Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İslam və həyat: Şəriət, tarix, əxlaq / İslam və həyat: Şəriət sualları
    İslam və həyat: Şəriət sualları

    Cinlər insanlarla necə əlaqə qurur? Şeytanın aldatma yolları

    26 Aprel 2026 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Cinlər insanlarla necə əlaqə qurur? Şeytanın aldatma yolları
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Şeytanın insanı aldatmaq yolları çox müxtəlifdir. O, hər bir insana öz mizacına (xarakterinə) görə ayrı-ayrı yollarla yanaşır. Alimləri, şeyxləri, abidləri, cinbazları və digər müsəlmanları — hamısını öz xarakterlərinə uyğun olan, onları aldada biləcəyi yollarla tovlayır. (Bu mövzuda "Təlbi-i İblis" adlı kitabda geniş izahat verilmişdir). Cahilləri çox asanlıqla ovlayır, çox zəhmət çəkmədən istəyinə nail olur. Lakin elm sahiblərini asanlıqla aldada bilmir; onlara yaxınlaşdıqda isə əvvəlcə ağlın və İslamın qəbul etdiyi yollarla gəlir. Bu da bir həqiqətdir ki, şeytan heç kəsə zorla bir şey etdirə bilməz. Şeytanın Allahın saleh bəndələri üzərində heç bir hakimiyyəti yoxdur.

    Böyüklərdən biri bir gün şeytanı görür və ondan: "Mərufi-Kərxi ilə aran necədir?" — deyə soruşur. Şeytan belə cavab verir: "Mənim onun qəlbinə verdiyim vəsvəsə bu misala bənzəyir: bir nəfər dənizə bevl edir (sidiyə çıxır). Ondan 'nə edirsən?' deyə soruşduqda, 'dənizi kirlədirəm' deyir". Bəli, Allahın ixlaslı bəndələri də belədir (yəni şeytanın onlara zərər verməsi dənizi kirlətmək qədər qeyri-mümkündür).

    İndi isə əsas mövzumuza gələk: Cinlər kahin və sehirbazlarla necə dostluq edir? Cinlərlə əlaqə qurmuş, onlarla dost olmuş bir cinbaz bu işi aşağıdakı yollarla həyata keçirir: Cinlərlə görüşüb onlardan yardım almaq, onlara bəzi işlər gördürmək, məchul keçmişlə və ya hazırda baş verənlərlə bağlı xəbər almaq istəyən insan iki cürdür:

    Cahil və axmaqdır: Bu, tam şeytanın axtardığı adamdır. Çünki cahil olması səbəbi ilə şeytan onun vasitəsilə başqalarını da küfrə aparacaq. Bu cahil insan öz başına, İslami ölçülərdən kənar zahidlik etməyə başlayır; təkbaşına xəlvətə (guşənişinliyə) çəkilib az yemək, az yatmaq və bəzi zikrlərlə məşğul olur. Bu vaxt ona bəzi kəşflər (qeybdən gələn görüntülər) baş verir və yuxusunda bəzi şeylər xəbər verilir. Bir də görür ki, bir gecə otaq bəmbəyaz bir nurla dolur və nurani görünüşlü bir adam peyda olur. Cinbazların əksəriyyəti bu şeytanı "ruhani" deyə tərif edir. Gələn bu şeytan həmin cahilə xitabən: "Ey Allahın dostu! Sənin zikr və ibadətlərinə görə gəldim və bundan sonra sənin əmrindəyəm" — deyir. Hətta bəziləri bu şeytanı "mələk" adlandırırlar. Şeytan bu cinbazı mizacına görə, bəzilərini bilərəkdən, bəzilərini isə bunun küfr olduğunu bilmədən küfrə salır. Yavaş-yavaş onu məşhurlaşdırır və onun vasitəsilə insanları yoldan çıxarır.

    Ağıllı və elmlidir: Cinlərlə görüşüb onlarla dostluq etmək istəyən şəxs ağıllı və elmlidirsə, cinlər ya ona heç gəlmir, ya da gəlsələr belə, ona təsir edə bilmirlər. Əgər belə olarsa, bir daha ona gəlməzlər.

    Cinlərlə dostluq quran insan, əslində, özü çox yalançı və günahkardır. Elə yalançılığı, günahkar olması və Allahdan qafil yaşaması onun cinlərlə dost olmasına səbəb olmuşdur. Qurani-Kərim bunu açıq şəkildə bəyan edir:

    "Şeytanların kimlərin üzərinə nazil olduğunu sizə xəbər verimmi? Şeytanlar, iftira və yalana cürət edənlər, qulaqlarını şeytana tutan və şeytandan bir sıra xəbərlər alaraq xalq arasında yayanların üzərinə nazil olarlar. Bunların əksəriyyəti yalançıdır." (Şuəra surəsi, 221-223)

    " Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar." (Zuxruf surəsi, 36)

    Fəxri Razinin bəyanına görə, şeytanın insana yaxın olmasının səbəbi insanın Qurani-Kərimdən üz çevirməsidir. Bu halda, Qurandan üz çevirməyən kimsəyə şeytan fürsət tapdıqca yaxınlaşsa da (vəsvəsədən xali olmasa da), bu yaxınlıq daimi olmaz. Yenə başqa bir ayədə Allahu-Təala belə buyurur:

    " Üstündə Allahın adı çəkilməmiş (– “bismilləh” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız. (Ənam surəsi, 121)

    Xülasə, cinbaz İslami ölçülərdən kənar xəlvət və riyazətlə bəzi kəlmələri təkrar edərək şeytanla dost olur. Şeytan ona etdirəcəklərini etdirdikdən sonra "mən səndən uzağam" deyir. Allahu-Təalanın Qurani-Kərimdə xəbər verdiyi kimi, yəhudiləri aldadan münafiqlərin vəziyyəti də şeytanın vəziyyətinə bənzəyir: o, insana "inkar et" dedi, insan inkar edincə isə: "Mən səndən uzağam, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram" deyəcək. Allah bizi şeytanın hiylələrindən qorusun. Amin.

    Yenə Allahu-Təala cəhənnəm əhli ilə şeytan arasında baş verən hadisəni belə nəql edir:

    " İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır." (İbrahim surəsi, 22)

    #Yuxuda şeytan görmək necə yozulur? #Şeytanın cinsiyyəti #İslamda şeytan #Mələk və şeytan fərqi #Şeytan və insan əlaqəsi #Quran və şeytan anlayışı #Şeytan sifəti sindromu #Şeytan #şeytani əməl #Cinlər insanlarla necə əlaqə qurur? #Şeytanın aldatma yolları #Şeytanın hiylələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehranın Böyük Şeytanla imzaladığı müqavilənin detalları – İran kimə və necə xəyanət etdi?

    15 İyun 2026 11:56

    Z nəsli üçün Cübran: Şeytan əsərinin analizi

    22 Mart 2026 10:54

    İblisin cinsiyyəti barədə iddialar - fakta əsaslanan cavab

    29 Noyabr 2025 15:36

    Yuxuda şeytan görmək necə yozulur?

    15 Noyabr 2025 08:00

    Züha surəsi nədən bəhs edir?

    10 Noyabr 2025 06:14

    Adəmoğulları arasında bütpərəstlik nə vaxt və necə başladı?

    5 Oktyabr 2025 20:20

    Magiya nədir ?

    4 Oktyabr 2025 11:00

    Adiyat surəsi nədən bəhs edir?

    2 Sentyabr 2025 16:19

    Azazel Nədir?

    30 Avqust 2025 14:28

    Cinlər və İnsanlar: Həqiqi Üstünlük Kimdədir?

    31 İyul 2025 14:06

    Zümər suriəsi nədən bəhs edir?

    28 İyun 2025 10:07

    "Cin" sözünün ərəbcə mənşəyi və mənaları

    27 İyun 2025 18:12
    XƏBƏR LENTİ

    May ayında Türkiyənin tekstil məhsulları ixracı azalıb (ÖZƏL)

    Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

    Tom's Hardware ekspertləri RTX 5090 qrafik kartlı qabaqcıl Razer Blade 18 (2026) oyun noutbukunu sınaqdan keçirdilər

    ABŞ-İran razılaşmasından sonra Tehran Ankaraya təşəkkür etdi

    Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

    Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi

    Aİ Ben-Qvirə sanksiya tətbiq edə bilmir

    ABŞ-İran razılaşması qlobal sabitlik üçün müsbət addımdır - Cevdet Yılmaz

    Trampın razılaşması bizi maraqlandırmır - Ben-Qvir

    Tehranın Böyük Şeytanla imzaladığı müqavilənin detalları – İran kimə və necə xəyanət etdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.