BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiyini iddia edərək, Tehranın "yaxşı sənədi" imzalamaq üçün son imkanla üz-üzə olduğunu bildirib.
VOA xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
ABŞ Prezidenti iddia edib ki, hazırda İranın təşəbbüsü ilə danışıqlar aparılır və bu prosesə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və xüsusilə Qətər dəstək verir.
Trampın sözlərinə görə, bir sıra digər ölkələr də bu istiqamətdə təşəbbüslərlə çıxış ediblər.
O bildirib ki, əgər razılıq əldə olunmasa, bu, İran üçün "yaxşı sənədi" imzalamaq baxımından son imkan olacaq.İran
Qeyd edək ki, İran rəsmiləri daha əvvəl Vaşinqtonla birbaşa danışıqlar aparılmadığını bəyan etmişdilər.