BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etməsinə imkan verməyəcək.
VOA xəbər verir ki, Tramp jurnalistlərin İranın Hörmüz boğazında gəmiçiliyin tam bərpasına razı olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən bu mövqeyi səsləndirib.
ABŞ Prezidenti bildirib ki, Hörmüz boğazından keçid azad olmalıdır və İranın bu marşrutdan istifadə edən gəmilərdən ödəniş almasına yol verilməyəcək.
Tramp iddia edib ki, bölgəyə tam nəzarət ABŞ tərəfindədir və əgər hər hansı ödəniş tətbiq olunacaqsa, bunu yalnız ABŞ edə bilər.
O, həmçinin ABŞ-ın bölgədə blokada tətbiq etdiyini iddia edərək, keçid üçün hər hansı ödəniş məsələsinin gündəmdə olmadığını vurğulayıb.
İran tərəfi isə daha əvvəl Hörmüz boğazı ilə bağlı danışıqların davam etdiyini, lakin ABŞ-la birbaşa təmasların aparılmadığını bildirmişdi.