BAKI,VOA,Yusif Şərifzadə
İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh bölgəsində həyata keçirilən əməliyyat zamanı "Fələstin İslami Cihadı" hərəkatının komandiri olduğunu bildirdiyi Mahmud Fətairin öldürüldüyünü açıqlayıb.
VOA xəbər verir ki, İsrail ordusunun yaydığı bəyanatda Mahmud Fətairin həftəsonu keçirilən əməliyyat zamanı zərərsizləşdirildiyi iddia olunur.
Ordunun açıqlamasında heç bir sübut təqdim edilmədən Fətairin 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə daxil olduğu və həmin hücumlarda iştirak etdiyi irəli sürülüb.
İsrail tərəfi həmçinin onu israilli vətəndaş Rom Braslavskinin girov saxlanılmasında iştirak etməkdə ittiham edib.
İsrail ordusu bu iddiaları təsdiqləyən hər hansı sübut və ya əlavə məlumat təqdim etməyib.