strategiyası ABŞ Konqresində tənqid olunur

    Çin müstəqil Fələstin dövlətinə dəstəyini bir daha təsdiqləyib

    Oman Hörmüz boğazında gərginliyin azaldılması üçün səylərini davam etdirir

    HƏMAS vasitəçilərdən İsraili tam atəşkəsə məcbur etməyi tələb edib

    İran hazırda Hörmüz boğazından keçən gəmilərə nəzarət edir

    Ölənlərin sayı 73 375-ə çatıb - Qəzza Səhiyyə Nazirliyi

    Livan və İsrail sülh prosesi üzrə ortaq razılığa gəlməlidir - ABŞ səfiri

    İraq Kürdüstan Regionunun Prezidenti Dəməşqdə Əhməd əş-Şəra ilə görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.