Şeytanın insanı aldatmaq yolları çox müxtəlifdir. O, hər bir insana öz mizacına (xarakterinə) görə ayrı-ayrı yollarla yanaşır. Alimləri, şeyxləri, abidləri, cinbazları və digər müsəlmanları — hamısını öz xarakterlərinə uyğun olan, onları aldada biləcəyi yollarla tovlayır. (Bu mövzuda "Təlbi-i İblis" adlı kitabda geniş izahat verilmişdir). Cahilləri çox asanlıqla ovlayır, çox zəhmət çəkmədən istəyinə nail olur. Lakin elm sahiblərini asanlıqla aldada bilmir; onlara yaxınlaşdıqda isə əvvəlcə ağlın və İslamın qəbul etdiyi yollarla gəlir. Bu da bir həqiqətdir ki, şeytan heç kəsə zorla bir şey etdirə bilməz. Şeytanın Allahın saleh bəndələri üzərində heç bir hakimiyyəti yoxdur.
#Quran və şeytan anlayışı
Surədə Həzrət Peyğəmbərə verilən nemətlərdən bəhs edilmiş, ona nə etməli olduğu bildirilmişdir.
Qurani-Kərimin Məkkə dövründə nazil olduğu qəbul edilən, lakin bəzilərinə görə Mədinə dövrünə aid sayılan Ədiyat surəsi, mövzu və üslubu baxımından açıq şəkildə Məkkə surələrinin xüsusiyyətlərini daşıyır. On bir ayədən ibarət olan surə, adını ilk ayədə keçən “ədiyat” sözündən alır.
Qurani-Kərimin 39-cu surəsi olan Zümər surəsi, Məkkə dövründə nazil olmuş və ümumilikdə 75 ayədən ibarətdir.